» » Qeybət fiqh alimlərinin təfsirində


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qeybət fiqh alimlərinin təfsirində
    +9
    Müəllif: Allahıma aşiqəm | 23-04-2015, 19:00 | Baxılıb: 1 727
     

    Qeybət fiqh alimlərinin təfsirində

    Fəqihlər qeybətə müxtəlif təriflər vermişlər. Bu təriflər forma cəhətdən müxtəlif olsa da, məzmun baxımından eynidir. Burada mövzunu araşdırmaq və bir-birindən seçmək nəzərindən məzmunlar oxşardır. Başqa bir ifadə ilə desək fəqihlər qeybətə məntiqi tərif vermək niyyətində olmamışlar ki, bir qeydin az və çoxluğu mənanın dəyişilməsinə səbəb olsun. Əksinə, fəqihlər bu qeydləri sadalayıb qeybətin əlamətlərinə zahiri tərif verməklə adətən onlarla zahirən qarışıqlığı düşən töhmət, ifk, söyüş, eyibaxtarma, məsxərəyə qoymaq, təhqir hörmətsizlik, dillə əziyyət vermək, dedi-qodu və s. kimi oxşar hallardan ayırmaq istəmişlər ki, qeyd olunan bütün bu xüsusiyyətlər şəri, hüquqi təsir və xüsusi hökmlərlə özünə məxsus bir tərzdə qavranılsın. Yuxarıda qeyd olunan amillərin hamısı böyük günah hesab olunur, lakin onların haramlığı qeybət olduqlarına görə deyil. Bu günahlardan hər birinin özünəməxsus günah dərəcəsi vardır. Bunlar cərimə və kəffarəsinə (günahını bağışlatma) görə fərqlənirlər. Məsələn, əgər bir kəs hər hansı bir möminin aşkar eybini və ya aşkar günahlarını deyərsə, günaha batmış olur, amma eyibaxtarma və dedi-qodu kimi olunan qeybətin günahı yuxarıda qeyd olunan qeybətin günahından fərqlidir. Başqa bir misal: Bir başqasının arxasınca onda olmayan xüsusiyyəti ona aid edən, yaxud söyüb nalayiq sözlər deyən qeybət etdiyinə görə yox töhmət və nalayiq söz dediyi üçün günahkar sayılır. 
    İnsan bir əməllə bir neçə günah işlədə bilər, yəni belə bir şəxs qeybət, töhmət, eyibaxtarma, söyüş və hörmətsizliyi bir sözdə, bir yerdə cəmləşdirib günaha batmış olur. Təbii ki, bunun günahı daha ağır və daha böyükdür. Buna görə də fəqihlərdən hər biri bir və ya bir neçə qeydi zikr etməklə qeybətin hökmünün həddini təyin etmişlər. Əlbəttə yuxarıda qeyd olundu ki, kamil bir məntiqi tərif söyləyərək bir qeydi artırıb-azaltmaqla onu başqa təriflərdən ayırmaq əsas məqsəd deyildir. 
    Buna görə də demək olar ki, qeybət həmin lüğəvi məfhum olan və fəqihlərin xüsusi şərtlərlə o məfhuma işarə etdikləri vahid bir mənaya malikdir. Lakin qeyd etmək lazımdır ki, qeybətin haramlıq məsələsində fəqihlər onun bütün nümunələrində vahid bir nəzərə malik deyillər. Onlardan bəziləri onun haramlığında bir qeydi artırmış və bəzisi də bir qeydi azaltmışdır. Xülasə, bu qeydlər hökmün şərtləridir, nəinki mövzunun meydana gəlmə şərti, yəni bu qeydləri artıranlar qeybətin haramlığının bu qeydlərin baş verən surətdə olmasına inanırlar. Bundan qeyri surətdə fərz edək ki, əgər qeybət doğru olarsa, haram olmur. Belə ki, əgər başqa cəhətdən yəni töhmət, söyüş, əziyyət kimi haram olarsa, bunun qeybətə heç bir dəxli yoxdur. Hər halda fəqihlərin söylədikləri qeyd və şərtlər aşağıdakılardan ibarətdir:
    1.Qeybət sirri ifşaetmə xüsusiyyətinə malik olsun. Buna əsasən aşkar eyibləri günahları danışmaq qeybət sayılmır. Hörmətsizlik təhqir və ya pis mənada dedi-qodu olduğuna görə qadağan olmasına baxmayaraq, mümkündür bu günahın dərəcəsi ilə uyğun olmasın.
    2.Qeyd olunmuş eyib yalan olmasın. Yəni qeybəti olunan şəxsdə, həqiqətən, bu nöqsan olsun. Deməli, əgər doğru olmazsa bu, töhmət sayılır. Onu deyən şəxs də iftiraçı kimi cəzalandırılıb günahı qeybətdən daha artıq olur.
    3.Eyib axtarma bir məqsəd daşısın. Buna əsasən başqalarının eybini danışmaq onların xeyirlərinə görə olarsa sözü gedən şəxsin razılığı olmasa belə şəri cəhətdən heç bir maneəsi yoxdur. Məsələn, xəstənin xüsusiyyətlərini həkimin yanında danışmaq onun həkim tərəfdən düzgün müayinə olunub müalicə olunmasına görədir. Çünki onun sağalması xəstəliyinin ifşa olunması ilə mümkündür. Sözsüz ki, xəstə işin əvvəlində xəstəliyinin ifşa olunmasından narahat ola bilər. Lakin onun narahatçılığı bu işə heç bir xələl gətirmir. Həmçinin bəzilərinin əxlaqi gözəlliklərini tərif etmək niyyəti ilə danışmaq qeybət deyildir. Baxmayaraq ki, onlar öz əxlaqi gözəlliklərinin ifşa olunmasını istəmirlər. Əlbəttə əgər bu əxlaqi gözəlliklərin ifşa olunması həmin şəxsin çətinliyə və əziyyətə düşməsinə səbəb olarsa bu, yaxşı iş deyildir. Amma bu qeybət kimi yox, mömin qardaşa əziyyət vermək kimi hesab olunar. Bunun da özünəməxsus ayrı bir hökmü vardır.
    4.Qeybəti olunanın şəxsiyyəti bilinsin. İstər adını və bəzi xüsusiyyətlirini sadalamaqla, istərsə də işarə və kinayə etməklə. Əlbəttə, bu o surətdədir ki, eşidən onu bu yolla tanıya bilir. Deməli əgər ümumi və naməlum surətdə olarsa, yaxud eşidən onu tanımazsa bu, qeybət sayılmır. 
    5.Qeybəti olunan şəxs müsəlman və din qardaşı olsun. Buna əsasən kafirlərin, müşriklərin və mülhidlərin (dinsiz, dindən çıxmış) qeybətini etməyin heç bir eybi yoxdur. 
    6.Qeybəti olunan açıq-aşkar qəsdən günah edən olmasın. Deməli, əgər bir kəs açıq-aşkar günaha batırsa onun qeybəti caizdir (onun qeybətini etmək olar). Çünki belə bir şəxs günah etməkdən və günahkar olmaqdan qorxub camaatın onun nalayiq hərəkətlərindən xəbərdar olmasından çəkinmir. 
    Fəqihlərin, əxlaq alimlərinin və bəzi dilçi alimlərin şəriət şərtləri çərçivəsində qeybət barədə söylədikləri qeyd və şərtlərin toplusu budur. Bu şərtlərdən bəzisinin leksik mənanı doğrultmamasına baxmayaraq, fiqhi mənbələrdə və hədislərdə gəlmiş şərtləri əsasən şəriət hökmləri sırasına daxil etmək lazımdır. İndi isə nəzərinizi bu barədə gəlmiş ayə və hədislərə cəlb edirik.

    Qeybət

    Böyük günahlardan hesab olunan dilin ziyanverici bəlalarından biri də qeybətdir. Qeybət başqasının arxasınca deyilən pis və xoşagəlməz sözə deyilir. Ümumi tərif kimi hesab olunan bu ifadə qeybətin növlərinə-böhtana, töhmətə, ifk , söyüş və aşkar eybləri söyləməyə şamil edilir, halbuki bunlardan hər birinin özünəməxsus tərifi olub şəriət nəzərindən xüsusi hökmə malikdir. Onların hamısı qeybət hesab olunmur. Qeybət sözünün lüğəvi mənası ümumi xarakter daşıyır və bəzən hədislərdə də belə olur. 

    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 24 Nisan 2015 18:54 | İstifadəçi | Şərh yazdı
    SİRLİ MƏLƏK
    bacım əgər ki sən kiminsə haqqında danışırsan və o şəxs bunu eşitsə narahar olacaq xoşuna gəlməyəcək qeybətdir mən belə bilirəm 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 23 Nisan 2015 20:41 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun   Allah dilimizi qeybetden qorusun  birde bir sual verim eger birinin aciq awqar  eyibini meselen vaxti ile 2 nefere  qarwi ediyi  pis hereketleri  bir birleri ile daniwmaqda  qeybetdi?

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 23 Nisan 2015 20:27 | İstifadəçi | Şərh yazdı
    Allah dilimizi ve qulaqlarimizi qeybetden qorusun AMIN


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.