"Mütəcəhhid" kitabında İşa namazının təqibatı
Ərəbcə
اللَّهُمَّ اِنَّهُ لَيْسَ لِي عِلْمٌ بِمَوْضِعِ رِزْقِي وَ اِنَّمَا أَطْلُبُهُ بِخَطَرَاتٍ تَخْطُرُ عَلَى قَلْبِي فَأَجُولُ فِي طَلَبِهِ الْبُلْدَانَ فَأَنَا فِيمَا أَنَا طَالِبٌ كَالْحَيْرَانِ لا أَدْرِي أَ فِي سَهْلٍ هُوَ أَمْ فِي جَبَلٍ أَمْ فِي أَرْضٍ أَمْ فِي سَمَاءٍ أَمْ فِي بَرٍّ أَمْ فِي بَحْرٍ وَ عَلَى يَدَيْ مَنْ وَ مِنْ قِبَلِ مَنْ وَ قَدْ عَلِمْتُ أَنَّ عِلْمَهُ عِنْدَكَ وَ أَسْبَابَهُ بِيَدِكَ وَ أَنْتَ الَّذِي تَقْسِمُهُ بِلُطْفِكَ وَ تُسَبِّبُهُ بِرَحْمَتِكَ اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ يَا رَبِّ رِزْقَكَ لِي وَاسِعا وَ مَطْلَبَهُ سَهْلا وَ مَأْخَذَهُ قَرِيبا وَ لا تُعَنِّنِي بِطَلَبِ مَا لَمْ تُقَدِّرْ لِي فِيهِ رِزْقا فَاِنَّكَ غَنِيٌّ عَنْ عَذَابِي [عَنَائِي] وَ أَنَا فَقِيرٌ إِلَى رَحْمَتِكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ جُدْ عَلَى عَبْدِكَ بِفَضْلِكَ اِنّكَ ذُو فَضْلٍ عَظِيمٍ
Oxunuşu
Əllahummə innəhu ləysə li ilmun biməvzii rizqi, və innəma ətlubuhu bixətəratin təxturu əla qəlbi, fəəculu fi tələbihil buldan, fəənə fima ənə talibun kəl həyrani la ədri, əfi səhlin huvə əm fi cəbəlin əm fi ərzin əm fi səma, əm fi bərrin əm fi bəhr, və əla yədəy mən və min qibəli mən, və qəd əlimtu ənnə ilməhu indək, və əsbabəhu bi-yədik, və əntəlləzi təqsimuhu bilutfik, və tusəbbibuhu birəh-mətik, Əllahummə fəsəlli əla Muhəmmədin və alih, vəc`əl ya rəbbi rizqəkə li vasia, və mət-ləbəhu səhlən və mə`xəzəhu qə-riba, və la tuənnini bitələbi ma ləm tuqəddir li fihi rizqa, fəin-nəkə ğəniyyun ən əzabi və ənə fəqirun ila rəhmətik, fəsəlli əla Muhəmmədin və alih, və cud əla əbdikə bifəzlik, innəkə zu fəzlin əzim.
Tərcüməsi
İlahi, ruzimin harada olduğunu bilmirəm, amma ürəyimə düşən hər bir şeyi istəyirəm və onun ardınca şəhərləri gəzirəm! Odur ki, istədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm, bilmirəm ruzim havadadır, dağdadır, yoxsa yerdə, göydədir, yoxsa quruda, ya da dənizdə, bilmirəm ruzim kimin əlindədir və kim tərəfindəndir. Amma bunu bilirəm ki, onu Sən bilirsən və onun səbəbləri də Sənin əlindədir. Onu Öz lütfünlə bölən də, necə əldə olunmasını hazırlayan da Sənsən. İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər! Pərvərdigara, ruzini mənim üçün bol və firavan, onun əldə olunmasını mənim üçün asan və əldə olunacağı yeri mənim üçün yaxın et! Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma. Çünki Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan. Mən isə Sənin rəhmətinə möhtacam. Elə isə Məhəmməd və onun Əhli-beytinə salavat göndər, bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et ki, Sən böyük ehsan sahibisən.
Müəllif deyir: "Bu dua ruzi dualarından biridir. İşa namazından sonra oxunulması müstəhəb olan dualardan biri də yeddi dəfə "Qədr” surəsini oxumaqdır. İşa namazından sonra müstəhəb olan əməllərdən biri də "Vuteyrə” namazının qılınmasıdır ki, o, iki rükətdən ibarətdir və oturduğun halda qılınır. İşa namazından sonra Qurani-Kərimdən yüz ayə oxunsun. (Yüz ayə əvəzinə, müstəhəbdir ki, rükətlərin birində, "Vaqiə”, o birində isə, "İxlas” surəsi oxunulsun.)
Kitabın adı: Məfatihul Cinan