Giriş
"İnsan özünü necə islah etməli?” sualına cavab vermək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1.Bədənin sağlam və gümrah olması üçün idman zəruri olduğu kimi, özünüislahetmədə də nəfslə mübarizə aparmaq zəruridir.
2. Bədən tərbiyəsində idmanın yüngül növündən başlayıb tədriclə ağır növü ilə məşq edildiyi kimi, ruhun tərbiyəsində də gərək adi işdən, aşağıdan başlayıb tədriclə yuxarı dərəcəyə yetişmək lazımdır.
Peyğəmbər(s) buyurur:
"Həqiqətən, bu din möhkəm və tutarlıdır. Xoş rəftarla ona daxil olun. Allah bəndələrini zorla ibadətə vadar etməyin, yoxsa yorulmuş süvari tək olacaq ki, nə yolu qət etmiş, nə də miniyi salamat saxlamışdır".
İmam Sadiq(ə) belə söyləmişdir:
«Mən cavanlıqda həddən artıq ibadət edərdim. Atam mənə buyurdu: "Oğlum, öz qüdrətindən çox ibadət edirsən. Allah-təala əgər bir bəndəni sevsə, elə azca ibadətlə də ondan razı qalar.»
3.Bədən tərbiyəsində məşqin mütəmadiliyi zəruri olduğu qədər nəfsin tərbiyəsində də davamiyyət şərtdir. Allah-təala buyurur:
"Şübhəsiz, "Rəbbimiz Allahdır!"-deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub: (belə deyəcəklər) "Qorxmayın və kədərlənməyin! Sizə vəhy olunan cənnətlə sevinin!" (Fussilət-30)
"Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar" (Məaric-22, 23)
Əmirəlmöminin Əli(ə)-dən belə nəql olunur: "Mütəmadi olaraq yerinə yetirilən az əməl, səni yoran çox əməldən yaxşıdır".
Şair demişkən: "Yolçu odur ki, yavaş gedə, amma həmişə gedə"
Yenə də o Həzrətdən nəql olunur:
"Övladım (Həsən), həyatda və ibadətdə orta həddi tut. Hər işi bacar, mütəmadi olaraq yerinə yetir."
Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə nəql olunmuşdur: "Allah-təala dərgahında ən sevimli əməl insanın az da olsa, mütəmadi olaraq yerinə yetirdiyi əməldir".
Bəzi hədislərdən belə anlaşılır ki, mütəmadi yerinə yetirilən işin ən az müddəti bir ildir. İmam Sadiq(ə) buyurur: "Hər kim bir işi başladı, gərək bir il onu mütəmadi olaraq yerinə yetirsin."
4. Bədənin sağlamlığında müalicə və pəhrizin ikisinin birgə təsiri olduğu kimi, ruhun islah və tərbiyəsində də bu iki şey zəruridir. Məsələn, vacib əməlləri yerinə yetirmək və haram buyurulmuşları tərk etmək, təvəlla (Allah düşmənləri ilə düşmənçilik), təbərra (Allah dostları ilə dostluq), müstəhəb (savablı, bəyənilmiş) işlərin yerinə yetirilməsi, məkruh (bəyənilməyən) əməllərin tərk edilməsi və s. kimi. Bu müalicə və pəhriz gərək bütün mərhələlərdə beləcə davam etsin, çünki onsuz heç bir əməl qəbul olunmur. Saleh əməli günaha, yaxşını pisə qatanlar bir yerə yetişmirlər, belə ki «Quran»da buyurulur:
"Allah yalnız pəhrizkarlardan (təqvalılardan) qəbul edər." («Maidə»-27)
5.Bütün mərhələlərdə riayət edilməsi lazım olan ən əhəmiyyətli məsələ qəlbin hazırlığı və niyyətin paklığıdır. İdmanda diqqət yayınmasının təsiri olduğu kimi, ibadət və nəfsani məşqlərdə də iradə, niyyətin saflığı və fikrin bir yerə cəmlənməsi mühüm rol oynayır. Allah-təala dəfələrlə bu mətləbə işarə edərək din və ibadətdə pak niyyətlə xidmət etməyi təkidlə buyurur:
"Halbuki onlara əmr edilmişdi ki, Allah dinini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru, düzgün din budur. («Bəyyinə»-5)
Niyyət və düşüncənin insan şəxsiyyətinin formalaşmasında oynadığı rolu şərh edən və onu başqa insanlardan ayıran fəsil barədə sonra danışacağıq. İnsanı həqiqətə və ali məqsədə aparan yolun ən yüksək zirvəsi yalnız niyyətin pak olmasıdır. Allah-təala buyurur:
"Həqiqətən, axır dönüş sənin Rəbbinədir". («Nəcm»-42)
Hamı istər-istəməz ona tərəf hərəkətdədir:
"Ey insan! Sən (ölənə qədər) Rəbbinə döğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əmələrin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına, pis əməllər etmisənsə, vay halına!) («İnşiqaq»-6)
Əlbəttə, bu görüş o vaxt faydalı olar ki, eşq və xalis niyyətlə birgə olsun, yəni mühüm məsələ odur ki, bu yolu razılıqla, rəğbətlə qət edək. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz."36 -ayəsini əsas tutaraq Onun razılığından başqa bir şey istəməyək, Allahın razılığı olmayan bir şey barədə fikirləşməyək, Onun vüsalının şövqü ilə hicran qəminə səbir edək, belə ki əgər bu mərhələdə sabitqədəm olub xətalardan qorunsaq, vilayət və kəramət mənzilinə yetişərik. Mümkündür, elə şeylər görək və elə şeylərə əl ataq ki, bəziləri üçün qeyri-məqbul, maraqlı və bəziləri üçün də yolunun açılması və qəflətdən ayılmasına səbəb olsun. Bu mərhələdə də Allahın lütfü şamil olarsa, pərdələr biri digərindən sonra qaldırılar, Allahın nuru ona doğru yönələr. O yerə qədər ki, bəndə fənafillah37 mərhələsinə yetişər, yəni Ondan başqa bütün şeyləri tərk edər, aqibət məhv və səhv dərəcəsinə gəlib çatar, Haqqın cəmalı və cəlalı ilə məhv olub ondan başqa bir şey görməz, özü Haqq-təalanın Camal və Cəlal sifətlərinin məzhəri olar. Öz vicdanının dərinliklərində ondan başqa bir əvvəl, axır, zahir və batin müşahidə etməz. Mübarək "Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!” -ayəsi başdan-başa vücudunu bürüyər. Bütün aləmləri Həzrəti-Haqqın təzahürü və təcəllisi bilər, belə ki Allah-təala "Qurani-Kərim”də buyurur:
Kitabın adı: İslamda əxlaq