177. Görüşmək (Ziyarət)
880. Allaha xatir görüşməyə həvəsləndirmək
2828. Allahın Peyğəmbəri (s): «Kim bir ehtiyaca görə yox, yalnız mömin qardaşını görmək üçün onun evinə gedərsə, Allahı ziyarət edənlərin sırasında yazılar. Öz qonaqlarına ehtiram etmək isə Allaha layiqdir.»
2829. İmam Əli (ə): «Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın.»
2830. İmam Baqir (ə): «Evlərinizdə bir-birinizlə görüşün. Çünki bu bizim işimizi dirildər və bizim işi dirildənə Allahın rəhməti olsun.»
2831. İmam Sadiq (ə): «Kim Allah yolunda və Allaha xatir öz mömin qardaşını görməyə gedərsə Qiyamət günü nurlu libasların arasından vuqarla keçər və nəyin yanından keçərsə onu işıqlandırar.»
2832. İmam Sadiq (ə): «Bir-birinizlə görüşün və ziyarət edin ki, görüşləriniz qəlblərinizin diri qalmasına, bizim hədislərin yad edilməsinə səbəb olar və bizim hədislər sizi bir-birinizə mehriban edər. Əgər onlara əməl etsəniz kamillik və nicat tapacaqsınız. Əgər tərk etsəniz yolu azıb, məhv olacaqsınız. Beləliklə, bizim hədislərə əməl edin ki, belə olan halda mən sizin nicat tapmanıza zaminəm.»
2833. İmam Kazim (ə): «Mömin qardaşların bir-birilə Allaha xatir görüşməsi qədər heç bir şey iblisi və onun ordusunu darmadağın etmir.»
881. Qardaşlarla görüşməyin səmərələri
2834. Allahın Peyğəmbəri (s): «Görüşmək və ziyarət məhəbbət (toxumu) bitirər.»
2835. İmam Cavad (ə): «Din qardaşları ilə görüşmək, qısa olsa belə, əqlin çiçəklənməsinə və bar verməsinə səbəb olar.»
882. Görüşməyin qaydası
2836. Allahın Peyğəmbəri (s): «Bir gündən bir ziyarət et ki, daha sevimli olasan.»
2837. İmam Əli (ə) (oğlu Hüseynə (ə) vəsiyyətindən): «Çox görüşmək pərişanlıq gətirər.»
2838. İmam Əli (ə): «Öz (din) qardaşının dostluğuna əmin olanda, artıq nə vaxt onun ziyarətinə gedəcəyinə və onun sənin ziyarətinə gələcəyinə əhəmiyyət vermə.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild