» » Bir neçə faydalı məsələ


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bir neçə faydalı məsələ
+5
Müəllif: Allahıma aşiqəm | 9-06-2015, 22:00 | Baxılıb: 1 456
 

Nafilə namazlarının və müstəhəbb əməllərin yerinə yetirilməsinin, məkruh (qəbih, məzəmmət edilmiş) əməllərin tərk edilməsinin zəruriliyi:
Əsas mətləblərdən biri də müstəhəb əməllərə və nafilə namazlarına üstünlük verməkdir. Bu əməllər o qədər əhəmiyyətlidir ki, bunların hamısının tərk olunması müqəddəs şəriət qaydalarına bir növ etinasızlıq və bəzi fəqihlər tərəfindən haram hesab edilmişdir. 

Bir neçə faydalı məsələ

a) Müstəhəb əməllərə və nafilə namazlarına üstünlük verib davamlı surətdə əməl etməyin üç əsas təsiri vardır:
1) İnsanın günahlarını təmizləyir, belə ki Allah-təala bu barədə buyurur:
"(Ya Mühəmməd!) Namazı gündüzün iki başında (yəni başlanğıcında və sonunda) və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis əməlləri (kiçik günahları) yuyub aparar ..." («Hud»-114).
Hədislərdə nəql olunur ki, möminin gecə namazı onun gündüz etdiyi günahları yuyub aparar. Bəzilərində də belə söylənilmişdir ki, vitr namazı günahları aradan qaldırır. 
2) Müstəhəb əməllər və nafilə namazları bilməməzlik üzündən baş vermiş çatışmamazlıqları və vacib əməllərdə buraxılmış səhvləri düzəldir. Məsələn, gündəlik nafilə namazları (xüsusən gecə namazları) gündəlik vacib namazları yüksəldir. Müstəhəb oruclar Ramazan ayının orucunda buraxılmış səhvləri düzəldir. Müstəhəb sədəqələr zəkat və xüms kimi maddi vacib əməllərin çatışmamazlıqlarını aradan qaldırır və s. Ümumiyyətlə, müstəhəb əməllər belə ehtimal olunur ki, bütün vacib əməllərdə buraxılmış səhvlərin həlli üçün güclü təsirə malikdir. Bu barədə bir neçə hədisə işarə edirik:
İmam Baqir (ə)-dən belə nəql olunur:
"Nafilə namazları vacib namazlarda buraxılmış səhvlərin həlli üçündür." 
Başqa bir hədisdə buyurulur:
"Allah-təala vacib namazları nafilə namazları ilə kamilləşdirmişdir." 
Əbu Həmzeyi-Sumali İmam Zeynülabidin (ə)-dən belə nəql edir ki, fikri dağınıq halda qılınan namazların heç biri qəbul deyildir. Mən ərz etdim: "Sənə fəda olum, demək, biz hamımız həlak olduq, eləmi? Buyurdu: "Xeyr. Çünki Allah-təala bu kimi ibadətləri nafilələr vasitəsilə kamilləşdirir.” 
3) Müsətəhəb əməllər və nafilə namazları "Qurani-Kərim”də buyurulduğu kimi, Allah-təalaya yaxınlaşmağa səbəb olur:
"Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq, (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kim bilməz!" («Səcdə»-16,17).
"(Ya Mühəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (Qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin! (seçsin?)" («İsra»-79).
Hədisi-qüdsidə belə nəql olunur:
"Heç bir bəndə vacib əməllərdən yaxşı bir ibadətlə Mənə yaxınlaşmamışdır. O, nafilələr vasitəsilə Mən onu sevənə qədər Mənə yaxınlaşır. Elə ki onu sevdim, onun eşidən qulağı, görən gözü, deyən dili və bacarıqlı əli olacağam. Əgər Məni çağırarsa, ona cavab verərəm, Məndən bir şey istəyərsə, ixtiyarına qoyaram." 
Başqa bir hədisdə belə nəql olunur:
"Nafilə namazı möminlərin Allaha yaxınlaşması üçün bir vasitədir..." 
Peyğəmbər(s) buyurur:
"Mənim ümmətimin böyükləri 2 dəstəyə bölünürlər: «Quran» hafizləri və gecə oyaq qalanlar." 
b) İkinci mətləb odur ki, müstəhəb əməllər və nafilə namazları mütəmadi olan surətdə faydalı və təsirlidir. Hədislərdə bu barədə deyilmişdir ki, hər bir yaxşı əməli başlayarkən onu bir il mütəmadi olaraq davam etdirin. Çünki əməlin təsiri onun mütəmadiliyindədir.
Başqa bir hədisdə belə söylənilir: 
"Xeyirli əməli mütəmadi olaraq yerinə yetirmək çirkin əməlləri tərk etmək, günahdan çəkinmək, yəqinliyə yetişmək, nicat tapmaq, Rəhman Allaha itaət etmək, şeytanın şübhələrindən uzaqlaşmaq, ədaləti qəbul edib haqq söz danışmaq kimi müsbət təsirlər qoyur. Bunlar elə şeylərdir ki, yalnız ağıllı adam onu mütamadi olaraq yaxşı işlər görməklə qazanır». 
Başqa bir hədisdə yaxşı əməlin mütəmadi olaraq yerinə yetirilməsinin əhəmiyyəti barədə İmam Baqir (ə)-dən nəql olunur ki, o Həzrət həmişə buyurardı:
"Yaxşı bir əməli özümə adət edəndə onu mütəmadi olaraq yerinə yetirməkdən xoşum gəlir. Əgər onu gecə vaxtı yerinə yetirə bilməsəm, gündüz qəzasını edirəm, əgər gündüz edə bilməsəm, gecə qəzasını yerinə yetirirəm. Həqiqətən, Allah yanında ən sevimli əməl mütəmadi olaraq yerinə yetirilən əməldir.” 
v) Müstəhəb əməllərin və nafilələrin yerinə yetirilməsi dedikdə bu, o demək deyildir ki, bunların hamısını edəsən. Xeyr, belə bir iş nə mümkündür, nə də icazə verilmişdir. Həm imkan azlığından, həm də bəndə üzərində digər məsuliyyətlərin olmasından bu işlərin hamısını bir yerdə həyata keçirmək qeyri-mümkündür. Əksinə, bütün bunlardan məqsəd insanın şəxsi və ictimai imkanları daxilində müəyyən əməllər seçib mütəmadi olaraq yerinə yetirməsidir.
q) Müqəddəs şəriətdə bir sıra ibadət, müstəhəb əməl, xidmət, sədəqə və ayinlərə çox təkid edilmişdir. Din övliyalarının və məsum İmamların (ə) həyat tərzi bu ayinlərlə bağlı olmuşdur. Onlardan «Quran» oxumaq, təhəccüd etmək (gecə vaxtı namaz qılmaq), gecə oyaq qalmaq, gecə yarısı münacat etmək, vacib namazları vaxtında qılmaq, 17 rükəti vacib, qalanı müstəhəb olan (xüsusilə gecə namazı, 2 rükət sübh nafiləsi və 2 rükət işa nafiləsi (vətirə) olan) gecə-gündüzə 51 rükət namazı yerinə yetirmək, həmişə dəstəmazlı halda olmaq, ibadətlərdə və namazın təqibatlarında (vacib namazlardan sonra yerinə yetirilən müstəhəb ibadətlərdə) fikirli, dağınıq halda olmamaq, camaat və cümə namazlarında mütəmadi olaraq iştirak etmək, namazın səcdə və qunutunu uzatmaq, hər ayın 3 gününü oruc tutmaq, övliyaların, şəhidlərin, xüsusilə Peyğəmbər (s)-ın və məsum İmamların (ə) qəbrini ziyarət etmək, seyyidüş-şühəda Hüseyn ibn Əli (ə)-in matəmində (əzadarlığında) ağlamaq və qəmli olmaq, o Həzrətə və sair məsumlara (ə) yalvarıb-yaxarmaq (təvəssül etmək), sileyi-rəhm (qohum-qardaşa baş çəkmək) və yoxsullara kömək etmək, müsəlmanlara, xüsusilə ismətli Əhli beyt (ə)-i sevənlərə yemək və salam vermək, "la ilahə illəllah" və "əstəğfirullahə rəbbi və ətubu iləyh" kimi bəzi təsirli zikrləri zikr etmək, Mühəmməd və ali-Mühəmmədə salavat göndərmək, hər bir namazdan sonra və yatarkən həzrət Fatimə (s.ə)-nın təsbihatını zikr etmək kimi müstəhəb əməlləri göstərmək olar. Böyük alimlərdən bəzisi buyurmuşdur ki, sübh namazından sonra diqqətli olmaq şərtilə 100 dəfə "la ilahə illəllah" və 70 dəfə "əstəğfirullahə rəbbi və ətubu iləyh" zikrlərini demək xüsusilə çox yaxşıdır. İmkan daxilində bacardıqca onu yerinə yetirin. 10 dəfə "La ilahə illəllahul-Məlikul-Həqqul-Mubəyyin" və 7 dəfə "La həvlə və la quvvətə illa billahul-Əliyyul-Əzim" zikrlərini sübh və şam namazlarından sonra söyləmək də həmçinin belədir.
Hədislərdə belə nəql olunur ki, hər gün sübh vaxtı mübarək "ləv ənzəlna hazəl Quran" ayəsi ilə başlayıb surənin sonuna kimi davam edən "Həşr" surəsinin axırıncı 4 ayəsini oxumaq çox yaxşıdır. Daha yaxşı olardı ki, bu ayələr namazdan sonra şükr etmək üçün səcdə halında deyilsin. Bu, mütəmadi olaraq çox sınaqdan çıxmış və faydası olan müstəhəb əməllərin bir qismidir. 

Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 10 Haziran 2015 12:35 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah sonsuz razi olsun cox sag olun musteheb emmeleri oxuduqca adamin ureyi fferahlayir Allah nesib edsin her bir musteheb emmeli yerine yetirek aldigimiz nesfeslede zikir halinda olaq

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 10 Haziran 2015 09:33 | İstifadəçi | Şərh yazdı
ALLAH komeyun olsun baci, gozel melumatlara gore cox sagol

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 10 Haziran 2015 07:09 | Sayt nəzarətçisi | Şərh yazdı
COX SAGOL BACIM ELLERINE SAGLIQ GOZEL MESLEHETLERDI 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.