Salamat get
Günlərin birində Həzrət İsa (ə) yolla gedərkən bir donuz gəlib yanından keçir. Həzrət ona buyurur ki, salamat get.
Həvarilərdən biri bunu eşitdikdə soruşur ki, ey Allahın Peyğəmbəri (s), donuzamı salamtlıq arzu edirsən?
İsa (ə) cavab verir ki, istəmirəm dilimi pis sözlərə vərdiş etdirim.
İstəyim var, lakin səndən yox
Həzrət İbrahim (ə) Nəmrud tərəfindən oda atılarkən hələ göydə olduğu zaman Həzrət Cəbrail (ə) ona:
"Bir istəyin varmı? - deyə soruşduqda o həzrət cavab verir ki, istəyim var lakin səndən yox.
Cəbrail (ə) deyir ki, elə isə nə istəyin varsa, diləyəcəyin şəxsdən istə!
Həzrət İbrahim (ə) buyurur: "Onun vəziyyətimdən xəbərdar olduğu halda dilək diləməyimə lüzum yoxdur."
Kitabın adı: Meracus səadə
Müəllif: Şeyx Əhməd Nəraqi