La ilahə illəllahu ilahən va-hidən və nəhnu ləhu muslimun, la ilahə illəllahu və la nə`budu illa iyyahu muxlisinə ləhud din, və ləv kərihəl muşrikun, la ilahə illəllahu rəbbuna və rəbbu abainəl əvvəlin, la ilahə iləllahu vəhdəhu vəhdəhu vəhdəh, əncəzə və`dəh və nəsərə əbdəh, və əəzzə cundəh və həzəməl əhzabə vəhdəh, fələhul mulku və ləhul həmdu yuhi və yumit, və yumitu və yuhyi və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir.
Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum və ətubu iləyh.
Əllahummə ihdini min indik, və əfiz ələyyə min fəzlikə vənşur ələyyə min rəhmətik, və ənzil ələyyə min bərəkatik, subhanəkə la ilahə illa ənt, iğfir li zunubi kulləha cəmia, fəinnəhu la yəğfiruz zunubə kulləha cəmiən illa ənt, Əlla-hummə inni əs`əlukə min kulli xəyrin əhatə bihi ilmukə və əuzu bikə min kulli şərrin əhatə bihi ilmuk, Əllahummə inni əs`əlukə afiyətəkə fi umuri kulliha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh, və əuzu bivəchikəl kərim və izzətikəlləti la turam, və qud-rətikəlləti la yəmtəniu minha şəy`un min şərrid dunya vəl axirəh, və min şərril əvcai kulliha və min şərri kulli dab-bətin əntə axizun binasiyətiha innə rəbbi əla siratin mustə-qim, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Təvək-kəltu ələl həyyilləzi la yəmutu vəl həmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyyun minəz zulli və kəbbirhu təkbira.
Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, ilahən vahidən əhədən fərdən səməda, ləm yəttəxiz sahibətən və la vələda.
Subhanəllahi kuləma səbbə-həllahə şəy`un və kəma yuhib-bullahu ən yusəbbəh, və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəhcihi və izzi cəlalih, vəl həmdu lillahi kulləma həmidəllahə şəy`un və kəma yuhibbullahu ən yuhmədə və kəma huvə əhluh, və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih, və la ilahə illəllahu kulləma həllələllahə şəy`un və kəma yuhibbullahu ən yuhəlləl, və kəma huvə əhluhu və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalih, vəllahu əkbəru kulləma kəbbərəllahə şəy`un və kəma yuhibbullahu ən yukəbbər, və kəma huvə əhlu-hu və kəma yənbəği likərəmi vəchihi və izzi cəlalihi subha-nəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər, əla kulli ni`mətin ən`əmə biha ələyyə və əla kulli əhədin min xəlqih, mimmən kanə əv yəku-nu ila yəvmil qiyaməh, Əlla-hummə inni əs`əlukə ən tusəl-liyə əla Muhəmmədin və ali Muhəmməd, və əs`əlukə min xəyri ma ərcu və xəyri ma la ərcu, və əuzu bikə min şərri ma əhzəru və min şərri ma la əhzər.
Subhanə rəbbikə rəbbil iz-zəti əmma yəsifun və səlamun ələl mursəlin, vəl həmdu lillahi rəbbil aləmin.
Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmməd, vəc`əl li min əmri fərəcən və məxrəca, vərzuqni min həysu əhtəsibu və min həysu la əh-təsib.
Ya Rəbbə Muhəmmədin və ali Muhəmməd, səlli əla Mu-həmmədin və ali Muhəmməd, və əccil fərəcə ali Muhəmməd.
Ya zəl cəlali vəl ikram, səlli əla Muhəmmədin və ali Mu-həmməd, vərhəmni və əcirni minən nar.
Əllahummə inni əs`əlukə biismikəl məknunil məxsunit tahirit tuhr, və əs`əlukə biis-mikəl əzimi və sultanikəl qə-dim, ya vahibəl ətaya, və ya mutliqəl usara, və ya fəkkakər riqabi minnən nar, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tu`tiqə rəqəbəti minən nar, və ən tuxricəni minəd dunya salima, və (ən) tudxilənil cənnətə ami-na, və ən təc`ələ duai əvvələhu fəlaha, və əvsətəhu nəcaha, və axirəhu səlaha, innəkə əntə əllamul ğuyub.
Ya mən la yəşğəluhu səm`un ən səm`, və ya mən la yuğəl-lituhus sailun, və ya mən la yubrimuhu ilhahul mulihhin, əziqni bərdə əfvikə və həlavətə rəhmətikə və məğfirətik.
İlahi hazihi səlavati səlləy-tuha, la licahətin minkə iləyha, və la rəğbətin minkə fiha illa tə`zimən və taətən və icabətən ləkə ila ma əmərtəni bih, ilahi in kanə fiha xələlun əv nəqsun min rukuiha əv sucudiha fəla tuaxizni və təfəzzəl ələyyə bil qəbuli vəl ğufran.
Subhanə mən la yə`tədi əla əhli məmləkətih, subhanə mən la yə`xuzu əhləl ərzi biəlvanil əzab, subhanər rəufir rəhim. Əllahumməc`əl li fi qəlbi nurən və bəsərən və fəhmən və ilma, innəkə əla kulli şəy`in qədir.
Uizu nəfsi və dini və əhli və mali və vələdi və ixvani fi dini, və ma rəzəqəni rəbbi və xəvatimə əməli və mən yə`nini əmruhu billahil vahidil əhədis səmədilləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu ku-fuvən əhəd, və rəbbil fələqi min şərri ma xələqə və min şərri ğasiqin iza vəqəb, və min şərrin nəffasati fil uqəd, və min şərri hasidin iza həsəd, və birəbbin nasi məlikin nasi ilahin nasi min şərril vəsvasil xən nas, əlləzi yuvəsvisu fi sudurin nasi minəl cinnəti vən nas.
Əllahummə innə məğfi-rətəkə ərca min əməli, və innə rəhmətəkə əvsəu min zənbi, Əllahummə in kanə zənbi in-dəkə əzimən fəəfvukə ə`zəmu min zənbi, Əllahummə in ləm əkun əhlən ən əbluğə rəhmətə-kə fərəhmətukə əhlun ən təblu-ğəni və təsəəni, liənnəha vəsiət kullə şəy`, birəhmətikə ya ərhəmər rahimin.
Əllahummə əntəs səlamu və minkəs səlam və ləkəs səlam, və iləykə yəudus səlam, subha-nə rəbbikə rəbbil izzəti əmma yəsifun, və səlamun ələl mur-səlin, vəl həmdu lillahi rəbbil aləmin, Əssəlamu ələykə əyyu-hən nəbiyyu və rəhmətullahi və bərəkatuh, əssəlamu ələl əimmətil hadinəl məhdiyyin, əssəlamu əla cəmii ənbiyaillahi və rusulihi və məlaikətih, əssə-lamu ələyna və əla ibadillahis salihin, əssəlamu əla Əliyyin Əmiril mu`minin, əssəlamu ələl Həsəni vəl Huseyni səyidəy şəbabi əhlil cənnəti əcməin, əssəlamu əla Əliyyibnil Hüsəyn Zəynil abidin, əssəlamu əla Muhəmmədibni Əliyyin Baqiri ilmin nəbiyyin, əsəlamu əla Cə`fəribni Muhəmmədinis Sadiq, əssəlamu əla Musəbnə Cə`fərinil Kazim, əssəlamu əla Əliyyibni Musər Riza, əssə-laum əla Muhəmmədibni Əliy-yinil Cəvad, əssəlamu əla Əliy-yibni Muhəmmədinil Hadi, əs-səlamu ələl Həsənibni Əliyyiniz Zəkiyyil Əskəri, əssəlamu ələl huccətibnil Həsənil Qaimil Məhdiyy, sələvatullahi ələyhim əcməin.
Rəzitu billahi rəbbən və bil İslami dina, və bi Muhəmmədin səlləllahu ələyhi və alihi nəbiyya, və bi Əliyyin imama, və bil Həsəni vəl Husəyni və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa və Əliyyin və Muhəmmədin və Əliyyin vəl Həsən, vəl xələfis salihi ələy-himus səlamu əimmətən və sa-dətən və qadəh, bihim ətəvəlla və min ə`daihim ətəbərrə`.
Əllahummə inni əs`əlukəl əfvə vəl afiyətə fid dunya vəl axirə
Tərcüməsi
Müştərək təqibatlar. Bildiyimiz kimi, gündəlik namazların iki növ təqibatı vardır; 1- Məxsus, 2- Müştərək.
1. Məxsus təqibatlar yalnız bir namaza məxsusdur. Məsələn, sübh namazının nafiləsi, yalnız sübh namazına məxsusdur.
2. Müştərək təqibatlar isə gündə qılınan beş namaza aiddir. Məsələn, namazın salamını verib, onu bitirdikdən sonra üç dəfə "Allahu Əkbər” demək kimi. Şeyx Tusinin "Misbah” kitabından nəql olunmuşdur ki, namazın salamını verdikdən sonra üç dəfə "Allahu Əkbər” de, hər dəfə "Allahu Əkbər” dedikdə əllərini qulağının qarşısına qədər qaldırıb belə de:
Allahdan başqa (ibadət və itaətə layiq) məbud yoxdur. Yeganə məbud Odur və biz də Ona təslimik. Ondan başqa bir məbud yoxdur və biz də Ondan başqasına ibadət etmirik. Müşriklərin xoşuna gəlməsə də, dini (və ibadəti) yalnız Onun üçün xalis edirik. Allahdan başqa heç bir tanrı yoxdur. O, bizim və bizdən əvvəlki ata-babalarımızın Rəbbidir. Allahdan başqa heç bir tanrı yoxdur, birdir, birdir və birdir! Öz vədəsinə vəfa edən, bəndəsinə kömək edən, qoşununu qüvvətləndirən və (haqq ilə müxalif olan) dəstələri təkliyi ilə məhv edəndir. Belə isə, mülk və hakimiyyət, tərif və həmd-səna yalnız Ona məxsusdur! Dirildib öldürən və öldürüb dirildəndir. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.
sonra de:
Ondan başqa heç bir məbud olmayan "həyy” (diri) və "qəyyum” Allahdan bağışlanmaq diləyir və (günah və xətalarımdan) tövbə edib Onun dərgahına üz tuturam.
sonra de:
İlahi, məni Öz tərəfindən (doğru yola) hidayət et. Lütfünü mənə artır, rəhmətini mənə genişləndir və bərəkətini mənə nazil et. Sən (bütün eyib və nöqsanlardan) pak və uzaqsan. Səndən başqa məbud yoxdur. Mənim bütün günahlarımı birdəfəlik bağışla! Çünki bütün günahları Səndən başqası birdəfəlik bağışlamaz. İlahi, mən elminin əhatə etdiyi bütün xeyirləri Səndən diləyir və elminin əhatə etdiyi bütün şərlərdən Sənə sığınıram. İlahi, bütün işlərimdə Sənin afiyət (sağlamlıq) verməyini istəyir, dünya bədbəxtliyi və axirət əzabından Sənə sığınıram! Mən dünya və axirətin (xoşagəlməz hadisələrindən), bütün dərd və bəlaların, müqəddəratı Sənin qüdrət əlində olan hər bir canlının şərindən Sənin böyük zatına, məğlubedilməz izzətinə, heç bir şeyin mane olub qarşısını ala bilmədiyi qüdrətinə sığınıram! Həqiqətən, mənim Rəbbim doğru yoldadır. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
Sonra Həzrət Zəhran (s)-ın təsbihini deyib, yerindən hərəkət etməmişdən qabaq on dəfə aşağıdakı zikri deyirsiniz:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O yeganə və şəriksizdir, "bir”, "yeganə”, "tək” və ehtiyacsızdır. Özünə heç kimi həyat yoldaşı və övlad seçməmişdir.
Müəllif deyir: "Bu təhlilin (təhlil - yəni "La ilahə illəllah” demək) fəziləti çox böyükdür. Xüsusilə sübh və şam namazlarının təqibatında və eləcə də gün çıxarkən və batarkən oxunarsa savabı çoxdur. Sonra belə deyirsən:
Allah bütün eyiblərdən pak və uzaqdır. Allahın öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu təsbeh edir (bütün eyiblərdən pak və uzaq bilir). Həmd Allaha məxsusdur. Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu həmd edir. Allahdan başqa heç bir tanrı yoxdur. Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu yeganəliyi ilə yad edir. Allah böyükdür, Allahın Öz istədiyi, Ona və Onun böyük zatına, izzət və calalına layiq olduğu kimi, hər şey Onu böyüklüyü ilə yad edir. Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur. Ondan başqa heç bir tanrı yoxdur. Allah hər şeydən böyükdür. Mənə və məxluqatından bu anda mövcud olana və yaxud bundan sonra qiyamətə qədər var olacaqlara verdiyi hər bir nemət müqabilində Onu beləcə yad edirəm. İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetir! Ümid etdiyim və ümid etmədiyim hər bir xeyir işi Səndən istəyirəm. Qorxduğum və qorxmadığım hər bir şeyin şərindən Sənə sığınıram.
Sonra "Həmd” surəsini, "Ayətəl-kürsü”nü, "Şəhidəllah” ayəsini, "Qulillahummə malikəl mulk” ayəsini və "Səxrə” ayəsini (bu "Əraf” surəsinin üç ayəsidir; "İnnə rəbbəkumullah” dan "minəl muhsinin”ə qədər) oxuyursan.
Sonra üç dəfə deyirsən:
Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Sonra üç dəfə deyirsən:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, işlərimdə genişlik və çıxış yolu qərar ver, mənə güman etdiyim və güman etmədiyim yerdən ruzi ver!
Bu dua, Cəbrailin Həzrət Yusifə (ələyhis səlam) zindanda olduğu zaman öyrətdiyi duadır. Sağ əlinlə saqqalını tutub, sol əlinin içini göyə tərəf açıb yeddi dəfə de:
Ey Məhəmməd və Məhəmmədin Əhli-beytinin Rəbbi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və Məhəmmədin Əhli-beytinin zühurunu tezləşdir!
Həmin halda üç dəfə de:
Ey calal və kəramət sahibi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənə rəhm et və cəhənnəm odundan qoru!
Sonra on iki dəfə "İxlas” surəsini oxuyub deyirsən:
İlahi, pak, pakizə, mübarək olan gizli adını and verib Səndən istəyirəm, böyük adına və əzəli hakimiyyətini and verib Səndən istəyirəm! Ey əvəzsiz əta edən, ey əsirləri azad edən, ey məxluqata cəhənnəm odundan nicat verən, Səndən Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməyi, məni də cəhənnəm odundan azad etməyi, dünyadan sağlam imanla aparmağı, əmin-amanlıqla behiştə daxil etməyi, duamın başlanğıcını doğruluq, ortasını nicat, axırını isə ləyaqət qərar verməyini istəyirəm. Çünki Sən qeyb aləminin sirlərini bilənsən!
"Səhifətun Ələviyyə” də hər vacib namazdan sonra belə deyilməsi yazılır:
Ey nəyisə eşitmək digər bir şeyi eşitməsinə mane olmayan, ey çoxlu sayda hacət istəyənlərin hacəti onu səhv və xətaya uğratmayan və onların arzusunun çoxluğundan yorulmayan! İlahi, bağışlamağının ləzzəti, lütf və mərhəmətinin şirinliyini mənə dadızdır!
Yenə deyirsən:
İlahi, bu mənim namazımdır, Sənin ona ehtiyacın və rəğbətin olduğu üçün yox, yalnız Sənə təzim, itaət və əmrini yerinə yetirmək üçün qıldım! İlahi, bu namazın rüku və səcdələrində xələl və ya qüsur varsa, ona görə məni cəzalandırma, lütf və mərhəmətinlə onu məndən qəbul et və mənə bağışla!
Həmçinin hər vacib namazdan sonra peyğəmbərin Əmirəl-mömininə (ə) yaddaşı gücləndirmək üçün öyrətdiyi bu duanı oxuyursan:
Hakimiyyəti altında olanlara zülm etməyən Allah bütün eyiblərdən pak və uzaqdır. Yer əhlini müxtəlif əzablarla cəzalandırmayan Allah bütün eyiblərdən pak və uzaqdır. Mehriban və rəhmli Allah bütün eyiblərdən pak və uzaqdır. İlahi, qəlbimdə nur (mərifət), bəsirət, düşüncə və elm yerləşdir! Çünki Sən hər bir şeyə qadirsən.
"Misbah”kitabında bu duanın namazlardan sonra üç dəfə oxunması qeyd olunmuşdur:-
Özümü, dinimi, əhli-əyalımı, malımı, övladımı, din qardaşlarımı, Rəbbimin mənə ruzi verdiklərini, əməlimin sonunu, işini bəyəndiyim kəsləri (və yaxud mənimlə bağlı olan kəsləri) bir, yeganə, ehtiyacsız, doğmayan və doğulmayan, şəriki və tayı-bərabəri olmayan Allaha tapşırıram! Pənah aparıram sübhün Rəbbinə yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və paxıllığı tutanda paxılın şərindən! Pənah aparıram insanların Rəbbinə, insanların hökmdarına və (mütləq) hakiminə, insanların (həqiqi) məbuduna, gizlincə vəsvəsə edən, irəli-geri çəkilərək insanların ürəklərinə vəsvəsə salan şeytanın şərindən, istər cinlərdən olsun, istərsə də insanlardan!
Şeyx, Şəhiddən Həzrət Rəsuli-Əkrəmin (s) belə buyurduğunu nəql edir: "Hər kəsə Qiyamət günü Allah taala onu pis əməllərindən xəbər verərək, günahlar divanının açılmasını istəmirsə, hər namazdan sonra bu duanı oxusun:
İlahi, həqiqətən, Sənin bəxşişinə öz əməlimdən daha çox ümidvaram! Həqiqətən, Sənin rəhmətin mənim günahımdan daha genişdir! İlahi, əgər mənim günahım Sənin dərgahında böyükdürsə, Sənin əfv və güzəştin mənim günahımdan da böyükdür! İlahi, əgər mən Sənin rəhmətinə şamil olmağa layiq deyiləmsə, Sənin rəhmətinin mənə şamil olması və məni əhatə etməsi layiqdir! Çünki rəhmətin hər şeyi əhatə etmişdir. Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
İbni Babəveyhdən (r) nəql olunmuşdur ki, Fatimə Zəhran (s)-nın təsbihini deyib qurtardıqdan sonra belə de:
İlahi, Sənin adın Salamdır, sağlamlıq da Sənin tərəfindən və Sənə məxsusdur. (Ümumiyyətlə,) sağlamlıq Sənə qayıdır. Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Salam olsun sənə, ey Allahın Rəsulu, Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun hidayət edən və hidayət olunmuş imamlara! Salam olsun Allahın bütün peyğəmbərlərinə, elçiləri və mələklərinə! Salam olsun bizə (biz möminlərə) və Allahın saleh (xeyirxah) bəndələrinə! Salam olsun Əmirəlmöminin Əliyə! Salam olsun behişt əhlinin cavanlarının sərvəri Həsən və Hüseynə! Salam olsun ibadət əhlinin zinəti Hüseynin oğlu Əliyə! Salam olsun peyğəmbərlərin elmini açan Əlinin oğlu Məhəmməd Baqirə! Salam olsun Məhəmməd Baqirin oğlu Cəfər Sadiqə! Salam olsun Cəfər Sadiqin oğlu Musa Kazimə (qəzəbini udana)! Salam olsun Musa Kazimin oğlu Əli Rzaya! Salam olsun Əli Rzanın oğlu Məhəmməd Cavada! Salam olsun Məhəmməd Cavadın oğlu Əli Hadiyə! Salam olsun Əli Hadinin ruhu pak-pakizə olan oğlu Həsən Əskəriyə! Salam olsun Həsən Əskərinin oğlu Höccətə – Qaim Mehdiyə! Allahın salam və salavatı olsun onların hamısına!
Sonra hər hacətin varsa, Allah taaladan dilə.
Şeyx Kəfəmi deyir: "Namazlardan sonra belə de:
Allahın Rəbb, İslamın din, Məhəmmədin (Allahın salamı ona və onun Əhli-beytinə olsun) peyğəmbər, Əlinin imam və Həsən, Hüseyn, Əli, Məhəmməd, Cəfər, Musa, Əli, Məhəmməd, Əli, Həsən və onun saleh övladının (onlara salam olsun) imam, sərvər və rəhbər olmasına sevindim. Onları sevir, düşmənlərinə isə nifrət edirəm.
Sonra üç dəfə de:
İlahi, Mən səndən dünya və axirətdə əfv, bağışlanma, sağlamlıq və asayiş diləyirəm!
Kitabın adı: Məfatihul Cinan