» » Qeybətin kəffarəsi (cəriməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Qeybətin kəffarəsi (cəriməsi)
+5
Müəllif: Allahıma aşiqəm | 1-05-2015, 15:00 | Baxılıb: 1 523
 
 
Qeybətin kəffarəsi (cəriməsi)

Kəffarə günahın təsirini itirib Allah-təalanın bağışlamaq və əfv etmək şəraitini yaradan əmələ deyilir. Təbii ki, hər bir günahın özünəməxsus kəffarəsi vardır. Qeybət elə günahlardandır ki, iki mənfi təsirə malikdir: 
1) Allah əmrinə tabe olmamaq;
2) bir və ya bir neçə Tanrı bəndəsini incidib narahat etmək.
Buna görə də bu təsirləri yox etmək üçün bir çıxış yolu fikirləşib münasib cərimə ödəmək lazımdır. İnsan Allah qanunlarından boyun qaçırdığına görə diqqətli olub Tanrının onu bağışlamasına və əfv etməsinə şərait yaratmalı, başqalarının hüququnu pozduğuna görə isə onlardan üzr istəyib razı salmalıdır. Çünki onlar razı olmayınca Allah-təala da razı olmayacaqdır. Feyz Kaşani qeybətin kəffarəsi və insanın aludə olduğu günahdan paklanması üçün nə edəcəyi barədə buyurur: "Qeybət edən şəxs gərək peşmançılığını bildirib tövbə etsin. Allahın onun boynunda olan haqqını ödəmək üçün etdiyi nalayiq əməllərə görə (etdiyi qeybətə görə) təəssüflənsin, sonra qeybətini etdiyi şəxsin yanına gedib ondan halallıq alsın. Bu yolla o, etdiyi qeybətin günahından azad olar". Sonra isə yenə yazır: "Halallıq almaq istəyən şəxs etdiyi əməllərə görə gərək təəssüflənib kədərlənsin, həqiqətən, öz əməlindən peşman olsun. Riyakarcasına özünü peşman olmuş kimi göstərməsin. İkiüzlü və riyakar adam təqvalı kimi görünmək üçün özünü kədərli göstərir, halbuki batində öz əməlindən peşman deyildir. Əslində, belə tövbə edən şəxs ayrı bir günaha-riyaya da batmış olur..." 
Mühüm bir mətləb:
Bütün insanlar Tanrının hökmlərindən kənara çıxaraq bu və ya digər dərəcədə günah sahibi olurlar. Heç kim də iddia edə bilməz ki, ömründə heç bir günaha batmamışdır. Deməli, bütün bəşər övladı günahkardır. (Məsumlardan(ə) başqa) Başqa bir tərəfdən də Allah-təala tövbə və qayıdış yolunu insanların üzünə açıq qoymuşdur. Onlar tövbə etmək, əfv diləmək yolu ilə etdikləri günahların yerini pak əməllərlə doldurub Allah dərgahında tövbə etdikdən sonra ikinci dəfə olaraq təqva və ibadət yolu ilə gedə bilərlər. Buna görə də "Qurani-Kərim”in, Əhli-beyt(ə)-ın insanları tövbəyə dəvət, təşviq etmək üçün söylədikləri bəzi ayə və hədisləri burada qeyd edirik. 
«Quran»da tövbəyə dəvət: 
"(Ey peyğəmbər! Mənim adımdan qullarıma) De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayır. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (tövbə edib) Rəbbinizə dönün..." («Zümər»-53, 54)
"Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onungünahından keçər). Şübhəsiz ki,Allah bağışlayandır, rəhm edəndir!" («Ənam»-54) 
"Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra da doğru yolu tutanı çox bağışlayanam!" («Taha»-82) 
"Allah (günahından) tövbə edənləri, (təmiz və pak) olanları sevər". («Bəqərə»-222)
"Günahları bağışlayan, tövbələri qəbul edən..." («Möminun»-3) 
"Bəndələrin tövbəsini O qəbul edəndir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir". («Şüəra»-25)
Rəvayətlərdə tövbəyə dəvət: 
Rəvayətlərdə də "Qurani-Kərim”də olduğu kimi, günahkar insanlar tövbəyə dəvət edilir. Peyğəmbər(s) buyurur:
"Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.” 
Başqa bir hədisdə İmam Baqir(ə) buyurur:
"Allah-təala öz bəndəsinin tövbəsinə gecə vaxtı səhrada miniyini azuqəsi ilə birgə itirib sonradan tapan kişidən artıq sevinir. Deməli, Allah-təala bəndəsinin tövbəsində itirdiyini yenidən tapan şəxsdən daha artıq şaddır.” 
Bu, minik və yol azuqəsi əsas yaşayış vasitələri hesab olunan o dövrün insanlarının ümumi fikri ilə uyğun olan bir misaldır.
Nəticə:
Qeybət edən şəxs günahının cəriməsini ödəməlidir. Cərimələrdən biri də tövbə etmək və bağışlanmağını diləməkdir. Biz Feyz Kaşaninin "Tövbə gərək həqiqi olsun. Zahirdə özünü tövbəkar kimi göstərib batində əməlindən peşman olmayan riyakar şəxsin etdiyi tövbə kimi yox” - buyurduğu kəlamına əsasən tövbənin həqiqi mənasını araşdırırıq, çünki heç kim dili ilə günahlarını tövbə edərkən bağışlanmış olduğunu güman etməsin. Bəhs (tövbə) çox geniş olduğundan bu barədə üç hədis qeyd etməklə kifayətlənib əsas mətləbə qayıdırıq.
Tövbənin qəbulolma şərtləri:
Bu hədislərdən belə anlaşılır ki, tövbənin bir neçə əsas şərti vardır və bu şərtlərsiz heç bir tövbə qəbul olunmur:
1) Əbu Səbban Kinani adlı bir şəxs deyir: "Həzrət İmam Sadiq(ə)-dən "Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin.” («Təhrim» - 8) ayəsinin mənasını soruşdum. O həzrət buyurdu: "Yəni bəndə günahdan tövbə edib bir daha günaha batmasın.” 
2) Məaz ibn Cəbəl Peyğəmbər(s)-dən soruşdu ki, səmimi-qəlbdən tövbə etmək nədir? Buyurdu: "Səmimi-qəlbdən tövbə etmək sağılmış südün bir daha öz yerinə qayıtmayacağı kimi, tövbəkarın da bir daha günaha tərəf dönməməsidir.” 
3) Həzrəti- Əli(ə)-nin kəlamlarından:
"Əmirəlmöminin Əli(ə) yanındakı "Əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: "Anan halına ağlasın! İstiğfar bilirsənmi nədir? İstiğfar ali dərəcələrə sahib olanlar üçündür. O bir kəlmədir, amma sətiraltı mənası və bir neçə mərhələsi vardır:
Birinci mərhələ keçmişindən peşman olmaqdır.
İkinci mərhələdə həmişəlik qəti qərara gələsən ki, bir daha o günaha tərəf dönməyəcəksən.
Üçüncü mərhələdə hüququnu pozduğun adamların haqqını onlara qaytarasan, belə ki Allah dərgahına qayıdarkən boynunda heç bir kəsin haqqı olmamalıdır.
Dördüncü mərhələ yerinə yetirmədiyin vacib əməlləri ödəməkdir.
Beşinci mərhələdə günahına peşman olmağının şiddətindən bədəninin haramdan bağlanmış ətini o qədər əridəsən ki, ondan bir şey qalmasın və yerinə təzə ət gəlsin.
Altıncı mərhələdə isə günah edərkən çəkdiyin ləzzət kimi, ibadət və itaətin də zəhmətini çəkəsən. Bu mərhələləri yerinə yetirdikdən sonra "Əstəğfirullah” (Allahdan bağışlanmaq istəyirəm) deyərsən.” 
Deməli, hər kim günah və qeybətdən (ümumiyyətlə hər bir günahdan) tövbə etmək istəyirsə, bu cür istiğfar etməsə, nəticəsi olmayacaqdır. Buna görə Feyz Kaşani buyurur ki, insan əvvəlcə özündə daxili bir inqilab əmələ gətirməli, sonra isə tövbə etməlidir. Əgər tövbə bu şərtlərlə birgə olmasa, bu daha çox məsxərəyə oxşayar. İmam Baqir(ə) buyurur:
"... Kim istiğfar edir və eyni zamanda da günaha batırsa, məsxərə edən şəxs kimidir.” 
Xülasə, insan öz etdiklərindən peşman olub Allahdan günahlarının bağışlanmağını istəməli, sonra incitdiyi və arxasınca pislədiyi şəxslərdən halallıq alıb onları razı salmalıdır. Necə halallıq almalı və necə onları razı salmalı - bu artıq özü ayrıca bir bəhsdir. Məsələn, qeybəti olunan şəxsdən halallıq alıb onu razı salmaq, yoxsa onun üçün təkcə xeyir-dua və istiğfar etməkləmi kifayətlənmək sualına cavab olaraq fəqihlərin nəzəri nədir? Bu barədə fəqihlərin iki fikri vardır:
Bəziləri tam peşmançılıq, qeybəti olunmuş şəxs üçün bağışlanılmasını diləmək, onun adından dua etmək, sədəqə vermək və bu kimi xeyir işlərin görülməsinin kifayət etdiyini irəli sürürlər. Peşmançılıq çəkənin bu xeyir əməlləri yerinə yetirməsi tövbəsinin qəbul olunmasına səbəb olur. Ola bilsin ki, insan qeybətini etdiyi şəxsin yanına gedib halallıq istəyərkən nəticəsi əksinə olsun. Bu barədə bir hədis qeyd etməklə kifayətlənirik. Peyğəmbər(s) buyurmuşdur: "Arxasınca pislədiyin şəxsin kəffarəsi onun üçün Allahdan bağışlanmasını istəməkdir.” 
Fəqihlərin bəzisi də insanın qeybətini etdiyi şəxsin yanına gedib ondan halallıq almasını söyləyirlər, çünki qeybət həqqünnasdır (insanların haqqıdır). Qeybəti olunan razı qalmayınca istiğfarın heç bir xeyri yoxdur. Bu barədə bəzi hədisləri dəlil olaraq nəql edirlər:
1) Peyğəmbər(s) buyurur:
"Qeybət zinadan daha pisdir, çünki zinakarı Allah bağışlaya bilər, amma qeybəti sahibindən halallıq almayınca Allah bağışlamaz.” 
2) "Hər bir kəsin boynunda din qardaşının haqqı vardır. Dirhəm və dinar tapılmayan vaxt, yəni Qiyamət günü yetişməmiş ondan halallıq almalıdır. (Dinar və dirhəm əvəzinə) onun xeyir əməllərindən götürərlər. Əgər xeyir əməli olmasa, (qeybəti olunanın və ya haqqı tapdalananın) günahlarından götürüb onun günahlarının üstünə qoyarlar.” 
Başqa bir hədisdə isə həzrəti-Mühəmməd (s) buyurmuşdur:
"Hər kim bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca qırx gün onun oruc-namazı Allah dərgahında qəbul olunmaz.” 
Nəticə:
Sual: Qeybətin kəffarəsinə dair bəzilərinin istiğfar ilə kifayətlənməyi və bəzilərinin də halallıq almağı lazım bilməsi haqda hədislərin məzmun müxtəlifliyinə diqqət yetirməklə bu hədislərin müqabilində bizim vəzifəmiz nədir və bu hədislərdən hansına əsaslanıb əməl etməliyik?
Cavab: Bu rəvayətlərdən hər birinin özünəməxsus yeri vardır, lakin onlardan belə bir nəticəyə gəlmək olar: İstiğfar ilə kifayətlənməyi söyləyən hədislər halallıq almağın dava-dalaş, narahatçılıq və ədavətə gətirib çıxaracağını deyir. Halallıq almağı lazım bilən hədislər isə sonu yaxşılıqla qurtaran hallara aid edilir. Belə hallarda insanın vəzifəsi arxasınca pislədiyi şəxsin yanına gedib: "sənin barəndə söylədiklərim düzgün olmayıb, Sənin haqqında zülm edib pis iş görmüşəm. Əgər istəyirsənsə, öz haqqını məndən al və əgər istəmirsənsə, məni bağışla,”- deməsidir. Feyz Kaşani bu iki hədisin başqa bir variantını qeyd edib yazır: "İmam Sadiq(ə) buyurdu: "Qeybətini etdiyin şəxs xəbərdar olarsa, onun yanına gedib halallıq al. Əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.” Bu rəvayəti nəql edəndən sonra buyurur: "Xəbərdar olmayan surətdə ondan halallıq istəsən, bu, bəzən ədavət və dava-dalaşa səbəb ola bilər.”
Təkcə bir məqamda bütün fəqihlər istiğfarın kifayət etdiyini söyləyirlər. O da əgər (qeybəti olunan) şəxs vəfat etmiş olarsa, yaxud uzaq bir ölkədə yaşayarsa, bu zaman insan artıq vəzifə daşımır, çünki "Qurani-Kərim”də buyurulur:
"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər.” («Bəqərə» - 286).
 
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 1 Mayıs 2015 22:24 | İstifadəçi | Şərh yazdı
Qeybet en cox qrxduqum gunahlardandir Allah bizim bierekden-bilmeyerekden etdiyimiz gunahlari baqiwlasin AMIN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 1 Mayıs 2015 22:23 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAH RAZI OLSUN 
ALLAH BIZLERIN TOVBESIN QEBUL ETMEMIS AXIRET EVINE APARMASIN AMIN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 1 Mayıs 2015 19:50 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahin salami salavati xeyir duasi uzerinize olsun Allah razi olsun qeybet haqda  lazimi melumatdar orgendim Esdafurllah rebi ve etubi iley  Allah bawdasin  biz gunahkarlari heqiqetende quybet ediyin wexsden halaliq almaq ne cetiundi bir an fikirlewdim  Allah bizi qiybetden uzaq edsin

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.