180. Məsuliyyət
892. Mə’suliyyət
Qur’an:
«And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barədə soruşacağıq.» [3160]
Hədis:
2872. İmam Əli (ə):«Allahdan, Onun bəndələri və torpaqlarına barəsində qorxun. Çünki siz hətta torpaqlara və heyvanlara görə də cavabdeh olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin.»
893. Ümumi Mə’suliyyət
2873. Allahın Peyğəmbəri (s):«Bilin ki, sizin hamınız rəhbərsiniz və rəiyyət[3162] sahibisiniz. Hamınız öz rəiyyətiniz və əliniz altında olanlar barədə sorğu-sual olunacaqsınız. Rəhbər xalqın başçısıdır və öz rəiyyətinə görə sorğu-sual olunacaq. Kişi öz ailəsinin başçısıdır və onlara görə cavabdehlik daşımalıdır. Qadın öz evinin və ərinin uşaqlarının başçısıdır və onlara görə cavabdeh olmalıdır.»
2874. İmam Əli (ə):«Hər bir kişi öz tabeliyində olanlara və ailəsinə görə sorğu-sual olunacaq.»
894. Qulağın, gözün və qəlbin Mə’suliyyəti
2875. «Mən lə yəhzuruhul fəqih»:«Bir kişi İmam Sadiqə (ə)ərz etdi:«Mənim qonşularımın cavan kənizləri var və bu kənizlər xoş avazla oxuyub ud çalırlar. Mən əl-üz yuyulan yerə gedəndə bə‘zən onların çalıb oxumaqlarına qulaq asmaq üçün uzun müddət otururam…» Həzrət buyurdu:«Sən Allah, sən də belə edirsən?!!» Allah-taalanın «Həqiqətən, qulaqdan, gözdən, qəlbdən, onların hamısından soruşulacaqdır» buyurduğunu eşitməmisənmi?»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild