» » Müjdə ey Əhlişiə, bu günü isməti - Zəhra günüdür!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müjdə ey Əhlişiə, bu günü isməti - Zəhra günüdür!
    +5
    Müəllif: Yusifi Zehra | 8-03-2018, 19:00 | Baxılıb: 13 161
      
    Allahın salamı, rəhməti, mərhəməti, nəzəri üzərinizdə olsun İnşAllah. Bütün dünya müsəlmanlarını xanımlar xanımı həzrəti Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə təbrik edirik. Bu mübarək gün münasibəti ilə Xanıma məhəbbəti olan hər bir kəsə bayramınız mübarək olsun deyirik. Əziz xanımlar, sizi gərçək qadınlıq mücəssəməsi olan Xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə təbrik edirik. Mövlud Bayramınız Mübarək! Bu gün Məhz vücudi qadınların bayramıdır. Çünki bu gün vücudi qadınların zirvəsi Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdür. Mövlud günün mübarək, ey Xanım Fatimeyi-Zəhra (s.ə)!
     Mövlud günün mübarək, ey üzünü görmədiyim anam! Qadınlar bayramın mübarək olsun, Sənin və bütün vücudi qadınlıq şərəfini daşıyanların. Allah xanım Fatiməni (s.ə) Peyğəmbərə (s) kövsər (bolluq) verdi. Allahdan arzulayıram ki, Xanımın nəzəri üzərinə bolluq gətirsin. "Fatimə (s.ə) mənim tənimin yarısıdır, gözümün nurudur" - Peyğəmbər (s) belə buyurardı. Sizə də ən azı əzizlərinizin gözünün nuru olmağı arzu edirəm və həyatın bütün keşməkeşlərinə Xanım Fatimənin (ə.s) gözü ilə baxmağı arzulayır və Xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə sizə də onun mövludu kimi həqiqi mövlud arzu edirəm. 
     Dininə, namazına, orucuna, hicabına, ailənə sahib çıxmağı Xanım Fatimədən (s.ə) öyrənmək qismətin olsun. Fatimə (s.ə) ona görə Fatimə adlanıb ki, Allah onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb. Sizə Fatiməni (s.ə) sevməyi arzulayıram. Peyğəmbərin (s) gözünün nuru, qəlbinin meyvəsi, bədənində ruhu olan Fatimənin (s.ə) mövludu günün mübarək. Bu gün sizin üçün həqiqi bayram olsun..

     

     

     

     

    Əssəlam, ey hər iki dünyayə zinət Fatimə.
    Əssəlam, ey govhəri-dəryayi-ismət Fatimə.
    Əssəlam, ey Müstəfanın cisminin bir parəsi,
    Əssəlam, ey Heydəri-Kərrarə nisbət Fatimə.
    Həqq yolunda sadiq oldun, səbr edib hər möhnətə,
    Ey alan min şövq ilə cami-şəhadət Fatimə.
    Verməmişdir kimsə əsrari-vücudindən xəbər,
    Ey vücudi-pakı başdan-başə hikmət Fatimə.
    Sən ləyaqət, sən nəzakət, sən sədaqət rəmzisən,
    Ey nihali-busitani-izzü qeyrət Fatimə.
    Kim sənin tək oldu on bir övliyanın madəri,
    Hansı madərdir qoyan nəsli-imamət, Fatimə.
    Eydi-mövludin səadət bəxş edər, bir lütf qıl,
    Ta tapaq biz də bu bayramda səadət Fatimə.
    Ey gəlib mövludi-Zəhrayə, ibadətdən qaçan,
    Söylə etmişdir haçan dinə xəyanət Fatimə. 
    Əcnəbinin qoyduğu yoldan uzaqlaş, ey bacım,
    Biz qadınlarçün qoyubdur rahi-iffət Fatimə.
    Düxtəri-Kübra hicabın əldə möhkəm saxlayın,
    Öz Hicabın sizlərə vermiş əmanət Fatimə.
    Həzrəti Zeynəb tək mərdanə ol İslamdə,
    Bəlkə etsin axirət gündə şəfaət Fatimə.
    Biəməllərdən kəniz olmaz xanımlar şahına,
    Yadda saxla eyləmiş haqqa ibadət Fatimə.
    Sən də mərd ol keç Hüseynin məktəbindən qardaşım,
    Etməsin ta ki, sənə Məhşərdə nifrət Fatimə.
    Mahirəm, çoxdur günahım, gər şəfaət etməsən,
    Bilmirəm halım nolur ruzi-qiyamət, Fatimə?
    Müjdə ey dil, bu günü isməti - Taha günüdür,
    Aydın olsun gözünüz Fatimə - Zəhra günüdür.
    ************************************
    Rovzi - cənnət bəzənib cuşə gəlib bülbüllər,
    Saqeyi Kovsər olan şahi - lafəta günüdür.
    ***********************************
    Səff tutub ərşidə ta səcdəsinə Rəhmanın,
    Sayı sonsuz mələkut səcdeyi - əla günüdür.
    ***********************************
    Mali canın qədəmi Mustəfayə atdı vəli,
    Gəlişindən ucalan Xədicə - Kübra günüdür.
    **********************************
    Saralan gülşəni bağ eşqi novbahar oldu,
    Şad oldu Rəsul, şükri Müstəfa günüdür.
    ********************************
    Kəbədir aləmə mehvər bu ki, həqiqətdir,
    Haqq evə nurlu çıraq Fatimə - Zəhra günüdür.
    *************************************
    Xəlq etdi şənində Xuda sonsuz aləmlər,
    Qədəmi altda düşən cənnəti -əla günüdür.
    *************************************
    Odur övladi - risalət, eşqi Taha yeksər,
    Aləmə hüccət olan hüccəti yekta günüdür.
    *************************************
    Rizayi - Fatimədir Haqq rizası aləmdə,
    Qəzəbindən qəzəblənən həqqi - Xuda günüdür.
    ****************************************
    Zinəti şahi vilayət səfası Zəhradır,
    Şahi məzlum Əlinin həqqini bərpa günüdür.
    **************************************
    Olmayaydı əgər Zəhra, gər Hüseyn olmazdı,
    Çıraqi - üşq, "səfinətən nicat" Kərbübəla günüdür.
    ***************************************
    Onda vardır bir əmanət Xudayi - aləmdən,
    Əmanət etdi bizə hicabı bərpa günüdür.
    **************************************
    Cani Zəhra Həsəni - Hüseyn, həmdə Zeynəbdir,
    Zeynəbə bilki yetişməz Məryəmi - Sara, günüdür.
    **************************************
    Olma məzlum, qalma bikəs, gəl babi - Zəhrayə,
    Edəcək dərdinə dərman, çün həl - əta günüdür.
    ***************************************
    Düşmüşük müşkülə yox dərdimizin dərmanı,
    Nəzər eylə, anacan, məzluma vəfa günüdür.
    **************************************
    Axtarıb Yusifini hey gəzirik biçarə,
    Gəlməsə vay bizə zira vaveyla günüdür.
    ************************************
    Gələcək Mehdiyi - mövla cəddinin qanın ala,
    Nuri, sil göz yaşını, təkbir de səda günüdür.
    **************************************
     Ağamız Həzrəti Peyğəmbərin öz Fatiməsin,
    Solar ondan sonra gültək, gülərüz Fatiməsin.
    Söz ilə vəsf eləyək bəs necə biz Fatiməsin?..
    Bəndələrdən seçib Allah əziz Fatiməsin.

    https://www.youtube.com/watch?v= bClF7Y5OfGM

     
     
    Bölmə: Qəzəllər
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 30 Mart 2016 15:47 | İstifadəçi | Şərh yazdı
    Allah sonsuz razi olsun bacim ellerin var olsun cox gozel alinib.Xanim Zehra komeyinde dursun insallah.amin ilahi amin.............

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 30 Mart 2016 10:36 | Administrator | Şərh yazdı
    Allah razı olsun bacım, əhsən gözəl hazırlayıbsan məşəllah. Əllərin Cəhənnəm odu görməsin inşəllah. 

     
    Zinəti şahi vilayət səfası Zəhradır,
    Şahi məzlum Əlinin həqqini bərpa günüdür.
    **************************
    Olmayaydı əgər Zəhra, gər Hüseyn olmazdı,
    Çıraqi - üşq, "səfinətən nicat" Kərbübəla günüdür.
    *************************
    Onda vardır bir əmanət Xudayi - aləmdən,
    Əmanət etdi bizə hicabı bərpa günüdür.
     
     


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 30 Mart 2016 09:58 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN MOVLUD BAYRAMIMIZ MUBAREK OLSUN ALLAH XANIM ZEHRAYA XATIR GUNAHLARIMIZI BAGISLASIN AMIN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 30 Mart 2016 09:38 | İstifadəçi | Şərh yazdı
    cox gozel ela alinib ellerine saqliq bacim bu gozel gune ancaq gozellik yarawar men de senin bayramini tebrik edirem en gozel arzudur ki qiyamet gunu Xanimla bir olasan Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.