La ilahə illəllahul əzimul həlim. La ilahə illəllahu Rəbbul ərşil kərim. Əlhəmdu lillahi Rəbbil aləmin. Əllahummə inni əs`əlukə mucibati rəhmətikə və əzaimə məğfirətik vəl ğənimətə min kulli birr, vəs səlamətə min kulli ism, Əllahummə la tədə` li zənbən illa ğəfərtəh, və la həmmən illa fərrəctəh, və la suqmən illa şəfəytəh, və la əybən illa sətərtəh, və la rizqən illa bəsəttəh, və la xəvfən illa aməntəh, və la suən illa sə-rəftəh, və la hacətən hiyə ləkə rizən və liyə fiha səlahun illa qəzəytəha, ya ərhəmər rahi-min, aminə rəbbəl aləmin.
Billahi`təsəmtu və billahi əsiqu və ələllahi ətəvəkkəl.
Əllahummə in əzumət zunu-bi fəəntə ə`zəm, və in kəburə təfriti fəntə əkbər, və in damə buxli fəəntə əcvəd, Əllahum-məğfirli əzimə zunubi biəzimi əfvik, və kəsirə təfriti bizahiri kərəmik, vəqmə` buxli bifəzli cudik, Əllahummə ma bina min ni`mətin fəmink, la ilahə illa əntə əstəğfirukə və ətubu iləyk.
Tərcüməsi
Uca və səbirli Allahdan başqa heç bir tanrı yoxdur. Ərşin Rəbbi və kərim (son dərəcə səxavətli) Allahdan başqa heç bir tanrı yoxdur. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur! İlahi, Mən Səndən rəhmətinə səbəb olanları, daimi məğfirət və bağışlamağını, hər bir xeyirli işin mənfəətini və hər bir günahdan sağlam qalmağı istəyirəm! Allahım! Məndə bağışlanmamış günah, sevincə çevirmədiyin kədər, şəfa vermədiyin dərd və xəstəlik, üstünü örtmədiyin eyib və nöqsan, artırıb genişləndirmədiyin ruzi, əmin-amanlığa çevirmədiyin qorxu, uzaqlaşdırmadığın xoşagəlməz hadisə, razılığına səbəb olan və mənə də xeyirli olan yerinə yetirəcəyin elə bir istək və arzu qoyma! Ey mehribanların ən mehribanı, duamı qəbul et, ey aləmlərin Rəbbi!
On dəfə deyirsən:
Allahın vasitəsilə günahdan uzaqlaşır, Ona etimad və təvəkkül edirəm.
Sonra deyirsən:
Allahım, əgər günahlarım böyükdürsə, Sən daha böyüksən. Əgər səhlənkarlığım çoxdursa, Sənin rəhmətin daha da çoxdur və əgər xəsislikdə israrlıyamsa, Sən daha da səxavətlisən. Allahım, böyük günahlarımı öz əfvinin böyüklüyünə və səhlənkarlığımın çoxluğunu aşkar kərəminlə bağışla! Allahım! Xəsisliyimi səxavətliliyinin çoxluğu ilə aradan qaldır. Allahım! Bütün nemətlərimiz Səndəndir. Səndən başqa məbud yoxdur. Səndən bəxşiş istəyir və tövbə edərək sənə doğru qayıdıram.
Kitabın adı: Məfatihul Cinan