195. Yaşayış yeri
948. Yaşayış yerinin genişliyi
3054. Allahın Peyğəmbəri (s):«Müsəlmanın xoşbəxtliyindən biri də geniş yaşayış yerinin olmasıdır.»
3055. İmam Baqir (ə):«Yaşayışın dərdlərindən biri də mənzilin darlığıdır.»[3357]
949. Ehtiyacdan artıq tikməkdən çəkindirmək
3056. İmam Əli (ə):«Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi binada yaşamamasıdır. Sonra da Allah-taalanın yanına maldan və binadan məhrum olduğu halda köçəcəkdir.»
3057. İmam Sadiq (ə):«Ehtiyacdan artıq olan böyük bina Qiyamət günü sahibinin boynuna yük olacaqdır.»
3058. İmam Sadiq (ə):«Yaşayış ehtiyacından artıq bina tikən şəxs Qiyamət günü onu daşımağa məcbur olacaq.»
950. Evin satılması
3059. Allahın Peyğəmbəri (s):«Kim bir ev satıb puluna onu kimisini almasa, malı bərəkət tapmayacaq.»
3060. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz bir mənzil, ya mülk satanda, bilsin ki, onu kimisini almasa, onun pulu bərəkətə layiq deyil.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild