» » Ölümlə əlaqədar bəzi dualar və göstərişlər (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Ölümlə əlaqədar bəzi dualar və göstərişlər (tərcüməsi)
+10
Müəllif: Fatimə Nuri Xuda | 26-01-2016, 16:00 | Baxılıb: 3 673
 

Ölümlə əlaqədar bəzi dualar və göstərişlər

Bil və agah ol! Hər kəsdə ölümün əsər-əlaməti aşkar olsa, bu haqda fikirləşən ilk şəxs onun özü olmalı, əbədi axirət aləminə səfər etməsini bilməlidir. Beləliklə, ona vacib olan birinci əməl günahkar olmasını etiraf etməli, çirkin olan keçmiş əməllərindən peşman olmalı, ah-nalə çəkərək ağlamalı, kamil tövbə etməli, uca Allahdan günahlarının bağışlamasını diləməlidir. Sonra vəsiyyət edib, Allahın və boynunda haqqı olan şəxslərin borcunu ödəməli və bu işi öləndən sonra başqalarının öhdəsinə qoymamalıdır. Çünki ola bilsin ki, Şeytan həmin şəxsi vəsvəsə edib, ölən şəxsin boynunda qalan haqqını ödəməsin.
O, mal-dövlətinin üçdə bir hissəsini öz qohum-əqrəbalarına və xeyir işlərə vəsiyyət etsin, mömin qardaşlarından, qeybət etdiyi, töhmət vurduğu, əzab-əziyyət verdiyi şəxslərdən halallıq istəsin. Əgər onları tapa bilməsə, digər mömin qardaşlarından onun üçün halallıq istəməsini xahiş etsin. Öz ailə və uşaqlarını Allaha təvəkkül etdikdən sonra əmin bir şəxsə tapşırsın, kiçik yaşlı övladı üçün bir vəli tutsun, sonra özü üçün bir kəfən hazırlasın. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Hər kəs öz kəfənini hazırlasa, qafillər sırasında yazılmaz, hər vaxt kəfəninə baxsa, ona savab verilər və ondan sonra artıq qadın, övlad və mal-dövlət haqqında fikirləşməsin. Həmişə Allaha üz tutub, Onu yad etsin, bu dünyanın puç və fani olması, dünya və axirətdə mehriban və bağışlayan Allahdan başqa heç kəsin ona yardım etməməsi haqqında düşünsün, bilsin ki, əgər Allaha təvəkkül etsə, özündən sonra ailə-uşaqlarının işləri sahmana düşər.
Bunu da bilməlidir ki, əgər özü də ölməyib həyat sürsə, Allahın istək və iradəsi olmadan öz ailə-uşaqlarına nə fayda, nə də zərər yetirə bilər. İnsanları yaradan Allah daha mehriban, daha mərhəmətlidir. İnsan həmişə ümidlə yaşamalı, İlahinin rəhmət və mərhəmətinə, Peyğəmbər (s)-in və məsum imamların şəfaətinə ümidvar olmalıdır.
Şeyx Tusi "Misbahil-mütəhəccid” kitabında yazmışdır: İnsanın vəsiyyət etməsi və bu işi təxirə salmaması müstəhəbdir. Belə ki, rəvayətlərdə bəyan olunduğu kimi, insanın gecəni sübh olmamış, xüsusilə xəstə olduğu halda gözəl vəsiyyətnamə yazması, özü ilə Allah və Onun bəndələri arasında olan hüququnu əda etməsi təkidli müstəhəbdir.
Həzrət Peyğəmbər (s)-in belə buyurduğu nəql olunmuşdur: «Hər kəsin ölümü yaxınlaşdıqda, yaxşı vəsiyyət etməsə, onun mürüvvət və əqlində naqislik vardır. Peyğəmbər (s)-dən: "Yaxşı vəsiyyətdən məqsəd nədir?” – deyə soruşduqda, o həzrət buyurdu: «İnsan ölüm ayağında olub, camaat onun ətrafına toplaşdıqda, desin:
Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən, mehriban və bağışlayan Allah! Mən Səninlə əhd bağlayır və şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Onun bəndəsi və rəsuludur. Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. Hesab haqdır. Cənnət haqdır. Yeməli və içməlilərdən olan nemətlərlə bağlı verilən vədlər və nikah haqdır. Cəhənnəm haqdır. İman haqdır. Din Onun vəsf etdikləri, İslam Onun verdiyi göstərişlər, söz Onun dediyi sözlər və Quran Onun nazil etdiklərindən ibarətdir. Həqiqətən, aşkar haqq Allahdır. Mən dünya evində Səninlə əhd bağlayır və Sənin Rəbb, İslamın din, Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) peyğəmbər, Əlinin rəhbər və Quranın (dini) kitab (mənim kitabım) olmağına razıyam. Həqiqətən, Sənin Peyğəmbərinin Əhli-beyti (salam olsun ona və onlara) mənim imamımdır. İlahi, çətinlikdə sığınacağım, möhnət zamanı ümidim, mənə üz gətirən ağır hadisələrdə ehtiyatım Sənsən! Sən mənim nemətimin sahibi, məbudum və ata-babalarımın Rəbbisən. Məhəmməd və onun Əhli-beytinə salam yetir. Məni bir göz qırpımı belə özbaşına buraxma. Qəbrimin qorxulu anlarında munisim ol və qiyamətdə Səninlə görüşdüyüm zaman Öz dərgahında mənim üçün əhd-peyman qərar ver!
Ölüm ayağında olan şəxs bu duanı vəsiyyət etdiyi gün deməsi bir əhddir. Vəsiyyət hər bir müsəlmanın haqqıdır. İmam Sadiq (ə) buyurmuşdur: «Allah taala bu həqiqəti "Məryəm” surəsində belə açıqlamışdır:
Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar, (yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Allahın izni ilə şəfaət etməyə layiqdirlər). 
Bu, dediyimiz həmin əhddən ibarətdir.
Həzrət Peyğəmbər (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: "Bu duanı həm özün öyrən, həm də öz əhli-beytinə və şiələrinə öyrət.” Həzrət buyurur ki, bu duanı Cəbrail mənə öyrətmişdir.
Şeyxin yazdığına görə, bu dua aşağıda qeyd edəcəyimiz duanı oxuduqdan sonra yazılıb meyyitin kəfəninə qoyulsun:
Bağışlayan və mehriban Allahın adı ilə! Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Onun bəndəsi və rəsuludur. Həqiqətən, cənnət haqdır. Cəhənnəm haqdır. Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. 
Sonra bu duanı da yazıb kəfənə qoysunlar:
Bağışlayan və mehriban Allahın adı ilə! Bu kitabda adıçəkilənlər şahiddirlər ki, onların qadir və uca Allaha iman gətirən qardaşı filankəs oğlu filankəs onları şahid tutmuş 
"Fulan ibn fulan” sözlərinin yerinə şəxsin adının desin:
və onların hüzurunda etiraf etmişdir ki, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Onun bəndəsi və rəsuludur. O, bütün peyğəmbər və rəsullara (salam olsun onlara) inanır. Həqiqətən, Əli Allahın vəlisi və onun imamıdır. Onun nəslindən olan imamlar da onun rəhbərləridir. Onların birinci Həsəndir və ondan sonra Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Qaim-Höccətdir (salam olsun onlara). Həqiqətən, cənnət haqdır. Cəhənnəm haqdır. Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. Onun bəndəsi və rəsulu olan Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) haqq olaraq gəlmişdir. Əli Allahın vəlisi və Rəsulullahdan (Allahın salamı olsun ona və Əhli-beytinə) sonra xəlifədir. Belə ki, Rəsulullah böyük və uca Rəbbinin əmrini yerinə yetirərək, onu ümməti arasında özünə xəlifə seçmişdir. Fatimə Rəsulullahın qızıdır. Hidayət imamları və rəhmət öndərləri olan Həsən və Hüseyn o həzrətin övladları və nəvələridir. Əli, Məhəmməd, Cəfər, Musa, Əli, Məhəmməd, Əli, Həsən və Höccət (salam olsun onlara) imam, rəhbər, böyük və uca Allaha doğru dəvətçi və Onun bəndələri üzərində höccətdirlər.
Sonra desin: 
Ey şahidlər!
Bu yazıda adı çəkilən ey filankəs! Öz yanınızda mənim üçün bu şəhadəti sabit edin və onun vasitəsilə mənimlə Kövsər hovuzunun kənarında görüşün. Sonra orada hazır olanlar desinlər: «Ey filankəs!
Rəsulullaha (Allahın salamı olsun ona və Əhli-beytinə) əmanət olaraq tapşırılmış bu şəhadət, iqrar və qardaşlıqla səni Allaha tapşırır və sənə salam deyirəm. Allahın rəhmət və bərəkətləri olsun ona!
Sonra həmin kağızı büküb, şahidlərin imzası ilə möhürlənsin və meyyitin sağ tərəfinə qoyulsun. Kağıza yazılan duanın kafurla yazılması daha yaxşıdır.
Can vermə halında olan şəxsi arxası üstə yatırtmaq və ayaqlarını üzü qibləyə tərəf uzatmaq lazımdır. Onun yanında "Yasin”, "Saffat” surələrinin oxunması, zikir deyilməsi, Allahın, Peyğəmbərin və imamların haqq olmasına şəhadət verməsi, eləcə də aşağıdakı qeyd edəcəyimiz duanın ona təlqin edilməsi müstəhəbdir:
Səbirli və kəramətli Allahdan başqa heç bir tanrı yoxdur. Uca və böyük Allahdan başqa heç bir tanrı yoxdur. Yeddi səma, yeddi yer, onlarda olanlar, onların içindəkilər və altındakıların və böyük ərşin Rəbbi olan Allah pak və müqəddəsdir. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun Məhəmməd və onun pak-pakizə Əhli-beytinə!
Boynunda cənabət və heyz qüslü olan şəxs can verən şəxsin yanında olmasın. Müstəhəbdir ki, insan dünyadan getdikdən sonra onun gözlərini, ağzını və çənəsini bağlasınlar, əl-ayağını düzəltsinlər.
Meyyitə kəfən biçmək vacibdir. Ona biçilən kəfən üç parçadan ibarətdir: Fitə, köynək və sərtasər. Meyyitin kəfəninə "Hibreyi Yəmaniyyə” adlı Yəmən parçasının əlavə edilməsi, ona əmmamə qoyulması, eləcə də meyyitin budlarını bükmək üçün başqa bir parça da müstəhəbdir.
Müstəhəbdir ki, bu dua İmam Hüseyn (ə)-ın türbəti ilə, yaxud barmaqla kəfənə yazılsın:
Filankəs şəhadət verir ki, həqiqətən, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd Allahın rəsulu, Əli möminlərin əmiri və onun övladları imamdırlar.
Həmçinin kəfənə imamlaran adlarını və
Onun imamları hidayət və xeyirxah rəhbərlərdir.
-kəlmələrini də yazmaq müstəhəbdir.
Meyyitə üç qüsl vermək vacibdir: Sidr, kafur və xalis su ilə. Ona verilən qüslün qaydası eyni ilə cənabət qüslü kimidir: Əvvəlcə meyyitin əllərini, sonra cinsi alətini üç dəfə yumaq müstəhəbdir. Sonra qüsl niyyəti edib sidrlə qarışmış su ilə əvvəl meyyitin başını və boynunu, sonra sağ tərəfini və daha sonra sol tərəfini yumaq lazımdır. Su olan qabı yumaq lazımdır ki, onda olan sidrin əsər-əlaməti getsin. Sidrlə qarışmış su ilə verilən qüsl kimi, kafurla qarışmış su ilə, ondan sonra eyni ilə bu qayda kimi xalis su ilə üçüncü qüsl verilməlidir. Müstəhəbdir ki, meyyitin hər hansı bir bədən üzvünü yuduqda, "Əfvən-əfvən” sözləri deyilsin və qüsl verildikdən sonra pak bir parça ilə qurulansın.
Sonra meyyit kəfənə bükülməlidir, əvvəlcə bir parçaya panbıq qoyub, onunla meyyitin budları bağlanılmalı, sonra fitə ilə göbəyindən dizinə qədər, (vacib ehtiyata əsasən) köynək ilə çiyinlərindən baldırın yarısına qədər, sərtasərlə də bütün bədəni örtülməlidir. Bir dirsək uzunluğunda iki yaş xurma, yaxud başqa bir ağac çubuğunun birini meyyitin sağ, digərini isə sol tərəfinə qoymaq müstəhəbdir.
Meyyitə qüsl verdikdən sonra onun yeddi səcdə yerlərinə –alnına, dizlərinin gözünə, əllərinin içinə və ayaqlarının baş barmaqlarına kafur sürtmək vacibdir. Əgər kafurdan artıq qalarsa, onu meyyitin sinəsinə sürtmək və kəfəninə qoymaq da müstəhəbdir.
Meyyitin kəfəninin ucları (baş və ayaq tərəfdən) iplə bağlanılmalı, onu qəbrə qoymaq istədikdə isə həmin iplər açılmalıdır.
Meyyitin kəfən işləri qurtardıqda, onu tabuta qoyub, namaz qılınan yerə aparmaq və ona namaz qılmaq lazımdır.
Əllamə Məclisi "Zadul-məad” kitabının "Meyyit namazı” bölümündə yazır: Meyyitə namaz qılmaq hər bir müsəlmana kifai vacibdir, əgər bu işi onların biri yerinə yetirsə, ona namaz qılmaq başqalarının boynundan götürülür. Alimlər arasında məşhur nəzərə əsasən, altı yaşına çatan müsəlman uşağa qürbət qəsdi ilə meyyit namazı qılmaq vacibdir. Bəziləri altı aylıq dünyaya gəlib, sonra ölən uşağa namaz qılmağı müstəhəb, bəziləri bidət, bəziləri də namaz qılmamağı ehtiyata uyğun bilirlər. Yaxşıdır ki, meyyitə namaz qılan şəxs, onun yaxın adamlarından olsun. Məşhur nəzərə görə, əgər meyyit qadındırsa, ona əri namaz qılsın. Namaz qılan şəxs üzü qibləyə durmalı, cənazənin baş tərəfi onun sağ tərəfində qalmalı və meyyit arxası üstə olmalıdır. Meyyit namazında dəstəmaz və qüsl almaq, təyəmmüm etmək, eləcə də bədən və ya paltarın pak olması şərt deyildir, lakin dəstəmazlı halda qılmaq müstəhəbdir. Əgər su tapılmasa, yaxud namaz qılan şəxsə suyun zərəri olsa, namazı təyəmmümlə də qıla bilər. Bəzi rəvayətlərin zahirindən başa düşülür ki, heç bir üzr olmasa da, təyəmmüm etmək müstəhəbdir.
Əgər meyyit kişidirsə, ona namaz qılan şəxs, onun orta hissəsində, əgər qadındırsa, onun sinə tərəfində durması, eləcə də ayaqqabı geymədiyi halda qılması müstəhəbdir.
Namazda niyyət etmək və beş təkbir demək vacibdir. Meyyit namazı qılan şəxs hər dəfə təkbir deyəndə, əllərini qulaqlarına tərəf aparması müstəhəbdir.
Məşhur nəzərə görə, birinci təkbiri deyəndən sonra belə desin:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur.
İkinci təkbirdən sonra desin:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam və salavat göndər!
Üçüncü təkbirdən sonra desin:
İlahi, mömin kişilər və möminə qadınları bağışla!
Dördüncü təkbirdən sonra belə desin:
İlahi, bu meyiti bağışla!
Beşinci təkbir deyilməklə namaz qurtarır. Məşhur nəzərə əsasən, yaxşıdır ki, birinci təkbirdən sonra desin:
Allah böyükdür. Şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, rəsuludur və onu qiyamətdən qabaq (möminlərə) haqq ilə (Quranla) müjdə vermək və (kafirləri) qorxutmaq üçün göndərmişdir.
Sonra desin:
Allah böyükdür. İlahi! İbrahim və İbrahimin övladlarına salam və rəhmət göndərdiyin, bərəkət verdiyin kimi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə də salam yetir, Məhəmməd və Məhəmmədin Əhli-beytinə bərəkət ver, Məhəmməd və Məhəmmədin Əhli-beytinə rəhm et ki, həqiqətən, Sən tərifəlayiq və böyüksən. Bütün peyğəmbər və rəsullara salam yetir!
Sonra desin:
Allah böyükdür. İlahi! Mömin kişilər və möminə qadınları, müsəlman kişilər və müsəlman qadınları, onların diri və ölülərini bağışla. Bizimlə onların arasında xeyir işlərlə rabitə yarat ki, həqiqətən, Sən duaları qəbul edən və hər şeyə qadirsən!
Sonra desin:
Allah böyükdür. İlahi! Bu Sənin bəndəndir, bəndənin və kənizinin oğludur. Sənin hüzuruna gəlib və Sən yaxşı qonaqpərvərsən. İlahi! Biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik və Sən onu bizdən yaxşı tanıyırsan. İlahi! əgər o, xeyirxahdırsa, xeyirxahlığını artır və əgər günahkardırsa, günahından keç və onu bağışla. İlahi, rəhmətinlə Onu Öz yanında – behiştin ən yüksək mərtəbəsində yerləşdir, gələcəkdə onun əhli-əyalı arasında canişini ol və ona rəhm et, ey rəhmlilərin ən rəhmlisi!
Sonra "Əllahu-əkbər” –deyib, namazı qurtarır. Əlbəttə əgər meyyit qadındırsa, belə desin:
İlahi! Bu Sənin kənizindir, bəndənin və kənizinin qızıdır. Sənin hüzuruna gəlib və Sən yaxşı qonaqpərvərsən. İlahi! Biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik və Sən onu bizdən yaxşı tanıyırsan. İlahi! əgər xeyirxahdırsa, xeyirxahlığını artır və əgər günahkardırsa, günahından keç və onu bağışla. İlahi, rəhmətinlə Onu Öz yanında – behiştin ən yüksək mərtəbəsində yerləşdir, gələcəkdə onun əhli-əyalı arasında canişini ol və ona rəhm et, ey rəhmlilərin ən rəhmlisi!
Əgər meyyit fəqir və məzlumdursa, belə desin:
İlahi, tövbə edən və Sənin yoluna itaət edənləri bağışla, onları cəhənnəm odundan qoru!
Əgər meyyit həddi-büluğa çatmamış uşaq olsa, belə desin:
İlahi, onu ata-anası və bizim üçün zəxirə və mükafat qərar ver!
Cənazə götürüldükdən sonra meyyitə namaz qılan şəxslərin, xüsusilə imamın öz yerlərindən hərəkət etməsi müstəhəbdir.
Bir rəvayətdə göstərilir ki, namazı qılıb qurtardıqdan sonra desin:
Ey Rəbbimiz, dünyada da, axirətdə də bizə yaxşılıq əta et və bizi cəhənnəm əzabından qoru!
İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, müsəlman bir şəxs dünyadan getdikdə, möminləri bu hadisədən xəbərdar etmək lazımdır ki, onun dəfn mərasimində iştirak edib namaz qılsınlar, Allahdan onun bağışlanmasını diləsinlər, çünki həm meyyit, həm də dəfn mərasimində iştirak edən şəxs savab qazanır.
İmam Sadiq (ə)-ın bir hədisdə belə buyurduğu nəql olunmuşdur: "Mömin şəxs qəbrə qoyulanda ona deyilər: Sənə əta edəcəyimiz ilk şey behiştdir və sənin dəfn mərasimində iştirak edən şəxslərə əta edəcəyimiz ilk şey onların günahlarının bağışlanmasıdır.”
O həzrət başqa bir hədisdə belə buyurmuşdur: "Qəbirdə mömin şəxsə verilən ilk müжdə, onun dəfn mərasimində iştirak edənlərin günahlarının bağışlanmasıdır.”
Həmçinin buyurmuşdur: "Hər kəs mömin bir şəxsin dəfn mərasi¬mində iştirak etsə, Allah taala Qiyamət günündə onunla birgə olan yetmiş mələk göndərər, eləcə də Allahdan qəbir evindən hesab gününə qədər onun günahlarının bağışlanmasını diləyərlər.”
Yenə də buyurmuşdur: "Hər kəs tabutun bir tərəfindən tutsa, onun iyirmi beş böyük günahı, əgər tabutun dörd tərəfindən tutmuş olsa, bütün günahları bağışlanar.”
Tabutu dörd nəfər götürməlidir. Yaxşı olar ki, tabutu götürən şəxslər hər şeydən əvvəl sol tərəflərində qalan meyyitin sağ tərəfini özlərinin sağ çiyinlərinə və sol tərəfini də sol çiyinlərinə qoysunlar. Cənazənin ayaq tərəfindən götürənlər, onun arxasından hərəkət etsinlər. Müstəhəbdir ki, heç kəs cənazənin önündə getməsin. Əlbəttə çoxlu hədislərin zahirinə əsasən, əgər meyyit mömindirsə, onun cənazəsinin önündə hərəkət etmək yaxşıdır. Əgər şiə və mömin deyilsə, dəfndə iştirak edənlər onun önündə hərəkət etməsinlər, çünki mələklər ona əzab vermək üçün cənazənin ön tərəfindən gələrlər. Cənazəni miniklə aparmaq məkruhdur.
Həzrət Peyğəmbər (s)-dən nəql olunmuşdur ki, hər kəs bir cənazəni görsə, bu duanı oxusun:
Allah böyükdür. Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır! Qüdrəti ilə ucaldan (izzət sahibi edən) və bəndələri ölümlə məğlub edən Allaha həmd olsun!
Hər kəs cənazəni gördükdə, bu duanı oxusa, ona rəhmət etmək üçün asimandakı mələklərin hamısı ağlayarlar.
İmam Sadiq (ə) buyurmuşdur: «Tabutu götürəndə bu duanı oxuyun: 
Allahın adı və Allahın köməyi ilə! (İlahi!) Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mömin kişilər və möminə qadınları bağışla.
Nəql olunmuşdur ki, İmam Zeynəlabidin (ə) hər vaxt bir cənazə görsəydi, bu duanı oxuyardı:
Bizi həlak olanlar zümrəsinə qatmayan Allaha həmd olsun!
Əgər meyyit qadındırsa, onu dəfn üçün müşayiət etmək sünnə deyildir. Bəzilərinin dediklərinə əsasən, cənazəni sürətlə aparmaq məkruhdur. Dəfn mərasimində iştirak edənlərin gülməsi, yersiz və boş sözlər danışması da məkruhdur.
Əllamə Məclisi "Hilyətul müttəqin” kitabında Hz. Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Meyyitə namaz qılan şəxsin keçmiş günahları bağışlanar və o ölən zaman yetmiş mələk ona namaz qılar. Əgər onun dəfn mərasimində iştirak etsə, götürdüyü hər bir qədəmi üçün ona bir qirat savab yazılar.”
O həzrət başqa bir hədisdə belə buyurmuşdur: "Meyyitə namaz qılan şəxs münafiq, yaxud aq valideyn olmasa, ona behişt vacibdir.”
Mötəbər sənədlə İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: "Mömin şəxs öləndə, onun dəfnində qırx nəfər iştirak edib, "Əllahummə la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna” (İlahi, biz ondan yaxşı əməldən başqa bir şey görmədik, Sən onun halını bizdən daha yaxşı bilirsən!) – desə, Allah taala onların cavabında buyurar: "Mən sizin şəhadətinizi qəbul etdim və günahlarını bağışladım.”
Başqa bir mötəbər hədisdə Hz. Peyğəmbər (s)-dən belə nəql olunmuşdur: "Mömin şəxsin ölümündən sonra əməl dəftərində yazılan ilk şey camaatın onun haqqında dedikləri sözlərdir, belə ki, əgər onlar ölən şəxsin yaxşılığından danışsalar, əməl dəftərində yaxşı, əgər pisliyindən danışsalar, pis adla yad edərlər.»
Müəllif deyir: «Şeyx Tusi "Misbahil mütəhəccid” kitabında yazmışdır: Cənazəni götürən şəxslər meyyitin sağ tərəfini sol çiyinlərinə, sol tərəfini sağ çiyinlərinə qoymaqları, eləcə də ayaq tərəfindən tutanlar, cənazənin arxa tərəfindən tutmaqları müstəhəbdir. Cənazəni qəbrə yaxınlaşdırdıqda, əgər meyyit kişidirsə, onu qəbrin aşağı tərəfindən, əgər qadındırsa, qəbrin baş tərəfindən qoymaq və onu üç dəfə yerə qoyub götürmək müstəhəbdir.
Meyyiti qəbrə qoymaq üçün qəbrə daxil olan şəxs, qəbrə aşağı tərəfdən, ayaq yalın, başı açıq və geniş paltar geyindiyi halda daxil olması müstəhəbdir. O, qəbrə daxil olduqda, belə desin:
İlahi, onu cənnət bağlarından qərar ver və cəhənnəm quyularından qərar vermə!
Qəbrə daxil olan şəxs meyyiti başından tutub qəbrə qoysun və o zaman desin:
Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Rəsulunun təriqəti ilə! İlahi, Sənə iman gətirmiş və kitabını təsdiq etmişəm! Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır!
Meyyiti qəbirdə sağ tərəfi üstə üzü qibləyə uzadıb, kəfənin bəndlərini açsın, onun üzünü torpağa qoysun, İmam Hüseyn (ə)-ın türbətini onun yanına qoymaq müstəhəbdir.
Ləhədin üstünü taxta və yaxud daş ilə bağlayan şəxs desin:
İlahi! Onun təkliyini birliyə və qorxusunu ünsiyyətə çevir. Kimsəsizliyinə rəhm et və onu Öz rəhmətinə qovuşdur ki, bir daha başqalarının mehr-məhəbbətindən ehtiyacsız olsun. Onu sevdiyi kəslərlə – pak-pakizə imamlarla məhşur et.
Meyyiti qəbrə qoyduqdan və ləhədi üstünü daş, yaxud taxta, yaxud da başqa şeylərlə örtməzdən öncə, Allahın, Peyğəmbərin və imamların adlarına şəhadət verməyi ona təlqin etmək müstəhəbdir. Meyyitə belə təlqin deyilməlidir: «Ya filan ibni filan.» Bu kəlmələrin yerinə meyyitin adını və atasının adını demək lazımdır. Sonra təlqini bu sözlərlə davam etdirməlidir:
O əhd-peymanı yadına sal ki, onunla, (yəni) yeganə və şəriksiz Allahdan başqa heç bir tanrının olmadığı, Məhəmmədin Onun bəndəsi və rəsulu, Əlinin möminlərin əmiri olduğuna verdiyin şəhadətlə dünya evindən köçdün. Həsən və Hüseyn...
İmamların adlarını bir-bir axıra kimi zikir edin. Sonra belə de:
Sənin hidayət və xeyirxah imamlarındır.
Ləhədin (qəbrin) üstünü bağladıqdan sonra torpaq tökmək lazımdır və müstəhəbdir ki, orada hazır olanlar qəbrə torpağı öz əllərinin arxası ilə töküb desinlər:
Biz Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq. Allah və Rəsulunun vəd etdikləri budur! Allah və Rəsulu doğru buyurmuşdur. İlahi, bizim iman və təslimçiliyimizi artır!
Qəbrə daxil olan şəxs qəbirdən çıxmaq istəsə, meyyitin ayaq tərəfindən çıxsın. Sonra qəbri dörd barmaq hündürlüyündə doldursunlar, ora qəbrin torpağından başqa torpaq tökməsinlər və meyyitin baş tərəfinə əlamət olaraq bir daş, yaxud bir ağac basdırsınlar. Qəbri örtdükdən sonra onun üstünə su töksünlər, suyu qəbrin baş tərəfindən tökməyə başlasın və axırda da orada qurtarsınlar. Əgər sudan artıq qalarsa, qəbrin ortasına töksünlər. Nəhayət, orada hazır olanlar barmaqlarını qəbrə qoyub, meyyit üçün dua etsin və bu duanı oxusunlar:
İlahi! Onun qorxusunu ünsiyyətə çevir, kimsəsizliyinə rəhm et, həyəcanını aradan qaldır, təkliyinə son qoy və onu Öz rəhmətinə qovuşdur ki, bir daha başqalarının mehr-məhəbbətindən ehtiyacsız olsun. Onu sevdiyi kəslərlə – pak-pakizə imamlarla məhşur et.
Hamıdan axırda meyyitin yaxın adamları meyyitlə xudahafizləşsin və evə qayıtmamışdan öncə uca səslə desin: "Ya filan ibni filan! (Bu sözlərin yerinə meyyitin adını və atasının adını desin!) 
Allah Sənin Rəbbin, Məhəmməd peyğəmbərin, Quran kitabın, Kəbə qiblən və Əli imamındır. Həsən və Hüseyn...
Sonra imamların adlarını çəkib desin:
Sənin hidayət və xeyirxah imamlarındır.
Müəllif deyir: «İnsan can verdiyi halda ona təlqin demək müstəhəb olduğu kimi, digər iki yerdə də müstəhəbdir: 1-Onu qəbrə qoyanda: Müstəhəbdir ki, qəbrə daxil olan şəxs sağ əli ilə meyyitin sağ çiynini, sol əli ilə sol çiynini tutub, onu silkələsin və təlqin deməyə başlasın. 2-Onu dəfn etdikdən sonra, belə ki, camaat meyyiti dəfn edib evlərinə qayıtdıqdan sonra meyyitin vəlisi, yəni yaxın adamlarından biri, qəbrin baş tərəfində əyləşib, uca səslə təlqini deməyə başlasın, əlbəttə yaxşı olar ki, onu deyəndə hər iki əlinin içini qəbrin üstünə qoyub, ağzını qəbrə yaxınlaşdırsın. Əgər təlqini meyyitin vəlisi demək istəməsə, başqasını naib tuta bilər.
Rəvayətlərdə bəyan olduğu kimi, meyyitə təlqin deyildikdə, Münkir adlı mələk Nəkir adlı mələyə deyər: "Gəl gedək, ona təlqin dedilər, artıq ondan sorğu-sual etmək lazım deyildir. Bununla da onlar meyyitdən sorğu-sual etməyib, geri qayıdarlar.»
Əllamə Məclisi deyir: «Yaxşı olar ki, təlqin deyən şəxs belə desin:
Eşit və başa düş, ey filankəs oğlu filankəs!
(Filan ibni filan sözlərinin yerinə meyyitin adını və atasının adını desin!)
Sən bizdən ayrıldığın əhd-peymana sadiq qalıbsanmı? Həmin əhd-peyman (əqidə) bu şəhadətdən ibarət idi: "Yeganə və şəriksiz Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) Onun bəndəsi və rəsulu, peyğəmbərlərin sərvəri və elçilərin sonuncusudur. Əli möminlərin əmiri, vəsilərin sərvəri və itaəti Allah tərəfindən aləmlərə vacib olunan imamdır. Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Mehdi (Qaim-Höccət) (Allahın salamı olsun onlara) möminlərin imamları, Allahın bütün məxluqat üzərində höccətləri və sənin hidayət və xeyirxah imamlarındır.” Ey filankəs oğlu filankəs! Böyük və uca Allah tərəfindən göndərilən iki "müqərrəb” (Allaha yaxın) mələk sənin yanına gəlib, Səndən Rəbbin, Peyğəmbərin, dinin, kitabın, qiblən və imamların barəsində soruşduqda, qorxma və onların cavabında belə de: "Böyük və uca Allah mənim Rəbbim, Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) peyğəmbərim, İslam dinim, Quran kitabım, Kəbə qibləm, möminlərin əmiri Əli ibn Əbu Talib imamım, Həsən ibn Əli imamım, Kərbəla şəhidi Hüseyn ibn Əli imamım, Əli Zeynəlabidin (abidlərin zinəti) imamım, peyğəmbərlərin elmini açan Məhəmməd imamım, Cəfər Sadiq imamım, Musa Kazim imamım, Məhəmməd Cavad imamım, Əli Hadi imamım, Həsən Əskəri imamım və intizarı çəkilən Höccət imamımdır. Onlar (Allahın salamı olsun onların hamısına) mənim imamlarım, sərvərlərim, rəhbərlərim və (qiyamətdə) şəfaətçilərimdir. Mən dünya və axirətdə onları sevir, düşmənlərinə nifrət bəsləyirəm. Sonra bil və agah ol, ey filankəs oğlu filankəs! Həqiqətən, böyük və uca Allah yaxşı Rəbb, Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) yaxşı rəsul, möminlərin əmiri Əli ibn Əbu Talib və onun on bir övladı yaxşı imamdır. Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) gətirdiklərinin hamısı haqdır. Nəkir və Münkərin qəbirdə sorğu-sualı haqdır. Qəbirdən baş qaldırmaq haqdır. Yenidən dirilmək haqdır. Sirat haqdır. Mizan (tərəzi) haqdır. İnsanların əməl dəftərinin bir-birindən fərqliliyi haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. Allah qəbirdə olan hər bir kəsi qaldıracaq.
Sonra desin:
Ey filankəs! Başa düşdünmü?
Rəvayətdə göstərilir ki, meyyit cavabında: "Bəli, başa düşdüm!” – deyir. Sonra desin:
Allah səni sabit və tutarlı sözlə sabitqədəm saxlasın. Allah səni doğru yola yönəltsin. Allah rəhmət diyarında səninlə Öz dostları arasında tanışlıq yaratsın.
Sonra desin:
İlahi! Yeri onun böyürlərindən uzaqlaşdır (onu qəbir sıxıntısından qoru), ruhunu Öz dərgahına qaldır və ona Öz tərəfindən olan bürhanla təskinlik ver. İlahi! Sənin əfvin lazımdır, Sənin əfin lazımdır.
Müəllif deyir: "Allaha həmd-səna edirəm ki, bu bölümü də sona çatdırdım. Ümid edirəm ki, Allah taala məni və bu kitaba əməl edən şəxsləri bağışlasın. Bu kitabı, 1345-ci hicri qəməri ilinin Məhərrəm ayının 19-u, cümə günü, İmam Rza (ə)-ın məqbərəsinin kənarında tamamladım. İlahi, Məhəmməd və ali Məhəmmədə salam və salavat göndər!
Abbas ibni Məhəmməd Rza Qummi!

 
 
Bölmə: Dualar
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 26 Ocak 2016 17:13 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun baci Allah bizi baqiwlamamiw bu dunyadan aparmasin Amin 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.