» » » Sübh namazının xüsusi təqibatları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sübh namazının xüsusi təqibatları
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 2-02-2016, 16:00 | Baxılıb: 6 415
     
     
    Sübh namazının xüsusi təqibatları

     Ərəbcə

    ماشآءاللهُكَانَ وَلاحَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ 
    سُبْحَانَاللهِالْعَظيمِ وَ بِحَمْدِهِ، وَلاحَوْلَ وَلاقُوةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ 
    سُبْحَانَ اللهِ مِلْاَ الْميزَانِ، وَمُنْتَهَي الْعِلْمِ، وَمَبْلَغَ الرِّضَا، وَزِنَةَ الْعَرْشِ، وَسَعَةَ الْكُرْسِيِ 
    اَلْحَمْدُ للهِِ مِلْاَ الْميزَانِ، وَمُنْتَهَي الْعِلْمِ، وَمَبْلَغَ الرِّضَا، وَزِنَةَ الْعَرْشِ، وَسَعَةَ الْكُرْسِيِ 
    لا اِلَهَ اِلاَّ اللهُ مِلْاَ الْميزَانِ، وَمُنْتَهَي الْعِلْمِ وَمَبْلَغَ الرِّضَا وَزِنَةَ الْعَرْشِ وَسَعَةَ الْكُرْسِيِ
    اَللهُ اَكْبَرُ مِلْاَ الْميزَانِ وَمُنْتَهَي الْعِلْمِ وَمَبْلَغَ الرِّضَا وَزِنَةَ الْعَرْشِ وَسَعَةَ الْكُرْسِيِ 
    بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، لا حَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
    سُبْحَانَ اللهِ الْعَظيمِ وَبِحَمْدِهِ، اَسْتَغْفِرُ اللهَ وَاَسْئَلُهُ مِنْ فَضْلِهِ
    تَوَكَّلْتُ عَلَي الْحَيِ الْقَيُّومِ الَّذي لاْ يَمُوتُ، وَالْحَمْدُ للهِِ الَّذي لَمْ يَتَّخِذْ وَلَداً، وَلَمْ يَكُنْ لَهُ شَريكٌ فِي الْمُلْكِ، وَلَمْ يَكُنْ لَهُ وَلِيٌ مِنَ الذُّلِ، وَكَبِّرْهُ تَكْبيراً، اَللَّـهُمَّ اِنّي اَعُوذُ بِكَ مِنَ الْبُؤْسِ وَالْفَقْرِ، وَمِنْ غَلَبَةِ الدَّيْنِ وَالسُّقْمِ، وَاَسْئَلُكَ اَنْ تُعينَني عَلَى اَدَاءِ حَقِّكَ اِلَيْكَ وَاِلَي النَّاسِ
    وَمِنْ غَلَبَةِ الدَّيْنِ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ وَاَعِنّي عَلَى اَدَاءِ حَقِّكَ اِلَيْكَ وَاِلَي النَّاسِ
    لا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ، تَوَكَّلْتُ عَلَي الْحَيِ الَّذي لا يَمُوتُ، وَالْحَمْدُ للهِِ الَّذي لَمْ يَتَّخِذْ وَلَداً، وَلَمْ يَكُنْ لَهُ شَريكٌ فِي الْمُلْكِ، وَلَمْ يَكُنْ لَهُ وَلِيٌ مِنَ الذُّلِ، وَكَبِّرْهُ تَكْبيراً
    اَللَّـهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالاَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ، الرَّحْمَانَ الرَّحيمَ، اَعْهَدُ اِلَيْكَ في هذِهِ الدُّنْيَا، اَنَّكَ اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ، وَحْدَكَ لا شَريكَ لَكَ، وَاَنَّ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ عَبْدُكَ وَرَسُولُكَ، اَللَّـهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَلا تَكِلْني اِلَى نَفْسي طَرْفَةَ عَيْنٍ اَبَداً، وَلا اِلَى اَحَدٍ مِنْ خَلْقِكَ، فَاِنَّكَ اِنْ وَكَلْتَني اِلَيْهَا تُبَاعِدْني مِنَ الْخَيْرِ، وَتُقَرِّبْني مِنَ الشَّرِّ، اَيْ رَبِّ لا اَثِقُ اِلاََّ بِرَحْمَتِكَ، فِصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ الطَّيِّبينَ، وَاجْعَلْ لي عِنْدَكَ عَهْداً تُؤَدّيهِ اِلَيَ يَوْمَ الْقِيامَةِ، اِنَّكَ لا تُخْلِفُ الْميعَادَ 
    رَبِّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَهْلِبَيْتِهِ 
    اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ 
    يَا رَبِّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَعْتِقْ رَقَبَتي مِنَ النَّارِ
    Oxunuşu

    Maşaəllahu kanə la həvlə və la quvvətə illa billahil əliyyil əzim.
    Subhanəllahil əzimi və bi-həmdihi, və la həvlə və la quv-vətə illa billahil əliyyil əzim.
    Subhanəllahi mil`əl mizani və muntəhəl ilmi və məbləğər riza, və zinətəl ərşi və səətəl kursiyy.
    Əlhəmdu lillahi mil`əl miza-ni və muntəhəl ilmi və məblə-ğər riza və zinətəl ərşi və səətəl kursiyy.
    La ilahə illəllahu mil`əl mi-zani və muntəhəl ilmi və məb-ləğər riza, və zinətəl ərşi və səətəl kursiyy.
    Əllahu əkbər mil`əl mizani və muntəhəl ilmi və məbləğər riza, və zinətəl ərşi və səətəl kursiyy.
    Bismillahir rəhmanir rəhim, la həvlə və la quvvətə illa billahil əliyyil əzim.
    Subhanəllahil əzimi və bi-həmdih, əstəğfirullahə və əs`ə-luhu min fəzlih.
    Təvəkkəltu ələl həyyil qəy-yumilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbira, Əllahummə inni əuzu bikə minəl bu`si vəl fəqr, və min ğələbətid dini vəs suqm, əs`əlukə ən tuinəni əla ədai həqqikə iləykə və ilən nas.
    Və min ğələbətid dini fəsəlli əla Muhəmmədin və alih, və əinni əla ədai həqqikə iləykə və ilən nas.
    La həvlə və la quvvətə illa billah, təvəkkəltu ələl həyyilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira.
    Əllahummə fatirəs səmavati vəl ərz, aliməl ğəybi vəş şəhadətir rəhmanər rəhim, ə`hədu iləykə fi hazid dunya, ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə lək, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, Əllahummə fəsəlli əla Muhəmmədin və alih, və la təkilni ila nəfsi tərfətə əynin əbəda, və la ila əhədin min xəlqik, fəinnəkə in vəkəltəni iləyha tubaidni minəl xəyr, və tuqərribni minəş şərr, əy Rəbbi la əsiqu illa birəhmətik, fəsəlli əla Muhəmmədin və alihit təyyibin, vəc`əl li indəkə əhdən tuəddihi iləyyə yəvməl qiyaməh, innəkə la tuxliful miad. 
    Rəbbi səlli əla Muhəmmədin və Əhli bəytih.
    Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd. 
    Ya rəbbi səlli əla Muhəm-mədin və ali Muhəmməd, və`tiq rəqəbəti minən nar.
     
    Tərcüməsi

    Bilməlisiniz ki, sübh namazının təqibatları başqa namazlardan çoxdur və bu təqibatların fəziləti barədə saysız-hesabsız hədislər mövcuddur. Həzrət Əmiril¬möminin Əli (ə) buyurubdur: "Ruzi əldə etmək üçün sübh namazından günəş doğana qədər Allahı zikir etmək, Yer üzərində (ruzi dalınca) dolanıb-gəzməkdən daha kamildir.” Həzrət Rəsulillah (s.ə.s.) isə buyurubdur: "Hər kim, şəfəq doğandan günəş çıxana qədər öz namaz qıldığı məkanda əyləşib, sübh namazının təqibatı ilə məşğul olsa, Allah taala onu cəhənnəm odundan amanda saxlayar.” Həzrət İmam Məhəmməd Baqir (ə) buyurubdur: "Şeytan, öz qoşununu, səhər şəfəq doğandan Günəş çıxana qədər və axşam qoşununu isə, qürub çağından başlayaraq, Günəşin qırmızılığı qərb tərəfdən aradan gedənə qədər, yer üzünə səpələyir. Odur ki, bu iki vaxtda Allahı çoxlu yad edin, çünki, şeytan bu iki vaxtda Adəm övladını Allahın zikrindən qafil etməyə səy göstərir.” Mötəbər sənədli bir rəvayətdə nəql olunur ki, həzrət İmam Rza (ə), Xorasanda sakin olduğu vaxtlarda sübh namazını qıldıqdan sonra Günəş doğana qədər namaz qıldığı yerdə əyləşib, sübh namazının təqibatlarını yerinə yetirməklə məşğul olardılar. Təqibatlardan sonra o həzrət üçün içərisində cürbəcür misvaklar olan qutu gətirərdilər və o həzrət də bir-bir bu misvaklardan istifadə edərdilər. Daha sonra o, bir qədər kündur çeynəyər və Qurani-məcidi əlinə götürüb, tilavət edərdilər.
    Həzrət Rəsulullah (s.ə.s.) buyurubdur: "Hər kim sübh namazı vaxtından Günəş doğana qədər namazın təqibatını yerinə yetirməklə məşğul olsa, Allah taala ona həcc ziyarətinin savabını yazar.” Hədisi-qüdsidə deyilir ki, Allah taala buyurubdur: "Ey Adəm övladı, sübh və əsr namazlarından sonra bir saat Məni yad etməklə məşğul ol, belə ki, sənin bütün ehtiyaclarını təmin edim!” 
    1. İbni Babəveyh mötəbər sənədlə bu hədisi İmam Məhəmməd Baqirdən (ə) nəql etmişdir: "Hər kim, sübh namazından sonra yetmiş dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” sözlərini desə, o gün ərzində yetmiş min günah işlətsə də, Allah taala onun günahlarını bağışlayar.”
    2. Həmçinin İbni Babəveyh mötəbər və düzgün sənədlərlə bu hədisi həzrət Əmirilmöminin Əlidən (ə) nəql etmişdir: "Hər kim sübh namazından sonra on bir dəfə "İxlas” surəsini oxusa, şeytanın acığına o gün ərzində ona heç bir günah yazılmaz.” İbni Babəveyh "Bələdul-əmin” adlı kitabında həzrət Rəsulillahdan (s.ə.s.) bu hədisi rəvayət etmişdir: "Hər kim, gün ərzində on dəfə "İxlas” surəsini oxusa, şeytan nə qədər səy göstərsə də bu gün ərzində ona heç bir günah yazdıra bilməz.”
    3. Şeyx Kuleyni düzgün sənədlə həzrət Sadiqdən (ə) bu hədisi nəql etmişdir: "Hər kim, sübh namazından sonra yüz dəfə
    Allahın istəyi mütləq yerinə yetir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
    zikrini desə, bu gün ərzində heç bir məkruh əmələ düşməz.”
    Şeyx Tusi və başqaları da qələmə aldıqları dua kitablarında bu hədisi nəql etmişdirlər.
    4. Kəfəmi və başqaları həzrət İmam Məhəmməd Baqirdən (ə) bu hədisi nəql edibdirlər: "Hər kim sübh, əsr və qürub çağı on dəfə "Qədr” surəsini oxusa, otuz il ərzində iki min mələk fasiləsiz olaraq ona savab yazarlar.” Həmçinin İmam Baqir (ə) buyurubdur: "Hər kim, şəfəq doğandan sonra yeddi dəfə "Qədr” surəsini oxusa, yetmiş sırada düzülmüş mələklər ona yetmiş salavat göndərər və onun üçün yetmiş dəfə (Allah taaladan) rəhmət diləyərlər.”
    İmam Məhəmməd Təqidən (ə) rəvayət olunur ki, gün ərzində yetmiş altı dəfə "Qədr” surəsini oxuyan şəxsə saysız-hesabsız savab yazılar. Bu surəni, şəfəq doğandan sonra, sübh namazını qılmamışdan öncə yeddi dəfə, sübh namazından sonra on dəfə, günorta namazı vaxtı nafilə namazlarından öncə on dəfə, günorta namazının nafilələrindən sonra iyirmi bir dəfə, əsr namazından sonra on dəfə, işa namazından sonra yeddi dəfə və yatan vaxtı on bir dəfə oxumaq lazımdır. Bu əməlin savablarından biri də budur ki, Allah taala, otuz altı min il ərzində bu əməlin savabını bu şəxsə yazmaq üçün min mələk yaradar.
    5. İbni Babəveyh və başqa alimlər, mötəbər sənədlə həzrət İmam Məhəmməd Baqirdən (ə) belə rəvayət edirlər ki, həzrət Rəsulillah (s.ə.s.) buyurubdur: "Hər kim sübh namazından sonra on dəfə
    Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
    zikrini desə, Allah taala onu kor və dəli olmaqdan, xora xəstəliyinə mübtəla olmaqdan, qəmginlikdən, evin tavanı uçulub altında qalmaqdan və qocalıqda qoruyar.”
    6. "Bələdul-əmin” adlı kitabda həzrət Əmirilmöminin Əlidən (ə) nəql olunur ki, həzrət Rəsulillah (s.ə.s.) buyu¬rubdur: "Əgər istəyirsinizsə Allah taala sizin əcəlinizi təxirə salsın və düşmənlərinizə qələbə çalmaqda sizə kömək etsin, habelə, sizi pis ölümlərə düçar olmaqdan qorusun, hər sübh və qürub vaxtı üç dəfə bu duanı oxuyun: 
    Allah tərəzisinin dolu olması, elminin sonsuzluğu, razılığının hədsizliyi, ərşinin ağırlığı və "kürsü”sünün genişliyi qədər bütün eyiblərdən pak və uzaqdır. 
    Daha sonra üç dəfə bu duanı oxuyun:
    Tərəzisinin dolu olması, elminin sonsuzluğu, razılığının hədsizliyi, ərşinin ağırlığı və "kürsü”sünün genişliyi qədər Allaha həmd olsun.
    Daha sonra üç dəfə bu duanı oxuyun:
    Tərəzisinin dolu olması, elminin sonsuzluğu, razılığının hədsizliyi, ərşinin ağırlığı və "kürsü”sünün genişliyi qədər Allahdan başqa heç bir tanrı yoxdur. 
    Sonunda isə üç dəfə bu duanı oxuyun:
    Tərəzisinin dolu olması, elminin sonsuzluğu, razılığının hədsizliyi, ərşinin ağırlığı və "kürsü”sünün genişliyi qədər Allah böyükdür.
    7. Seyid ibni Tavus mötəbər sənədlə həzrət İmam Rzadan (s.ə.s.) bu hədisi rəvayət edibdir: "Hər kim sübh namazından sonra yüz dəfə
    Bağışlayan və mehriban Allahın adı ilə başlayıram. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
    duasını oxusa, gözün qarasının, ağına olan yaxınlığından da çox İsmi-əzəmə yaxınlaşmışdır.”
    Həmçinin mötəbər sənədlərlə həzrət Sadiq (ə) və həzrət Kazimdən (ə) rəvayət olunur ki, hər kim sübh və məğrib namazından sonra heç bir əlavə söz danışmadan və yerindən hərəkət etmədən, öncə yeddi dəfə yuxarıdakı duanı oxusa, yetmiş növ bəla ondan uzaqlaşar. Onların içərisində ən kiçiyi, xora xəstəliyi, şeytanın və hökmdarların şərridir.
    Bəzi mötəbər hədislərdə bu duanı üç dəfə oxumaq və bəzilərində isə on dəfə oxumaq tövsiyə olunur. Xülasə, bu duanı, ən azı üç dəfə və ən çoxu isə yüz dəfə oxumaq lazımdır və hər nə qədər çox oxusanız, savabı bir o qədər də artar.
    8. Şeyx Əhməd ibni Fəhd və başqaları rəvayət edirlər ki, bir kişi həzrət İmam Musa Kazimin (ə) yanına gəlib, belə şikayətləndi: "Sanki mənim işim düyünə düşübdür. Hər hansı bir işə əl atıramsa, heç bir mənfəət əldə edə bilmirəm və müəyyən bir ehtiyacımı təmin etmək üçün cəhd göstərirəmsə, müvəffəq olmuram.” O həzrət buyurdu: "Sübh namazından sonra on dəfə bu duanı oxu:
    Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. Allahdan bağışlanma diləyir, Onun lütf və fəzlini istəyirəm.
    Ravi deyir ki, bu duanı oxumağımdan çox keçməmişdi ki, bədəvilərdən (səhrada yaşayan ərəblər) bir neçə nəfər mənim yanıma gəlib, dedilər: "Sənin qohumlarından bir nəfər dünyadan köçübdür və onun səndən savayı bir vərəsəsi yoxdur.” Bununla da mən, çoxu mal-dövlət sahibi oldum və indiyədək də heç bir şeyə ehtiyacım yoxdur.
    "Üsuli-kafi” və "Məkarim” adlı kitablarda da nəql olunur ki, Həlqam adlı bir kişi İmam Musa Kazimə (ə) ərz edir: "Mənə asan bir dua təlim edin ki, həm dünyam və həm də axirətim üçün faydalı olsun.” O həzrət də yuxarıdakı bu duanı ona öyrədir və belə buyurur: "Sübh namazından sonra Günəş doğana qədər onu oxu!” O şəxs, bu duanı bir müddət oxuduqdan sonra maddi vəziyyəti yaxşılaşır.
    9. Əyyaşi, Abdullah ibni Sənandan belə rəvayət edir: "Mən, həzrət Sadiqi (ə) görməyə getmişdim. O həzrət mənə buyurdu: "İstəyirsənmi, sənə elə bir dua öyrədim ki, onu oxusan, Allah taala, borcunun ödənməsində sənə kömək olar və maddi vəziyyətin yaxşılaşar?” Mən dedim: "Bilsəniz ki, indi nə qədər belə bir duaya ehtiyacım var?!” O həzrət belə buyurdu: "Sübh namazından sonra bu duanı oxu:
    Heç vaxt ölməyən diri və əbədi Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, gərginlik və yoxsulluqdan, borcun çoxluğu və narahatlıqdan Sənə pənah aparıram! Səndən istəyirəm ki, Sənin və camaatın haqqını ödəməkdə mənə kömək edəsən.
    Şeyx Tusi və başqaları duanı belə rəvayət edirlər:
    (İlahi!) Borcun çoxluğundan (Sənə pənah aparıram). Elə isə Məhəmməd və onun Əhli-beytinə salam yetir, Sənin və camaatın haqqını ödəməkdə mənə kömək et!
    10. Kəfəmi rəvayət edir ki, bir kişi, yoxsulluq, qəmginlik və xəstəliklərdən həzrət Rəsulillaha (s.ə.s) şikayətlənir. O həzrət bu kişiyə tövsiyə edir ki, sübh və şam namazlarından sonra on dəfə aşağıdakı duanı oxusun. Bu kişi, üç gün bu duanı oxuduqdan sonra öz sağlamlığını yenidən əldə edir və firavanlıq ona üz gətirir. Şeyx Tusi və başqaları da bu duanı "Sübh namazının təqibatı” ünvanında nəql etmişlər. Bu dua, belədir:
    Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
    11. Şeyx Tusi, Kəfəmi və başqaları rəvayət edirlər ki, həzrət Rəsulillah (s.ə.s) öz səhabələrinə buyurdu: "Hər gün səhər və axşam, aləmlərin Rəbbi ilə əhd bağlamağa acizsiniz?” Səhabələr soruşdular: "Necə əhd almalıyıq?” O həzrət buyurdu: "Bu duanı oxuyun! Bu duaya möhür vurulub. Hər kim bu duanı oxusa, ilahi ərşin altında yerləşər. Qiyamət günündə carçı, car çəkib, deyər: "Rəhman Allah ilə əhd bağlayanlar haradadırlar?” Sonra da bu əhdnaməni öz sahibinə təqdim edərlər və o, bununla cənnətə daxil olar.”
    Şeyx Tusi də bu duanı sübh namazının təqibatında nəql edibdir:
    İlahi! Ey göylərin və yerin xaliqi, qeybi və aşkarı bilən, bağışlayan və mehriban! Bu dünyada Səninlə əhd-peyman bağlayıram ki, həqiqətən, təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur, Sən birsən və Sənin şərikin yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Sənin bəndən və rəsulundur. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, məni bir göz qırpımı belə özbaşına buraxma və yaratdıqlarından heç birinə həvalə etmə! Çünki onlara həvalə etsən, məni xeyirdən uzaqlaşdırıb şərə yaxınlaşdıracaqdır. Ey Rəbbim, Sənin rəhmətindən başqa, heç kimə etimad etmirəm! Bəs, Məhəmməd və onun pak-pakizə Əhli-beytinə salam yetir, mənim bu əhd-peymanımı özümə qaytaracağın qiyamət gününə qədər Öz yanında saxla ki, həqiqətən, Sən vədinə xilaf çıxmazsan!
    12. "İddətud-dai” adlı kitabda həzrət Sadiqdən (ə) nəql olunur ki, hər kim sübh namazından sonra əlavə bir söz danışmadan
    Ey Rəbbim, Məhəmməd və onun Əhli-beytinə salam yetir!
    salavatını desə, Allah taala onun üzünü cəhənnəm odundan qoruyar.
    İbni Babəveyh "Səvabul-əmal” adlı kitabında nəql edir ki, hər kim sübh namazından sonra yüz dəfə
    İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir!
    salavatını desə, Allah taala onu cəhənnəm odundan qoruyar.
    Başqa bir hədisdə deyilir ki, hər kim, sübh namazından sonra əlavə bir söz danışmadan öncə yüz dəfə
    Ey Rəbbim, Məhəmməd və onun Əhli-beytinə salam yetir və bədənimi cəhənnəm odundan xilas et!
    sözlərini desə, Allah taala, onu cəhənnəm odundan qoruyar.
     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Namazlar / Namazların təqibatı
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 3 Şubat 2016 09:18 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Allah komeyin olsun Allah her iki dunyavi xeyirli etsin bildiklerini bizimle paylawdiqin ucun cox saq ol haqqini halal et en namazdan sonra her hansi 1 dua oxuyuramsa namaz qildiqim yerde oxumuram ya divanda oturub oxuyuram yada iw gore -gore bu doqrudur?

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 3 Şubat 2016 08:49 | Sayt nəzarətçisi | Şərh yazdı
    Baci Allah razi olsun cox gozel dualar var halal ele paylasdim cox sagol eziyyetine elmine sagliq 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 2 Şubat 2016 16:26 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN

    GOZEL MELUMATDIR ALLAH KOMEYINIZ OLSUN

    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.