120. Heyvanat aləmi
594. Heyvanların hüququ
1803. «Biharul-ənvar» kitabından:«Allahın Rəsulu (s) dizində sarıq və belində yük olan bir dişi dəvəni görüb soruşur:«Bu dəvənin sahibi hardadır? Ona deyin ki, Qiyamət günü bu dəvənin ondan öz haqqını tələb etməyinə hazırlaşsın.»
1804. Allahın Peyğəmbəri (s):«Allah-taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər.»
1805. Allahın Peyğəmbəri (s):«Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-taalanı daha çox yad edən miniklər.»
1806. Allahın Peyğəmbəri (s):«Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın.»
1807. Allahın Peyğəmbəri (s):«Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər.»
1808. Allahın Peyğəmbəri (s):«Əxlaqsız qadın su quyusu başında hürən və az qala susuzluqdan ölən bir it görür. Bu qadın ayaqqabısını sıxarır, üz örtüyünü açıb ayaqqabını ona bağlayır və quyudan it üçün su çıxarır. Bu əmələ görə Allah-taala onun günahlarını bağışlayır.»
1809. Allahın Peyğəmbəri (s):«Hər bir heyvan – istər quş olsun, ya qeyrisi əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək.»
1810. Allahın Peyğəmbəri (s):«Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək:«Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü.»
1811. Allahın Peyğəmbəri (s):«Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır.»
1812. Allahın Peyğəmbəri (s):«Allah-taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi.»
1813. Allahın Peyğəmbəri (s):«Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin.»
1814. İbn Abbas nəql edir:«Allahın Rəsulu (s) əziyyət verən heyvandan başqa, hər bir canlını öldürməyi qadağan etmişdir.»
1815. İmam Sadiq (ə):«Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild