Ömrüm, günüm fədadır isminə Ya Fatimə!
Adın həzrətlərin ikincisi Ya Fatimə
Ruhun möminlərin haqq səsi Ya Fatimə
Nəfəsin Peyğəmbərin nəfəsi Ya Fatimə
Varlığın bu dünyanın müjdəsi Ya Fatimə!
Behiştin ilk xatunu, yiyəsi Ya Fatimə!
Atan Allah rəsulu, özün ismət tacısan
Qardaşın olmasa da müslümlərə bacısan
Səni əfsunlamadı nə şöhrət, nə da ad-san
İmam Həsən, Hüseynin anası Ya Fatimə!
Əmirəl-mömininin sonası Ya Fatimə!
Sən Xatuni qiyamə, sən ləyaqət timsalı
Gözlərində olmamış dünyanın cah-cəlalı
Sən yerin məlakəsi, səmaların hilalı
Bütün Ali-xislətin gözəli Ya Fatimə!
Anaların ulusu, əzəli Ya Fatimə!
Sinəndə çarpaz dağdır Kərbəla müsibəti
Kim görmüş sən gördüyün əzabı, əziyyəti
Dağlar səndən öyrənmiş dözümü, dəyanəti
Xeyməsi dərd yuvası, dərd məkanı Ya Fatimə!
Dözümə mat qalıb bu cahan Ya Fatimə!
Qəm yeli hücum edib sinən üstə dayandı
Sənin nalələrinlə göyün qübbəsi yandı
Bütün müslümlərə əzabların əyandı
Qüssə yüklü karvanın sorvanı Ya Fatimə!
Bu ötəri dünyanın mehmanı Ya Fatimə!
Zəhralığı qazandın sən öz əməllərinlə
Kəbəyə işıq verdin müqəddəs əllərinlə
Vaizlərindən biri bizləri də dinlə
Ömrüm, günüm fədadır isminə Ya Fatimə!
Bircə rəhmət bəxş elə cisminə Ya Fatimə!
ƏLLAHUMMƏ SALLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD
ƏLLAHUMMƏ SALLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD
ƏLLAHUMMƏ SALLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD