219. Şüar
1023. Şüar
3277. Allahın Peyğəmbəri (s): -Müharibəni başlamazdan qabaq şuar verməyi əmr etdiyi zaman- «Şüarınızda Allahın adlarından biri olmalıdır.»[3606]
3278. İmam Əli (ə): «Bədr günü Allah Rəsulunun (s) sahabələrinin şüarı bu idi:«Ey kömək olunmuş, öldür!»
3279. «Mustədrikul vəsail»:«Cəməl» müharibəsində Əmirəl-mömininin (ə) şüarlarından biri bu idi: «Ha mim, la yün sərunə» Ey Allahım, bizi əhdi sındıranlar üzərində qalib et.»
3280. İmam Sadiq (ə): «Bədr günü bizim şuarımız bu olmuşdur: «Ey Allahın qələbəsi! Yaxınlaş, yaxınlaş!»….Hüseynin (ə) şüarı «Ya Məhəmməd» idi. Bizim də şüarımız: «Ya Məhəmməd!»dir.»
1024. Qiyamətdə müsəlmanların şüarı
3281. Allahın Peyğəmbəri (s): «Qiyamət günü sirat körpüsündən keçəndə müsəlmanların şüarı «Allahdan başqa Allah yoxdur və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» olacaq.»
3282. Allahın Peyğəmbəri (s): «Qiyamət günü siratdan keçəndə möminlər bu şüarı deyəcəklər: «İlahi! Bizi salamat saxla, bizi salamat saxla.»«
3283. Allahın Peyğəmbəri (s): «Qiyamətin qaranlığında möminlərin şüarı budur: «Səndən başqa Allah yoxdur.»«
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild