» » Qeybət haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qeybət haqqında
    0
    Müəllif: Fatimə Nuri Xuda | 11-05-2014, 13:00 | Baxılıb: 2 041
     

    Qeybətin böyük günah və haram olması, dünya və axirətdə qoyduğu mənfi təsirlərlə tanış olduqdan sonra onu doğuran səbəb və amillər haqqında danışmaq yerinə düşərdi. Ümumiyyətlə insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?
    Әxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:
     1. Vicdan rahatlığı; 
    İnsanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni bu, təkcə mənim eybim deyildir, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüzidir. Beləliklə onlar özlərinə bəraət qazanıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki, hər bir şəxs öz əməllərinə görə məsuliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edib səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir.
     2. Fəxr; 
    İnsanlardan bəziləri camaatın eyb və nöqsanlarını başqalarının yanında aşkar etməklə onları təhqir edir, özlərini isə yüksək əxlaq və fəzilət sahibi göstərmək istəyirlər. Məsələn, deyirlər: Filan şəxs heç nəyi düşünüb daşınmaz. Beləliklə o, özünün ağıl və dərrakə sahibi olduğunu və belə bir mənfi xüsusiyyətə malik olmadığını sübuta yetirmək istəyər. Hərçənd dinləyicinin zehnində o, fəzilət və dərrakə sahibi kimi deyil, xudpəsənd və özünü öyən təkəbbürlü şəxs kimi canlanır.
     3. Məsxərə və istehza; 
    Qeybət olunan məclislərin bir çoxunda başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaqdan ən başlıca məqsəd onları məsxərə və istehza etməkdir. Bu haqda 27-ci dərsdə ətraflı söhbət açacağıq.
     4. Həsəd; 
    Qeybətə səbəb olan amillərdən biri də həsəddir. İnsan özünü başqalarından zəif və bacarıqsız gördükdə onda həsəd hissi baş qaldırır. O, başqalarında eyb və nöqsan axtarmaqla onların mövqeyini kiçiltməyə və özü haqda müsbət fikir yaratmağa və başqalarının nəzərində ucalmağa çalışır.
     5. Başqaları ilə həmrəylik; 
    Yaxın dost və tanışların iştirak etdikləri məclislərdə adətən kimlərinsə yaxşı və ya pis xüsusiyyətlərindən söhbət açılır. Məclis iştirakçıları bir-birləri ilə həmsöhbət olmaq üçün müxtəlif mövzular ətrafında söhbət açır, bəzən də onlarla səmimi ünsiyyət yaratmaq və ya keflərini açmaq üçün kimlərinsə qeybətini edirlər. Onlar belə güman edərlər ki, əgər məclis iştirakçıları ilə qaynayıb-qarışmasalar onlardan inciyəcək və özlərindən uzaqlaşdırmaq istəyəcəklər. Bir haldakı ünsiyyət və həmrəylik haram işlərə yol verilmədən bərqərar olunmalıdır. Bir sözlə, başqalarının razılığını əldə etmək üçün Allahın qəzəb və narazılığına yol verilməməlidir. Qurani-Kərim günahkarla ünsiyyətdə olmaq nəticəsində Cəhənnəm əhlinin böyük əzaba düçar olduqlarını onların öz dilləri ilə belə bəyan edir:
     «Onlar cənnətdədirlər:Bir-birindən soruşacaqlar
    Günahkar barəsində [və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər]:
    Sizi Cəhənnəmə salan nədir?
    Onlar deyəcəklər: Biz namaz qılanlardan deyilik;
    Yoxsulu da yedirtməzdik;
    Batilə dalanlarla birlikdə biz də dalardıq.»
    6. Təhlükənin qarşısını almaq; 
    Bəziləri, başqalarının onun haqda nə isə xoşagəlməz bir söz deyəcəyini ehtimal verib onların söylədiklərini etibarsız etmək və ya təhlükənin qarşısını almaq üçün onların eyb və nöqsanlarını aşkar etmək istəyirlər. Belə ki, şəxs onun haqda bir söz demək istərkən söylədikləri dinləyici üçün heç bir əhəmiyyət kəsb etməmiş olsun.
     7. Təəccüb; 
    Günah və xoşagəlməz şeylər haqda söz düşdükdə, bəzi şəxslər qeybət bəhanəsi ilə sanki eşitdiklərindən təəccüblənib deyərlər: Ondan bu işi gözləmək olmazdı. Çünki, əgər qeybət bəhanələri olmasaydı, həmin şəxsin adını çəkmədən öz nigarançılıqlarını bildirərdilər. Digər tərəfdən də günaha düçar olmaq təəccüb və heyrətə səbəb olursa, qeybət də böyük günahlardan hesab olunur və təbii ki, onun bu hərəkəti də başqalarını heyrətləndirəcəkdir.
     8. Rəhm. 
    Bəziləri başqalarının eyb və nöqsanlarından və ya günaha mürtəkib olduqlarından söz düşdükdə, ürək yanğısı ilə deyərlər: Günaha düçar olduğu üçün onun halına ürəyim yanır. Qeybət edən şəxs hər şeydən əvvəl diqqət yetirməlidir ki, onun halı daha çox acınacaqlıdır. Çünki, əvvəla onun özü heç də eyb və nöqsansız deyildir və bunu deməklə özü qeybət etmiş olur. Digər tərəfdən isə mömin bir şəxsi təhqir etməklə başqa bir günaha düçar olmuş olur.

    "Din təlimləri 1-ci cild"

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 17:26 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH SONSUZ RAZI OLSUN BACI

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 15:34 | İstifadəçi | Şərh yazdı
    Allah bizi qeybet etmekden, ve qulaqasmaqdan uzaq edsin In sha Allah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 15:33 | Administrator | Şərh yazdı
    Qeybət etmək sanki ölmüş qardaşın ətini yemiş kimidir.Allah nəzərini üzərimizdən çəkməsin.Allah razı olsun Gül.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 15:16 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH QEYBETDEN VE QEYBET EDEN INSANLARDA UZAQ SAXLASIN BIZI INWELLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 14:47 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 11 Mayıs 2014 13:24 | Redaktor | Şərh yazdı
    ALLHAIN Salamı Rəhməti Bərəkəti Salavatı və Nəzəri üzərinə olsun bacım.ALLAH Razı olsun belə gözəl yazıya görə,çooooox sağ  ol......

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.