398. Miras
1805.Miras.
Qur‘an:
«Allah övladlarınızın haqqında sizə tövsiyə edərək buyurur ki: oğula, iki qız hissəsi qədər pay düşür. Əgər qızların sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qız olsa, mirasın yarısı onundur. (Vəfat edənin) Övladı olarsa, ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir…..»
Həmçinin müraciət et: «Nisa», 7.12, 23, 32, 127, 176; «Məryəm», 6; «Nəml», 16; «Fəcr», 19.
Hədis:
6465.İmam Sadiq (ə) («Nə üçün oğlanın miras payı qızın miras payının iki misli qədərdir?» sualının cavabında): «Çünki qadına nə cihad vacibdir, nə ailənin dolanışığını təmin etmək və nə də (həddi-buluğa çatmamış qohumlarının ödəməli olduğu) diyəni ödəmək! Əksinə bunlar kişinin öhdəsinə qoyulub.»
6466.İmam Rza (ə) (həmin sualın cavabında): «Qadınlara mirasdan kişilərin payının yarısı qədər verilməsinin səbəbi budur ki, evlənəndə arvad (mehriyyə) alır, kişi isə (mehriyyə) verir. Bu səbəbdən kişilərin payı artıq edilib. Kişilərin payının qadınların payından iki dəfə çox olmasının digər bir səbəbi də budur ki, arvad (bir şeyə) möhtac olsa da kişinin öhdəsindədir və kişi onun ehtiyacını ödəməyə, dolanışığını təmin etməyə görə mə’suliyyət daşıyır. Lakin qadın nə kişinin məişətini təmin etməyə zamindir, nə də kişinin ehtiyacı olanda onun dolanışığını ödəməyə görə mə’suliyyət daşıyır. Bu səbəblərdən Allah-taala kişilərin payını artırıb. Bu, Allah-taalanın kəlamıdır ki, «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) xərcləmələrinə görədir.
1806.Varisliyə mane olan amillər.
6467.Allahın Peyğəmbəri (s): «Qatilə, (qətlə yetirdiyi şəxsdən) miras çatmır.»
6468.Allahın Peyğəmbəri (s): «Zinadan olana nə kimsədən miras qalır, nə də ondan kimsəyə miras düşür.»
6469.İmam Sadiq (ə): «Müsəlman, kafirə miras çatmasının qarşısını alır, amma (özünə) ondan irs çatır. Kafir isə, nə möminə mirasın qarşısını alır, nə də irs götürür.»
1807.Peyğəmbərlərin mirası.
Qur‘an:
«Süleyman Davuda vərəsə oldu və dedi: Ey insanlar, bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu həqiqətən açıq-aşkar bir lütfdür.»
«Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, doğmur. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, həm mənə, həm də Yaqub nəslinə varis olsun. Pərvərdigara! Həm də elə et ki, o, Sənin razılığını qazanmış olsun.»
Hədis: Allah razı olsun inşallah bacım. Olduqca təsirlidir. İmam Huseyn (ə) ağam Əliəsğəri (ə) qəbrə qoya bilmirdi. Çox çətin idi. İki rəkət namaz qılıb, Allahdan səbr verməsini istəyir. Can Huseyn ağam, can Əliəsğər...Əssəlamu əleykə ya Əba Əbdillahil-Huseyn (ə) Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd
6470. «ət Təbəqatul kubra»: «Fatimə (ə) və Abbas ibn Əbdülmüttəlib öz miraslarını almaq üçün əbubəkrin yanına gəldilər. Əli (ə) də onlarla birlikdə getdi. Əbubəkr dedi: Allahın Peyğəmbəri (s) buyurub: «Biz miras qoymuruq, qoyub getdiklərmiz sədəqədir.» (əbubəkr dedi) Yaşayışları Peyğəmbər tərəfindən təmin edilənlərin xərcləri də mənim öhdəmədir. Əli buyurdu: «Süleyman Davuda vərəsə oldu. Zəkəriyya da «həm mənə, həm də Yaqub nəslinə varis olsun.» deyə buyurub.»
Əbubəkr dedi: «Məsələ elə (mənim Peyğəmbərdən nəql etdiyim kimi) belədir. And olsun Allaha, (Peyğəmbərin hədislərindən) mənim bildiklərimi sən də bilirsən.»
Əli buyurdu: «Bu (isə) Allahın kitabıdır ki, (peyğəmbərlərin miras qoyub getmələrini açıq-aşkar) bəyan edir.» Onlar (Əli, Fatimə və Abbas) daha bir söz deməyib getdilər.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild