302. Qəsb etmək
1410. Qəsb etmək.
4791. Allahın Peyğəmbəri (s): «Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.»
4792. Allahın Peyğəmbəri (s): «Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.»
4793. Allahın Peyğəmbəri (s): «Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.»
4794. İmam Əli (ə): «Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.»
4795. İmam Sadiq (ə): (Haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından): «Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.»
4796. İmam Əli (ə): «Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild