Elə ümidim var idi ki...
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
"Qiyamət günü Allah-təala bəndədən soruşacaq ki, filan haram işi gördük də camaatı ondan çəkindirməyinin səbəbi nə idi?
Bəndə cavab verərcək ki, İlahi camaatdan çəkinib Sənin rəhmətinə ümid bəslədim.
Allah-təala buyuracaq ki, keçdim sənin bu günahından."
O həzrət başqa bir hədisdə buyurur: " Bir bəndəni Cəhənnəmə atıb min il orada saxlayarlar.
Bir gün o: "Ey Hənnan, ey Mənnan" - deyə fəryad edər.
Allah-təala Cəbrailə (ə) buyurar ki, get bəndəmi yanıma gətir! Cəbrail (ə) gedib həmin bəndəni Allahın hüzuruna gətirdikdə Allahdan nida gələr ki, yerin necə idi?
Bəndə: "Çox pis yerdir" - deyə cavab verəcək.
Allah əmr edər ki, onu yenidən öz yerinə qaytarsınlar. Onu Cəhənnəmə doğru sürüklərkən dönüb arxasına baxar. Allah-təala soruşar ki, nəyə görə arxana baxdın?
Bəndə deyəcək: "Sənin mərhəmətinə elə ümidim var idi ki, məni Cəhənnəmdən çıxartdıqda bir daha oraya qaytarmayacağını güman edirdim."
Bu sözdən sonra Allah-təala əmr edəcək ki, onu geri qaytarıb Cənnətə daxil edin."
Kitabın adı: Meracus səadə
Müəllif: Şeyx Əhməd Nəraqi