Bir qapısından girib, digər qapısından çıxdım
Həzrət Cəbrail (ə) Həzrət Nuh (ə) peyğəmbərdən (mərhum Şeyx Səduqun yazdığına görə o həzrət iki min beş yüz il ömür sürmüşdür.) soruşur ki, ey peyğəmbərlərin ən uzunömürlüsü, bu dünyanı necə gördün? Nuh peyğəmbər cavab verir ki, dünya iki qapısı olan bir evə bənzəyir. Bir qapısından girib, digər qapısından çıxdım.
Onun şəhid olduğunu haradan bilirsən?
Cihad zamanı səhabələrdən biri Həzrət Peyğəmbərin (s) hüzurunda qətlə yetirilir. Qadınlardan biri onun üçün "Şəhid oldu"- deyərək ağlayırdı. Həzrət həmin qadına buyurur ki, onun şəhid olduğunu haradan bilirsən? Bəlkə o, faydasız bir söz demiş, yaxud xəsislik etmişdir?
Kitabın adı: Meracus səadə
Müəllif: Şeyx Əhməd Nəraqi