Müqəddəs İslam dini, öz ibadət proqramlarında namazı bütün əməllərin başında qərar vermiş, xüsusi tövsiyə və sifarişlə onun xüsusi əhmiyyətini, tərəfdarlarına çatdırmışdır.
Müqəddəs İslam dini, oğlan yaxud, qız, həddi buluğa yetən zaman namazı beş vaxt onlara vacib edir. Belə ki, əgər hər hansı üzrə görə onu qıla bilməsələr, sonradan qəzasını yerinə yetirməlidirlər. Namazın vacib olma vaxtları gün uzunu fərq edir. Namaz əhlinin vəzifələrindən biri də namaz vaxtını bilməsidir.
Quran ayələrində, bəzən işarə ilə bəzən də aşkarcasına namazın vaxtları bəyan olunub. Onlardan "Hud"surəsində belə buyurur: "Namazı, gündüzün iki başında və gecənin əvvəllərində qıl! Həqiqətən, yaxşı əməllər pis işləri (və onların təsirlərini) yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihət və xatırlatmaqdır.”(Hud surəsi, ayə:114 )
Ayədəki, "gündüzün iki başı”ndan məqsəd, gündüzün iki tərəfində olan, sübh və məğrib namazıdır. Ərəbcə "züləf" sözü "zülfə" sözünün cəm şəkli olub, gecənin başlanma və gündüzə yaxın vaxtına deyilir. Beləliklə, ayədə "işa namazı" nəzərdə tutulur. On iki məsum İmamlar (əleyhissalam)-dan bizə çatan rəvayətlərdə həmin üç namaza, "sübh”, "məğrib" və "işa" namazlarına işarə olunduğu bildirilir.
"İsra"surəsində buyurur: "Günortadan gecənin qaranlığınadək namaz qıl. (Günorta və əsr namazlarını günortanın əvvəlində, məğrib və işa namazını isə gecənin əvvəlində qıl. ) Sübh namazını da qıl. Çünki, sübh namazı gecə və gündüz mələklərinin müşahidəsindədir.”(İsra surəsi, ayə:78 )
"Fəcr Quranı”, sübh namazına işarədir. Bu ayədə namazın beş vaxtına işarə olunub. "Bəqərə" surəsində oxuyuruq: "Namazlara, xüsusilə orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.”(Bəqərə surəsi, ayə:238 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi