Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Tövbə
    +5
    Müəllif: RuQeYyA | 13-10-2015, 14:00 | Baxılıb: 1 303
     
    Tövbə
     
    Allah-taala tövbə barəsində buyurur: "Ey mö`minlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.”("Nur”, 31.)
    Tövbənin mə`nası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:
    1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib)
    2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram)
    3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb)
    4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh)
    5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah)
    Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş tutan bütün fikri və əməli günahlar nəzərdə tutulur. Və amma üçüncü növ əməlin – yə`ni müstəhəb əməlin – tərki və dördüncü növ əməlin – yə`ni məkruhun – görülməsi «tərki-övla» adlanır. Mə`sumlar üçün övlanın tərki bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-süluk əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu işdən tövbə etməlidirlər.
    Deməli tövbə üç növdür:
    1. Bütün bəndələrə şamil olan ümumi tövbə.
    2. Mə`sumlara aid olan xas tövbə.
    3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə.
    Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: "Həqiqətən də mənim qəlbimə qubar oturur və mən (buna görə) hər gün yetmiş dəfə istiğfar edirəm.”("Bihar”, c. 63. səh. 183.) – üçüncü növdəndir.
    Ümumi tövbə
    Ümumi tövbə iki şərtə əsaslanır:
    1. Bütün işlərdən agah olub, hansı işin kamala çatmağa, hansı işin nöqsana səbəb olduğunu bilmək. Əlbəttə, kamal şəxslərə nisbətdə cürbəcür olur; bə`ziləri üçün kamal əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın olmaqdır.
    Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə qismə bölünür; bə`ziləri cəzaya səbəb olur, bə`ziləri insanı savabdan məhrum edir və bə`ziləri də Allahın qəzəbinə səbəb olur ki, həmin Allahın lə`nətindən ibarətdir.
    2. Kamalın faydalı olduğuna, yə`ni Allah rizasının bu işdə olduğuna və nöqsanın zərərli olduğuna, yə`ni Allahın qəzəbinə səbəb olduğuna vaqif olmaq.
    Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər birdən günah etmiş olsa da, tez tövbə edər.
    Tövbənin əldə edilməsinin keyfiyyəti
    Tövbə üç şəkildə həyata keçir:
    1. Keçmiş zamanla müqayisədə tövbə;
    2. İndiki zamanla müqayisədə tövbə;
    3. Gələcək zamanla müqayisədə tövbə;
    Keçmiş zamanla müqayisədə tövbə
    Keçmiş zamana nisbətdə tövbə iki qisimdir:
    1. Keçmişdə gördüyü günaha görə insanın həddən artıq peşmançılıq və təəssüf hissi keçirməsi. (Tövbənin) bu şəkli digərini icab edər. Bu səbəbdən Peyğəmbər (s) buyurur: "Peşmançılıq özü tövbədir.”("Bihar”, c. 8, səh. 34, bab 21, rəvayət 5.)
    2. Keçmişdə gördüyü günahların əvəzini çıxmaq ki, bu da üç növə ayrılır:
    1) Allahın əmrindən boyun qaçırmaqla nəticələnən günah iş (Allaha nisbətdə edilən günah);
    2) İnsanın özünü Allahın qəzəbinə düçar etməklə, nöqsana sürükləməklə nəticələnən günah (Özünə nisbətdə etdiyi günah);
    3) İnsanın dili və ya əməli üzündən başqasının zərəri ilə nəticələnən günah. (Başqasına nisbətdə edilən günah);
    Və amma, insan başqaları haqqında etdiyi günahın əvəzini ödəməlidir. Nə qədər ki, başqasının haqqını özünə qaytarmayıb süluk yoluna qədəm qoya bilməz. Əgər başqasının haqqını dili ilə tapdalamışsa, gedib ondan üzr istəməlidir və ya əvəzini ödəməlidir və ya bir yolla onu özündən razı salmalıdır. Əgər başqasının haqqını əməli olaraq tapdamışsa, onda haqqında günah etdiyi şəxsin haqqını – əgər sağdırsa – özünə, yox əgər dünyadan köçmüşsə onun varislərinə qaytarmalıdır və ya mümkün yolla onların razılığını əldə etməlidir və nəzərdə tutulan cəzanı çəkməlidir.
    Əgər bir kəsi öldürmüş olsa, ölü yiyəsinin razılığını əldə etməlidir, çünki ölmüş şəxsdən razılıq almaq qeyri-mümkündür. Əgər bu şərtləri və tövbənin digər şərtlərini əldə etsə, Allah-taalanın axirətdə onu öz hüdudsuz rəhmətinə şamil edəcəyinə ümidvar olsun.
    Və amma özü haqqında etdiyi günahın əvəzini ödəmək üçün tə`yin edilmiş dini və dünyəvi cəzaları ödəməlidir.
    Və amma Allahın haqqında etdiyi günahların əvəzini ödəmək üçün ağlayıb-sızlamaqla Allah dərgahına üz tutmalı, ibadətə və riyazətə məşğul olmalıdır. Əlbəttə, bu şərtlə ki, özü və başqaları haqqında etdiyi günahların əvəzini ödəmiş olsun.
    İndiki zamanla müqayisədə edilən tövbə
    İndiki zamanla nisbətdə tövbə iki cürdür:
    1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət qəsdi ilə tərk etsin.
    2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın əvəzini ödəsin.
    Gələcək zamanla müqayisədə edilən tövbə
    Gələcək zamanla da nisbətdə tövbə iki cürdür:
    1. Etdiyi günahı gələcəkdə bir daha təkrarlamayacağına qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə (bir daha həmin günaha bulaşmamalıdır.) İstər öz ixtiyarı ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə razı olmamalıdır.
    2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta sözünün üstündə dura bilməsi və bir daha həmin günaha düşməməsi üçün, həmin günaha qayıtdığı təqdirdə nəzir verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər.
    Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: "Günahdan tövbə edən kəs, heç bir günahı olmayan kəs kimidir”(Üsuli-Kafi”, c. 2, səh. 435, həm. "Bihar”, c. 6, səh. 21, rəvayət 16.) – zümrəsinə daxil olsun.
    Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi.
    Allah-taala bu camaat haqqında buyurub: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün.”("Təhrim”, 8)
    Və həmçinin buyurmuşdur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.”("Nisa”, 17.)
    Xas və əxəss tövbə
    Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: "Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”("Tövbə”, 117.)
    Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:
    1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: "Sağ və sol – hər iki tərəf azdırıcıdır.”( 
    "Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50.)
    2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: "Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”("Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4.)
    Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. (Əgər belə bir günahla qarşılaşmalı olsalar) tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar.
    "Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!” (Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci ayəsindən götürülmüşdür)
     
     
    Kitabın adı: Övsafül-əşraf
    Müəllif: Nəsirəddin Tusi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 13 Ekim 2015 23:05 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım ellerin var olsun çox sağ ol Allah sene kömek olsun Amin.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 13 Ekim 2015 21:40 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH BIZLERI HEQIQI TOVBE EDEN BENDELERINDEN QERAR VERSIN AMIN INSAALLAH
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.