Allahın salamı və rəhməti üzərinizə olsun. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Bu gün ki, gündə Allah-Təala elə bir nemət bəxş edib ki, dünyanın əvvəlindən axırınadək bütün insanlar bu nemətin nə dəyərini, nə də ki, şükrünü yerinə yetirə bilməyəcəklər. Əlhəmdulillahi kəma huvə əhluh... Ağamız Əli (ə)-ın mövludu münasibəti ilə bütün şiə əhlini təbrik edirik. Mövlud Bayramımız mübarək olsun.
Salavat elə bir əməldir ki, bu əməlin savabını mələklər də hesblamaq da acizdirlər. İnsan sevdiyi şəxsə sevdiyi hədiyyəni verər. Bizdə Ağamızın sevdi salavatı, Ağamıza hədiyyə edək:
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum ...
Nə olar eylə nəzər , gəl məni təhayə Əli
Səni mən and verirəm , Həzrəti - Zəhrayə Əli
Məni gər şiə qəbul eyləməsən vay halıma
Gələrəm mən belə üzlə necə üqbayə Əli
Gəlmişəm mən qapıva qovma məni, qovsan əgər
Tutaram, ağlayaraq üz quru səhrayə Əli
And ola Allaha fəxr eyləyərəm , ey Ağacan
Nokər olsam mən əgər, sən kimi mövlayə Əli
Əli bir kəsdi bilin, bənzəri yoxdur Ağamın
Gəlməyib , gəlməyəcək bir daha dünyaya Əli
Olmasan razı Ağam bizdən əgər neynəyərik ?
Necə bizlər gedərik Cənnəti məvayə Əli ?
Zuhur etsin nə olar , tezlikilə Məhdi Ağam
Daha dözmür bu ürək qeybəti kubrayə Əli
Aşiq olmuş sənə qəlbən , bu Mücahid Ağacan
Yazdı öz dərdini bu , bir-necə misrayə Əli
Bu bir bənd şerdə bizdən Ağamıza hədiyyə olsun .
Aləmlər səbəbi aləmə gəldi ,
Əliyyən-Mürtəza cəhanə gəldi .
Gözün aydın olsun ey Əhli-Şiə
Ağamız, Mövlamız dünyaya gəldi!