Dünyanı necə gördün?
Padşahlardan biri iki yüz yaşına çatmış qocadan soruşur ki, dünyanı necə gördün? Qoca cavab verir ki, bir neçə ilini çətinliklə, bir-neçə ili rahatlıqla keçdi. Yaşı az olanlarında ömrü belə olur. Dünyaya biri gəlir, biri gedir. Dünyaya kimsə gəlməsə insan nəsli qurtarar, dünyadan heç kimsə getməsə növbəti gələnlərə yer olmaz. Qocanın bu sözlərini eşidən padşah deyir ki, dilə məndən nə istərsən. Qoca deyir ki, mənim keçmiş ömrümü geri qaytar, qarşıdakı ölümümü də uzaqlaşdır. Padşah: "Buna imkanım çatmaz." - deyə cavab verdikdə qoca da deyir ki, onda mənim də səndən istəyəcəyim yoxdur.
Sən də onların onuncususan
Bir gün Həzrət Musa (ə) Peyğəmbərin Hüzurunda iki nəfər bir-biri ilə mübahisə edirdi. Onlardan biri öz əcdadı ilə fəzxr edib deyir ki, mən filankəsin oğluyam, atam da filankəsin oğludur. Beləliklə o, əcdadlarından düz doqquzunun adını çəkir. Allah-təala Həzrət Musaya (ə) vəhy edərək bildirir ki, ona de sadaladığın ata-babalarının doqquzu da Cəhənnəmlikdir, sən də onların onuncususan.
Kitabın adı: Meracus Səadə
Müəllif: Şeyx Əhməd Nəraqi