Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sual (2)
    +5
    Müəllif: Elya | 22-03-2016, 12:00 | Baxılıb: 1 187
     
     182. Sual (2)

     Hacət istəmək

    899. İnsanlardan hacət istəməyin qadağan olması

    Qur’an:

    «Bu sədəqələr Allah yolunda sıxıntıya düşən və (öz dolanışıqlarını təmin etmək üçün) səfərə çıxa bilməyən yoxsullar üçündür. Onlar çox həyalı olub (dilənçilikdən çəkindiklərinə görə), məlumatı olmayanlar onları varlı hesab edirlər. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla heç nə istəməzlər. Şübhəsiz ki, onlara sədəqə verdiyiniz hər bir maldan, Allah agahdır.»
    2886. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Xahişdən və dilənçilikdən ehtiyatlı ol ki, o, düynada xarlığa və yoxsulluğa səbəb olar, Qiyamət günü isə hesab-kitabı uzundur.»
    2887. Allahın Peyğəmbəri (s):«Kim mənə insanlardan heç nə istəməməyi söz verər ki, mən ona Cənnəti verim?» Suban dedi:«Mən.» Bundan sonra Suban insanlardan heç nə istəmirdi.»
    2888.  Allahın Peyğəmbəri (s):«Ehtiyacını dilə gətirməyin qapısını öz üzünə açan elə bir bəndə olmadı ki, Allah-taala yoxsulluğun yetmiş qapısını onun üzünə açmasın.»
    2889. İmam Əli (ə):«Kim Allahdan qeyrisindən bir şey istəsə, məhrumiyyətə layiq olar.»
    2890. İmam Həsən (ə):«Bu üç yerdən başqa bir yerdə ehtiyac istəmək rəva deyil: Ağır qanbahasında, ya üzücü borcda, ya öldürücü yoxsulluqda.»
    2891. İmam Səccad (ə):«İnsanlardan ehtiyac istəmək həyatda xarlığa, həya və abrın getməsinə səbəb olar. Eləcə də, insanın
    vüqarını, əzəmətini azaldar və o, əsl yoxsulluqdur. Ehtiyac əlini insanlara az uzatmaq isə nəğd olan ehtiyacsızlıqdır.»
    2892. İmam Sadiq (ə):«Bizim şiəmiz acından ölsə də, ehtiyac əlini insanlara uzatmaz.»
     
    900. Ehtiyac olmayan yerdə kömək istəməkdən çəkindirmək
     
    2893.  Allahın Peyğəmbəri (s):«Kim, ehtiyac olmadığı halda, ehtiyac əlini uzadarsa nəticəsi başağrı və ürək ağrısı olar.»
    2894. İmam Səccad (ə):«Mən Rəbbimi zamin tuturam ki, ehtiyacı olmadan başqasından bir şey istəyən elə bir kəs olmadı ki, onun bu diləyi bir gün onu həqiqi ehtiyac əlini uzatmağa məcbur etməsin.»
    2895. İmam Baqir (ə):«Kim ehtiyacı olmadan xahiş (və dilənçilik) edərsə, Qiyamət günü üzü çırmaqlanmış halda Allahla görüşər.»
     
    901. İnsanlardan ehtiyacsız olmağa həvəsləndirmək

    2896.  Allahın Peyğəmbəri (s):«Kim bizdən bir şey istəsə ona verərik, kim bir şey istəməsə Allah-taala onu ehtiyacsız və varlı edər.»
    2897. Allahın Peyğəmbəri (s):«Sizlərdən hər biriniz kəndir götürüb bir qucaq odun gətirib satsa və bu işlə öz abrını qorusa, bu onunçün ehtiyac əlini uzatmaqdan daha yaxşıdır.»
     
    902. Yaxşılığı onun əhlindən istəmək
     
    2898. Allahın Peyğəmbəri (s):«Yaxşılığı və bəxşişi ümmətimin səxavətlilərindən və mehribanlarından istəyin ki, onların kölgəsində yaşayasınız.»
    2899. İmam Əli (ə):«Sənin abrın donmuş buzdur, ehtiyac istəmək isə onu damla-damla əridər. Beləliklə, bax gör onu kimin yanında əridirsən.»
    2900. İmam Əli (ə):«Ehtiyacın aradan getməsi onu əhli olmayandan istəməkdən daha asandır.»
     
    903. Dilək diləməyin qaydası
     
    2901. İmam Sadiq (ə):«Sənə rədd cavabı verməsindən qorxduğun kimsədən heç nə istəmə.»
    2902. İmam Sadiq (ə):«Üç şey məhrumiyyətə səbəb olar:  istəməkdə israr etmək, qeybət və rişxənd etmək.» 
      
    904. İstəyəni naümid qaytarmağın qadağan olması

    Qur’an:

    «Və dilənçini (qapıdan) qovma»

    Hədis:
     
    2903. Allahın Peyğəmbəri (s):«Dilənçinin diləyini rədd etməyin. Çünki dilənçilərin yalan danışmaqları olmasaydı, onların xahişini rədd edən şəxs heç vaxt nicat tapmazdı.»
     2904.  Allahın Peyğəmbəri (s):«Dilənçiyə baxın, əgər ona ürəyiniz yansa sədəqə verin. Çünki o, doğru danışır.»
    2905. İmam Əli (ə):«Dilənçini əliboş geri qaytarma, əksinə, üzümün ya xurma dənəsinin yarısı olmuş olsa belə, ona ver.»
    2906. İmam Əli (ə):«Vermək istədiyin sədəqənin azlığından utanma, Çünki (dilənçini) məhrum etmək ondan daha pisdir.»
    2907. İmam Hüseyn (ə): Möhtac xahiş etməklə öz hörmətini və abrını tökmüşdür. Sən də, onu naümid etməməklə öz abrını və hörmətini saxla.»
    2908. İmam Baqir (ə):«Dilənçi onun xahişində və istəyində nə gizləndiyini bilsəydi, heç vaxt heç kimdən bir şey istəməzdi.
    Əgər xahiş olunan şəxs, naümid qaytarmaqda nə gizləndiyini bilsəydi, heç vaxt heç kəs digərini naümid qaytarmazdı.»
    2909. İmam Sadiq (ə):«Bir şəxs ehtiyac əlini mənə uzadan zaman onun ehtiyacını ödəməyə tələsirəm. Çünki işin işdən
    keçdiyindən və mənim köməyimin artıq ona fayda verməməsindən qorxuram.»
    2910. İmam Sadiq (ə):« Üç dilənçiyə yemək verin. Bundan sonra ixtiyar sizin özünüzdədir, istəsəniz daha çoxunu yedirdərsiniz, istəsəniz də yedirtməzsiniz. Belə ki, artıq o gününüzün vəzifəsini yerinə yetirmisiniz.»
    2911. Mə’sumlar (ə):«Biz yardıma layiq olanın xahişini rədd etməkdən qorxduğumuza görə, buna layiq olmayanlara da bəxşiş verərik.»


    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.