Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumur rəhmanur rəhimu zul cəlali vəl ikram, və əs`əluhu ən yətubə ələyyə təvbətə əbdin zəlilin xaziin fəqir, baisin miskinin mustəkinin mustəcir, la yəmlu-ku linəfsihi nəf`ən və la zərra, və la məvtən və la həyatən və la nuşura.
Əllahummə inni əuzu bikə min nəfsin la təşbə, və min qəlbin la yəxşə, və min ilmin la yənfə, və min səlatin la turfə, və min duain la yusmə, Əlla-hummə inni əs`əlukəl yusrə bə`dəl usr, vəl fərəcə bə`dəl kərb, vər rəxaə bə`dəş şiddəh, Əllahummə ma bina min ni`mətin fəmink, la ilahə illa ənt, əstəğfirukə və ətubu iləyk.
Tərcüməsi
O Allahdan bağışlanmağımı istəyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir, bağışlayan və mehribandır, hər şeydən üstün və son dərəcə bəxş edəndir. Ondan tövbəmin qəbul etməsini istəyirəm; son dərəcə xar, zəlil, təvazökar, yoxsul, zəif, çarəsiz, fəqir bəndənin tövbəsini. Elə bir bəndən ki, nə xeyirinə malikdir, nə də zərərinə və nə diriliyinə malikdir, nə də ölüm və məhşərə çağırılışına!
Sonra de:
Allahım, doymayan nəfsdən, qorxmayan qəlbdən, faydasız elmdən, (dərgahına) ucalmayan namazdan və eşidilməyən (qəbul olunmayan) duadan Sənə sığınıram. Allahım, Səndən çətinlikdən sonra asanlığı, bəla və müsibətdən sonra rifahı, yoxsulluqdan sonra bolluğu istəyirəm! Allahım, ixtiyarımızda olan nemət Səndəndir! Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə üz tutub tövbə edirəm.
İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, Əsr namazından sonra yetmiş dəfə istiğfar edən şəxsdən Allah taala yeddi yüz günah bağışlayar. İmam Məhəmməd Təqi (ə)-dan nəql olunur ki, hər kəs "Qədr” surəsini əsr çağı (axşamüstü) on dəfə oxusa, Qiyamət günü onun üçün camaatın burada keçirdiyi günlər kimi keçəcək. "Əşərat” duasını gecə-gündüz oxumaq müstəhəbdir. Bu duanın oxunması üçün ən fəzilətli vaxt cümə gününün əsr çağıdır. "Əşərat” duasını sonra qeyd edəcəyik.
Kitabın adı: Məfatihul Cinan