» » » Qəbrlərin ziyarəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Qəbrlərin ziyarəti
+5
Müəllif: Elya | 18-03-2016, 12:00 | Baxılıb: 1 329
 
 178. Qəbrlərin ziyarəti

 883. Peyğəmbərin ziyarəti

2839. Allahın Peyğəmbəri (s): «Kim mənim ziyarətimə gələrsə, Qiyamət günü onun şəfaətçisi olaram.»
2840. Allahın Peyğəmbəri (s): «Kim yer üzünün hər hansı bir yerindən mənə salam göndərsə, salamı mənə gəlib çatar. Kim qəbrim üstündə mənə salam göndərsə, onu eşidərəm.»

884. Mə‘sum imamların ziyarəti

2841. Allahın Peyğəmbəri (s) («Atacan! Sizi ziyarət edən kəsin mükafatı nədir?» deyə müraciət edən Həsən ibn Əliyə (ə) cavabından) «Kim məni, Sənin atanı, ya qardaşını və ya sənin özünü diri vaxtı və dünyadan köçəndən sonra ziyarət edərsə, mənim üzərimdə haqqı var ki, Qiyamət günü onu ziyarət edim və onu günahlarından xilas edim.»
2842. Allahın Peyğəmbəri (s): «Kim «Bəqi»də Həsəni ziyarət edərsə, Allah-taala ayaqlar titrəyən gün, onun qədəmlərini Siratın üstündə möhkəm edər.»
2843. Allahın Peyğəmbəri (s): «Tezliklə mənim bədənimin bir parəsi Xorasanda dəfn olunar. Onu ziyarət edən elə bir mömin yoxdur ki, Allah-taala Qiyamət günü behişti ona vacib və bədənini Cəhənnəm atəşinə haram etməsin.»
2844. İmam Sadiq (ə): «Kim vəfatımızdan sonra bizi ziyarət edərsə, bizi sağlığımızda ziyarət etmiş kimidir.»
2845. İmam Sadiq (ə): «Küfənin yaxınlığında bir qəbir var ki, hər qəmli oraya gedib onun yanında dörd rəkət namaz qılsa, Allah-taala onun ehtiyacını ödəməklə onu şad edər.»
2846. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) buyurmuşdur: «Mənim qəbrimlə minbərimin arasında Cənnət bağlarından bir bağ var və mənim minbərim Cənnət arxlarından birinin üzərində qurulmuşdur.» Çünki Fatimənin (Allahın salamı olsun ona) qəbri, Allahın Rəsulunun qəbri ilə onun minbəri arasındadır. Fatimənin qəbri Cənnət bağlarından biridir və Cənnət arxlarından biri də ona tərəf axır.»
2847. İmam Sadiq (ə): «Kim Hüseyni (ə) onun haqqına və məqamına layiq mə‘rifətlə ziyarət edərsə Allah-taala onunçün min qəbul olunmuş həccin və min qəbul olunmuş ümrənin savabını yazar, onun keçmiş və gələcək günahlarını bağışlar.»
2848. İmam Sadiq (ə): «Hüseyn ibn Əli (ə) buyurardı: «Əgər mənim zəvvarım Allahın onun üçün nə hazırladığını bilsə, onun sevinci (səfərin yorğunluğundan doğan) dözümsüzlüyündən daha çox olar.» Həqiqətən, onun zəvvarı hər bir günahdan pak halda öz evinə qayıdar.»
2849. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) ziyarətinə gedəndə qəm-qüssəli qəlblə, nimdaş bədənli, toza bulaşmış, ac və təşnə halda ziyarət et. Çünki Hüseyn qəm-qüssəli, nimdaş, toza bülaşmış, ac və təşnə halda öldürüldü. Öz hacətlərini ondan istə və geri qayıt, onun qəbrinin kənarında məskən salma.»
2850. İmam Sadiq (ə): «Kim məni ziyarət etsə günahları bağışlanar və yoxsulluqda ölməz.»
2851. İmam Sadiq (ə) («Sizlərdən birinizi ziyarət edənin savabı nədir?» deyə soruşan kimsəyə cavabından): «Allahın Rəsulunu (s) ziyarət edən şəxsin savabı qədərdir.»
2852. İmam Rza (ə): «Əmirəl-mömininin (ə) qəbrinin ziyarətinin Hüseynin (ə) qəbrinin ziyarətindən üstünlüyü və fəziləti Əmirəl-möminin (ə) Hüseyndən (ə) üstünlüyü və fəziləti kimidir.»
2853. İmam Rza (ə) (İbn Sənanın «sizin atanızı ziyarət edən kimsənin savabı nədir?» sualının cavabında): «Onun savabı Cənnətdir. Beləliklə, o alicənabı ziyarət et.»
2854. İmam Rza (ə): «Haqq və məqamımı tanıyan dostlarımın arasında, məni ziyarət edən elə bir şəxs yoxdur ki, Qiyamət günü ona şəfaət etməyim.»
2855. İmam Rza (ə): «Kim məni qürbət diyarda ziyarət edərsə, Qiyamət günü üç yerdə onun dadına yetişərəm və onların qorxularından, çətinliklərindən onu xilas edərəm: əməl dəftərləri sağa və sola veriləndə, Siratdan keçəndə, əməllər tərəzidə ölçüləndə.»
2856. İmam Hadi (ə) (İmam Hüseyn(ə), İmam Kazim (ə) və İmam Cavadın (ə) ziyarətləri barədə İbrahim ibn Uğbənin sualına cavabı): «İmam Hüseynin (ə) ziyarəti üstündür, ancaq onların hamısını ziyarət etsən daha kamil və savabı daha çox olar.»
2857. İmam Əskəri (ə) (Əbu Haşim Cəfəriyə xitabən): «Mənim Samirrada qəbrim Fəratın hər iki tərəfinin sakinlərinin əmin-amanlığına səbəbdir.»

885. İmam Kazimın (ə) qızı Fatimənin ziyarəti

 
2858. İmam Sadiq (ə): «Bizim bir hərəmimiz var, o da Qumdur. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir xanım orada dəfn olunacaq. Kim onu ziyarət etsə, Cənnət ona vacib olar.»
2859. İmam Cavad (ə): «Qumda bibimin qəbrini ziyarət edənin mükafatı Cənnətdir.»

886. Həzrət Əbdüləzim Həsəninin ziyarəti


2860. «Səvabul əmal»:«Rey əhalisindən bir nəfər İmam Hadinin (ə) yanına gələndə Həzrət (ə) ondan soruşur:«Harada idin?» (O kişi deyir) Dedim:«İmam Hüseynin (ə) ziyarətinə getmişdim.» Həzrət (ə) buyurdu:«Bil ki, öz şəhərinizdəki Əbdüləzimin qəbrini ziyarət etsən, Hüseyn ibn Əlini (ə) ziyarət etmiş kimisən.»


887. Əməli saleh insanların qəbrlərinin ziyarəti


2861. İmam Sadiq (ə):«Kimin bizləri ziyarət etməyə imkanı çatmırsa, əməli saleh dostlarımızın qəbrlərini ziyarət etsə onunçün bizim ziyarətimizin savabı yazılar.»

888. Ölənlərin qəbrlərinin ziyarəti.

2862. İmam Əli(ə):«Öz ölənlərinizi ziyarət edin. Çünki onlar sizinlə görüşməkdən şad olurlar. İnsan öz ata-anasının qəbri üstündə onlara dua edəndən sonra Allahdan öz diləyini diləməlidir.»
2863. İmam Sadiq (ə) (Davud Rəqqinin «İnsan öz atasının, qohumunun və qəribin qəbri üstünə gedir. Bu işin ona faydası varmı?» sualına cavabından): «Bəli. Sizlərdən birinizə bir hədiyyə veriləndə şad olduğunuz kimi, ölü də sizin bu işinizə sevinir.»

889. Qəbiristan əhlinə salam vermək

 
2864. İmam Əli (ə) (qəbiristandan keçərkən): «Salam olsun sizə, ey qəbirlərdə yatanlar. Siz getdiniz, biz isə qaldıq. İnşallah, biz də sizlərə qoşulacağıq. Sizin evlərinizdə başqaları oturur, zövcələriniz ərə gediblər, mallarınız bölünübdür. Bu bizdə olan xəbərlərdir. Kaş biləydim sizdə nə xəbər var?» Sonra buyurdu:«Bilin ki, onlar dil açıb danışsaydılar belə deyərdilər:«Biz təqvanı ən yaxşı azuqə tapdıq.»
 
 
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.