Nəfslə bağlı üzərimizdə olan məsuliyyət
NƏFSLƏ BAĞLI ÜZƏRİMİZDƏ OLAN MƏSULİYYƏT
Biz əqlimizi kamilləşdirmək məqsədi ilə onu elm və biliklə təmin etməyə, həmçinin cismimizi bəsləmək, ona müxtəlif həzz və rahatlaşdırıcı vasitələrlə qayğı göstərməyə geniş vaxt ayırırıq. Lakin nəfsimizin islah olunması, onun təhlükəli xəstəliklərdən təmizlənməsi üçün necə, vaxtımızı sərf edirikmi?
Doğrudur, dünyanın qərb və şərqdəki universitetlərində seçdikləri sahə üzrə təhsil alıb yüksək elmi dərəcəyə yiyələnən insanların əqlləri olduqca iti və güclüdür. Həqiqətən də, mövcud dəqiq texnikalar, daim yenilənən elektron cihazlar icad edən əqllər qarşısında insan özünü bir növ aciz və həqir hiss edir. Nəzər saldıqda elmi və texnoloжi sahədə inkişaf etmiş qərbdə möhtəşəm, heyranedici texnikalar istehsal edildiyi müşahidə olunur. Bütün bunlar təbii ki, əqlin bəhrəsidir. Lakin bununla yanaşı, o insanların daxilində müxtəlif nəfsi xəstəliklər və mənfi xislətlər də yaranıb böyüyür və həmin əqlləri və cisimləri bu dünyada bədbəxtliyə , axirətdə isə cəhənnəm oduna sürükləyir
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.