403 Vəsiyyət
1818.Vəsiyyət
Qur‘an
«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Bu, təqvalılara vacibdir.»
Hədis:
6515.Allahın Peyğəmbəri (s): «Vəsiyyət etmək hər bir müsəlmanın vəzifəsidir.»
6516.Allahın Peyğəmbəri (s): «(Allahın rəhmətindən) o şəxs məhrumdur ki, vəsiyyət etməkdən məhrum olsun.»
6517.Allahın Peyğəmbəri (s): «Heç bir müsəlmana gecəni vəsiyyətnaməsi başının altında olmadan keçirmək yaraşmaz.»
6518.İmam Baqir (ə): «Kim öləndə miras haqqı olmayan qohumlarına vəsiyyət etməsə, əməlini günahla sona çatdırıb.»
1819.Vəsiyyətdə ziyan vurmaq, zülm və haqsızlıq etmək olmaz
6519.İmam Əli (ə): «Kim vəsiyyət etsə və (öz vəsiyyətində) zülm etməsə, (varisə) ziyan vurmasa, onu (vəsiyyət etdiyi malı) öz sağlığında sədəqə vermiş şəxs kimidir.»
6520.İmam Əli (ə): «Vəsiyyətdə zülm və haqsızlıq etmək böyük günahlardandır.»
6521.İmam Sadiq (ə): «(Var-dövlətinin) Üçdə birini vəsiyyət edən kəs varislərinə ziyan vurub. Beşdə birini və dörddə birini vəsiyyət etmək üçdə birini vəsiyyət etməkdən daha fəzilətli və üstündür.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild