O Cəhənnəmlikdir
+5
Müəllif:
Yusifi Zehra | 13-03-2016, 11:00 | Baxılıb: 1 122
O Cəhənnəmlikdir
Bir gün Həzrət Peyğəmbərə (s) deyirlər ki, ya Rəsuləllah, filan qadın gündüzlər oruc tutub gecələri də ibadətlə məşğul olur, ancaq olduqca bədəxlaqdır. Belə ki, bədəxlaq olması səbəbindən qonşularla yola getmir, onları incidir. Peyğəmbər (s) buyurur ki, onun etdiyi əməllərin heç bir xeyri yoxdur və o, Cəhənnəmlikdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bədəxlaq olmaq insanı Cəhənnəmin ən aşağı qatına atar. Həmçinin buyurur: "Allah-təala bədəxlaq adamın tövbəsini qəbul etməz." Səhabələr bunun səbəbini soruşduqda həzrət buyurur ki, çünki hansısa günahdan tövbə etsə, gedib ondan da pis günah edəcək. Başqa bir hədisdə buyurur: Bədəxlaq olmaq bağışlanılmaz günahdır.
Kitabın adı: Meracus səadə
Müəllif: Şeyx Əhməd Nəraqi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.