138.Həqiqi, kamil istiğfar və tövbə
Bir şəxs İmam Əli (əleyhissalam)-ın hüzurunda dedi:
«Allah dərgahından günahlarımın bağışlanmasını tələb edirəm.» Bir adamın bu cümləni səmimi qəlbdən ona e`tiqadı olub dilə gətirməsi çox göründükdən İmam Əli (əleyhissalam) ona buyurdu:
«Anan yasında otursun bilirsən istiğfarın mə`nası nədir?!»
İstiğfar – yüksək mərtəbəlilərin, şərif və mə`nəviyyatın yüksək səviyyəsində olanların məqamıdır.
Sonra İmam (əleyhissalam) daha çox izah üçün belə buyurdu: «İstiğfar bir kəlməsidir, lakin onun altı mə`na və məfhumu vardır:
1) Keçmiş günahlardan peşmanlıq.
2) Yenidən günaha tərəf qayıtmamaq üçün əbədi və qəti qərar.
3) Haqqun-nası əda etmək, belə ki, Allahla o cür görüşəsən ki, heç kimə borclu olmayasan.
4) Haqqullahı yerinə yetirmək (namaz, oruc, həcc...)
5) Diqqət edəsən o ətə ki, haram mal yeməkdən bədənində göyəribdir və onu keçmiş günahlarınla əlaqədar qəm və peşmanlıqla əridəsən ta onun yerinə təzə halal ət gəlsin. İlahi əhkamlardan itaət və onun ardınca getmək.
6) İtaətin çətinliyini özünə elə dadızdırasan ki, guya günahın ləzzət və şirinliyini dadırsan. Bu mərhələləri yerinə yetirəndən sonra edə bilərsən deyəsən:
«İlahi dərgahından bağışlanmaq tələb edirəm.»
Deyilməmiş qalmasın ki, tövbənin mərhələləri var. Şər`i tövbə həmən dörd əvvəlki xislətlə hasil olur. Lakin, həqiqi və kamil tövbə isə yuxarıda göstərilən mərhələlərdən keçməkdən asılıdır.
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)