![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
![]()
♥Mövludunuz mübarək♥
Müjdə ey dil, bu günü isməti - Taha günüdür,
Aydın olsun gözünüz Fatimə - Zəhra günüdür.
Rovzi - cənnət bəzənib cuşə gəlib bülbüllər,
Saqeyi Kovsər olan şahi - lafəta günüdür.
Səff tutub ərşidə ta səcdəsinə Rəhmanın,
Sayı sonsuz mələkut səcdeyi - əla günüdür.
Mali canın qədəmi Mustəfayə atdı vəli,
Gəlişindən ucalan Xədicə - Kübra günüdür.
Saralan gülşəni bağ eşqi növbahar oldu,
Şad oldu Rəsul, şükri Müstəfa günüdür.
Kəbədir aləmə mehvər bu ki, həqiqətdir,
Haqq evə nurlu çıraq Fatimə - Zəhra günüdür.
Xəlq etdi şənində Xuda sonsuz aləmlər,
Qədəmi altda düşən cənnəti -əla günüdür.
Odur övladi - risalət, eşqi Taha yeksər,
Aləmə hüccət olan hüccəti yekta günüdür.
Rizayi - Fatimədir Haqq rizası aləmdə,
Qəzəbindən qəzəblənən həqqi - Xuda günüdür.
Zinəti şahi vilayət səfası Zəhradır,
Şahi məzlum Əlinin həqqini bərpa günüdür.
Olmayaydı əgər Zəhra, gör Hüseyn olmazdı,
Çıraqi - üşq, "səfinətən nicat" Kərbübəla günüdür.
Onda vardır bir əmanət Xudayi - aləmdən,
Əmanət etdi bizə hicabı bərpa günüdür.
Cani Zəhra Həsəni - Hüseyn, həmdə Zeynəbdir,
Zeynəbə bilki yetişməz Məryəmi - Sara, günüdür.
Olma məzlum, qalma bikəs, gəl babi - Zəhrayə,
Edəcək dərdinə dərman, çün həl - əta günüdür.
Düşmüşük müşkülə yox dərdimizin dərmanı,
Nəzər eylə,anacan, məzluma vəfa günüdür.
Axtarıb Yusifini hey gəzirik bicarə,
Gəlməsə vay bizə zira vaveyla günüdür.
Gələcək Mehdiyi - mövla cəddinin qanın ala,
Nuri, sil göz yaşını, təkbir de səda günüdür.

|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









