» » "Bihərul-ənvar" kitabından nəql olunan bəzi dualar (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
"Bihərul-ənvar" kitabından nəql olunan bəzi dualar (tərcüməsi)
+10
Müəllif: Fatimə Nuri Xuda | 30-01-2016, 18:00 | Baxılıb: 3 708

  "Bihərul-ənvar" kitabından nəql olunan bəzi dualar

 1. İmam Əmirəl-möminin Əli (ə)-dan nəql olunmuşdur ki, o həzrət bir kişinin uzun bir dua oxumasını gördü. Həzrət buyurdu: "Ey kişi! Allah hamını eşidir.” O şəxs ərz etdi: «Ey mənim mövlam! Bəs mən nə edim?» Həzrət buyurdu: «Bu duanı oxu:
Hər bir nemətə görə Allaha həmd olsun. Hər bir xeyri Allahdan istəyir, hər bir şərdən Allaha pənah aparır və hər bir günahdan tövbə edib Allaha doğru qayıdıram.
2. Bu duanı, İmam Sadiq (ə) öz səhabələrinə öyrətdi ki, onunla öz qəm və qüssələrini aradan qaldırsınlar:
Hər bir ağır hadisə üçün "La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) və hər bir qəm-qüssə üçün "La hovlə və la qüvvətə illah billahil-əliyyil-əzim” (Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur) kəlamını hazırladım! Məhəmməd birinci nur, Əli isə ikinci nurdur. Xeyirxah imamlar Allahla görüşmək üçün zəxirə və Allahın düşmənləri müqabilində qalxandır. Hər bir şey Allahın böyüklüyü müqabilində xardır. Qadir və uca Allahdan mənə yetərli olmasını diləyirəm.
3. Seyid ibni Tavus bədəndə olan ağrıların və xəstəliklərin aradan qaldırılması üçün oxunan dua haqqında deyir: "Təcrübə etdiyimiz kimi,
Ey adı dərman və zikri şəfa olan! Ey istədiyi hər bir şeyə şəfa verən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və bu adınla dərdimə şəfa ver!
-duasını, on dəfə "Ya Allah”, on dəfə "Ya Rəbb” və on dəfə "Ya ərhəmər rahimin” – sözlərini bir vərəqə yazıb, özündə saxlayırsan.
4. İmam Sadiq (ə)-dan bədəndə yaranan sızaqların aradan getməsi haqqında belə nəql olunmuşdur: Baş barmağını onun üstünə qoyub, yavaş-yavaş məsh edirsən və yeddi dəfə "La ilahə illəllahul həkimul kərim” – cümləsini dedikdən sonra onu (baş barmaqla) sıxırsan.
5. Xənazir xəstəliyi üçün təkrar-təkrar bu duanın oxunması nəql olunmuşdur:
Ey mehriban, ey rəhmli, ey Rəbbim, ey mövlam!
6. Nəql olunmuşdur ki, bel ağrısının aradan getməsi üçün əli belə qoyub, üç dəfə bu ayəni oxumaq lazımdır:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!
Sonra yeddi dəfə "Qədr” surəsi oxunmalıdır. Hər kəs bu göstərişə əməl etsə, Allahın köməyi ilə bel ağrısı sakitləşər.
7. Rəvayət olunmuşdur ki, hər kəsin göbəyi ağrısa, əlini göbəyinə qoyub üç dəfə bu duanı oxusa, inşaallah sağalar: 
O (Quran), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.
8. İmam Rza (ə)-dan nəql olunmuşdur ki, bu dua hər bir dərdin dərmanıdır:
Özümü yerin və göyün Rəbbinə tapşırıram. Özümü o Allaha tapşırıram ki, Onun adı ilə heç bir dərd ziyan yetirə bilməz. Özümü adı bərəkət və şəfa olana tapşırıram.
9. Rəvayət olunmuşdur ki, hər kəsin oturacaq yeri ağrısa, iki rükət namaz qılsın, sonra öz əlini alnına çəkib, həmin yerə sürtsün və "Muminun” surəsinin "Əfəhəsibtum ənnəma xələqnakum əbəsa” – ayəsindən surənin sonuna kimi oxusun.
10. Qarın, qulunc və onlara oxşar digər ağrılar üçün oxunan dua: "Bismillahir rəhmanir rəhim, vəzən nuni iz zəhəbə muğazibən...” – ayəsini axıra kimi, oxuduqdan sonra "Həmd” surəsini yeddi dəfə oxumaq lazımdır. Bu, təcrübə olunmuşdur!
11. Bir bəlaya düçar olub, ümidi hər yerdən kəsilən şəxs cümə axşamı "İşa” namazını qıldıqdan sonra belə desin: 
Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm etmişəm).
12. Zindandan azad olmaq üçün İmam Musa ibni Cəfər (ə)-ın oxuduğu dua:
Ey ağacı qumluqdan, gil və sudan çıxaran! Ey südü təzəklə qanın arasından çıxaran! Ey uşağı pərdə ilə bətnin arasından çıxaran! Ey atəşi dəmirlə daş arasından çıxaran! Ey ruhu bağırsaqlar arasından çıxaran! Məni Harunun əlindən xilas et.
Harun sözünün yerinən nəzərində olan zalımın adının çəkin.
Nəql olunmuşdur ki, Həzrət, Harunun zindanında olduğu zaman bu duanı oxudu, gecə olduqda, dəstəmaz alıb dörd rükət namaz qıldı. B u zaman Harun vəhşətli bir yuxu görüb qorxdu, ona görə də əmr etdi ki, o həzrəti zindandan azad etsinlər.
13. İşlərin asan və öz qaydasında olması üçün dua:
İlahi, günahlarım Sənin dərgahında abır-həyamı aparsa da, mən rəhmət peyğəmbərin Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə), Əli, Fatimə, Həsən, Hüseyn və imamların (salam olsun onlara) vasitəsilə Sənin dərgahına üz tutmuşam!
Bil və agah ol! Bu haqda çoxlu dualar vardır, o cümlədən:
İlahi tumuhul amali qəd xabət illa lədəykə...” Bu dua kamil şəkildə bu kitabın "Cümə axşamının əməlləri” bölümündə qeyd olunmuşdur.
14. Bu dua, "Vitr” namazında oxunur. Əllamə Məclisi "Biharul-ənvar” kitabında onu "İxtiyar” kitabından belə nəql etmişdir: «Əlini göyə qaldırıb deyirsən:
İlahi, Sənə etimad etdiyim halda, necə dərgahından naümid geri dönüm?! İlahi, Sən Özün məni dua etməyə (Səni çağırmağa) əmr etdiyin halda, məni hədiyyələrindən necə məyus edərsən?! (İlahi!) Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Ah-naləm ucaldıqda, mənə rəhm et. Mənim əlimdən bir iş gəlmir, arzum qırılıb və ölüm vəziyyətinə düşmüşəm. Artıq, gözlər mənə ağlayacaq, əhli-əyalım və dostlarım mənimlə vidalaşacaq, mənim üstümə torpaq tökəcəklər, adım unudulacaq, bədənim çürüyəcək, məni yaddan çıxarıb, qəbrimi tərk edəcəklər və bir daha görüşümə gəlməyəcəklər. Kimsə məni xatırlamayacaq. Günahlarımın üstü açılacaq, insanlar haqlarını almaq üçün başımın üstünü alacaqlar, iddiaçıların şikayətləri artacaq və məzlumun qarğışı (ah-naləsi) ucalacaq. İlahi! (O zaman) Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mərhəmət və ehsanınla iddiaçıları məndən razı sal. Əfv və razılığınla məni bağışla. İlahi, xoş günlərim ötüb-keçdi, boynumda günahlar və məsuliyyətim qaldı! İndi də peşman olub tövbə etdiyim halda dərgahına üz tutmuşam. Elə isə məni məhrum və naümid geri qaytarma. İlahi, qorxumu əmin-amanlığa çevir, xətamı bağışla və tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan!
15. "Həzin” duası: "Misbahil-mütəhəccid” kitabında nəql olunan bu dua, gecə namazından sonra oxunur:
Ey hər yerdə və hər məkanda hazır olan! Səninlə raz-niyaz edirəm ki, bəlkə səsimi eşidəsən. Həqiqətən, günahım böyük və həyam azdır. Ey mənim mövlam və sərvərim, hansı qorxulu hadisələri xatırlayım və hansını unudum? Əgər ölümdən başqa bir qorxu olmasa da, o, (mənə) bəs edər. Halbuki ölümdən sonrakı hadisələr daha böyük, daha çətindir! Ey mənim mövlam və sərvərim! Haçana qədər deməliyəm ki, mən günahkaram və Səndən üzr istəyirəm? Bir dəfə, bəlkə də dəfələrlə?! Amma yenə Sən məndən doğruluq və sədaqət görmədin! Elə isə, ey fəryada yetən, ey fəryada yetən! Sənin dərgahına üz tutub fəryad edirəm, ey Allah! Nəfsi istəklərin mənə hakim olduğu, düşmənçiliyin hücum çəkdiyi, dünyanı özüm üçün bəzədiyim və nəfsim çirkinliyə əmr etdiyi zaman, yalnız Rəbbim rəhm edə bilər. Ey mənim mövlam və sərvərim! Əgər mənə bənzər başqa bir kəsə rəhm edibsənsə, mənə də rəhm et. Əgər mənə bənzər başqa bir kəsi qəbul edibsənsə, məni də qəbul et. Ey Misir sehrbazlarını qəbul edən, məni də qəbul et! Ey daim yaxşılıqla tanıdığım, ey hər səhər-axşam məni nemətlərinlə qidalandıran! Hüzuruna tək-tənha gəldiyim, gözlərimi dərgahına zillədiyim, əməl dəftərim boynumdan asıldığı və bütün insanlar, hətta atam-anam və zəhmət çəkdiyim kəslər mənə nifrət bəslədiyi gün mənə rəhm et. Əgər Sən də mənə rəhm etməsən, bəs, kim rəhm edər? Kim qəbrimin qorxulu anlarında munisim olar? Əməlimlə xəlvətə çəkildiyim zaman kim dilimi açar? Məndən yaxşı xəbərdar olduğun əməllərim barəsində məni sorğu-suala tutduğun zaman (qurşandığım günahı təsdiqləmək üçün) "Bəli!” desəm, Sənin ədalətindən hara qaça bilərəm?! Əgər "Yerinə yetirməmişəm!” – desəm, belə cavab verərsən: "Mən sənə (sənin əməllərinə) şahid deyildimmi?” Elə isə Səndən əfv diləyirəm, Səndən əfv diləyirəm, ey mövlam! Atəş libasını geyməmişdən öncə Səndən əfv diləyirəm, Səndən əfv diləyirəm, ey mövlam! Cəhənnəm və yandırıcı atəşə atılmazdan öncə Səndən əfv diləyirəm, Səndən əfv diləyirəm, ey mövlam! Əllər zəncirlə boyunlara bağlanmazdan öncə Səndən əfv diləyirəm, Səndən əfv diləyirəm, ey mehribanların ən mehribanı və bağışlayanların ən yaxşısı!
16. İmam Kazim (ə) və İmam Rza (ə)-ın səhabəsi (və imam Kazim (ə)-ın vəkili) olan dahi alim Abdullah ibni Cündəb İmam Kazim (ə)-a belə bir məktub yazdı: Sənə qurban olum! Mən qocalmışam, zəifləmişəm, heç bir şeyə qüdrətim çatmır. Buna görə də Allahın dərgahına yaxınlaşmaq, elm və düşüncəmin artması üçün bir dua öyrətməyinizi istəyirəm. Həzrət onun cavabında bu duanın çoxlu zikir etməsini yazıb bildirdi:
Bağışlayan və mehriban Allahın adı ilə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
17. Bir "Hədisi-qudsi”də buyurulur: "Ey Məhəmməd! Mənim dərgahıma yaxınlaşmaq istəyən şəxslərə de: Şübhəsiz, vacibi əməllərdən sonra Mənim dərgahıma yaxınlaşmaq məqsədilə oxunan ən fəzilətli dua, budur:
İlahi! Doğrudan da, yaratdıqların içərisində gecəyə çıxan elə bir məxluq yoxdur ki, Sənin onunla rəftarın yaxşı, ona qarşı kəramətin davamlı və mərhəmətin aşkar, onunla mülayim rəftarın çox, onu qorumağın möhkəm və mehr-məhəbbətin məndən güclü olmasın. Mənim kimi bütün məxluqatın sahib olduqları Sənin nemətlərini saysalar da, ey şəhadəti kifayət edən, şahid ol ki, mən Səni sadiq niyyətlə şahid tuturam! Belə ki, lütf və mərhəmət Sənə məxsusdur və mənim Sənin nemətlərinə şükrüm az olsa da, onları mənə artırdın. Ey hər bir iradəni vücuda gətirən! Məhəmməd və onun Əhli-beytinə salam yetir. Şükrümün azlığına görə nazil olan qəzəbin müqabilində əmin-amanlıq boyunduruğunu boynumdan as. Geniş məğfirətin qədər, nemətinin kamil surətdə tamamlanmasını mənə vacib bil və Öz xeyrini başımın üstünə yağdır. Məhəmməd və onun Əhli-beytinə salam yetir. Məni batinimin çirkinliyi ilə müqayisə etmə və qəlbimi Öz razılığın üçün sınaqdan keçir. Dinini qorumaq üçün məni Sənin dərgahına yaxınlaşdıran əməlləri xalis olaraq qəbul buyur! Onları şübhə, öyünmə və yaxud riya ilə yanaşı qərar vermə, ey kərim Allah!
Müəllif deyir: "Bu dua, İlahinin sirli dualarından biridir, o, dünya və axirət işləri üçün oxunan otuz bir duadan ibarətdir. Onun ravilərini fasiləsiz sənədlərlə nəql etmişlər, bəzi duaları "Misbahul-mütəhəccid” və "Misbahi Kəfəmi” kitablarında qeyd edilmişdir. Onu bütövlükdə oxumaq istəyənlər, "Bələdul-əmin” və "Cəvahirus-sənniyyə” və dua kitabı "Bihar” kitablarına müraciət edə bilərlər. Biz burada həmin dualardan birini də qeyd edirik.»
18. Bu dua da İlahinin sirli dualarından biridir ki, hər kəs evindən çıxıb, səfərə getsə və səfərdən sağ-salamat qayıtmaq, yaxud hacətinin qəbul olmasını istəyirsə, evdən çıxanda desin:
Allahın adı və Allahın izni ilə səfərə çıxdım. O, məndən qabaq səfərə çıxmağımdan xəbərdar idi və Onun elmi mənim səfərə çıxıb geri qayıtmağımı saymışdı. İşlərini böyük məbuda tapşıran, işlərində Ondan yardım istəyən, lütf və mərhəmətini çox-çox diləyən, özünü Ondan başqa hər bir güc və qüdrətdən kənarlaşdıran şəxsin təvəkkül etməsi, zərər-ziyanını onu aradan qaldıranın və yoxsulluğunu onun qarşısını alanın dərgahına doğru aparan ziyankarın, əhli-əyalını sərvət sahibi edənin yanına aparan ailəli və Rəbbinin ən böyük dayaq və ümid yeri, ən üstün arzusu Allah olduğunu düşünən bir şəxsin evdən çıxması kimi, mən də o böyük məbuda təvəkkül edirəm! O, bütün işlərimdə mənim dayağımdır. Bütün işlərimi Ona həvalə edir və bütün işlərimdə Ondan yardım diləyirəm. Allahın Öz elmində istədiklərindən başqa heç bir şey yoxdur. Səfərə çıxıb geri dönməyimin xeyrini Allahdan istəyirəm. Ondan başqa heç bir məbud yoxdur və dönüş yeri Ona doğrudur.
19. "Zifaf” gecəsində qılınan namaz və dua haqqındadır. Belə ki, İmam Baqir (ə) buyurur: "Gəlini sənin yanına gətirəndə, dəstəmaz al, iki rükət namaz qıl və ona de ki, dəstəmaz alıb iki rükət namaz qılsın. Sonra özün də Allaha həmd-səna edib, Məhəmməd və ali Məhəmmədə salvat göndər, dua et və gəlinlə birlikdə otağa daxil olanlara da söylə ki, "Amin!” – desinlər. Sonra bu duanı oxu:
İlahi, onun ülfət, mehribanlıq və razılığını mənə nəsib et, məni ondan razı sal, aramızda yaxşı birlik və gözəl ünsiyyət yarat! Həqiqətən, Sən halalı bəyənir, haramı isə xoşlamırsan.
İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, zifaf gecəsi gəlin otağına daxil olanda, onun saçlarının qabaq hissəsindən tutub, üzü qibləyə çevir və de:
İlahi, Sənin əmanətdarlığınla onu aldım və Sənin sözlərinlə onu özümə halal etdim! Elə isə, əgər ondan mənə bir övlad nəsib etsən, onu mübarək, təqvalı və Məhəmmədin Əhli-beytinin şiələrindən qərar ver, şeytanı ona şərik etmə və ondan faydalandırma!
20. Rəvayət olunmuşdur ki, Hz. Musa ibni Cəfər (ə) gecə ikən ibadət mehrabında durub bu duanı oxuyardı:
İlahi, Sən məni kamil yaratdın, uşaqlıqda bəslədin və mənə kifayət qədər ruzi verdin! İlahi, Quranda nazil etdiyin ayələrdə oxumuşam ki, Öz bəndələrini müjdələyərək belə buyurmusan: "(Ya Peyğəmbər! Mənim adımdan bəndələrimə) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar!” Sən keçmişdə gördüklərimdən (gördüyüm günahlardan) xəbərdarsan və Sən onları məndən yaxşı bilirsən. Mənim üçün dəftərində qeyd olunanlar necə də rüsvayedicidir! Əgər hər bir şeyə şamil olan əfvini arzuladığım dayanacaqlar olmasaydı, özümü həlak edərdim. Əgər bir nəfər öz Rəbbindən qaçıb qurtara bilsəydi, mən bu işə hamıdan layiq idim. Yer və göydə Sənə gizli qalan elə bir şey yoxdur ki, Sən onu tapıb gətirməyəsən. Sənin onu cəzalandırmağın və onu sorğu-suala tutmağın bəs edər! İlahi, əgər qaçsam, məni tələb et və fəryadıma yet! İndi isə dərgahında təvazökaranə, zəlilanə və başıaşağı dayanmışam! Əgər məni cəzalandırsan, mən buna layiqəm və ey Rəbbim, o, Sənin ədalətinə əsaslanır. Əgər məndən keçsən, elə keçmişdən Sənin əfvin mənə şamildir və mənə afiyət və sağlamlıq libasını geyindirmisən. İlahi! Səndən istəyirəm ki, sirli adların və aşkar böyüklüyünə xatir bu taqətsiz bədənə və günəşin istiliyinə dözə bilməyən bu zəif cismə rəhm edəsən. Axı o, Sənin ildırımının gurultulu səsinə dözə bilmədiyi (və ondan qorxduğu) halda, cəhənnəminin istiliyinə necə dözsün?! Axı Sənin qəzəbinə necə tab gətirsin?! Elə isə mənə rəhm et. İlahi! Mən kiçik və dəyərsiz bir şəxsəm. Məni cəzalandırmağın Sənin mülkünü azacıq belə artırmayacaq. Əgər məni cəzalandırmağın Sənin mülkünü artırsaydı, Səndən onun müqabilində səbir diləyərək mülkünün artmasını istəyərdim. Amma ilahi, Sənin səltənətin böyük və mülkün davamlıdır; nə itaətkarların itaəti ilə artar, nə də günahkarların itaətsizliyi ilə azalar. Belə isə mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi! Məni bağışla, ey calal və böyüklük sahibi! Tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və rəhm edənsən!
 
 
 
Bölmə: Dualar
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 18 Şubat 2016 22:36 | Redaktor | Şərh yazdı
Bismilleh. Ellerine sagliq bacim. Allah butun dualarimizi Oz razi qalacagi terzde bizden qebul etsin bizden InweAllah. Peygember ve ali Peygembere xatir Ilahi Amin. Ellahumme salli ale Muhammedin eli Muhammed ve ecil feracehum

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 31 Ocak 2016 07:47 | Sayt nəzarətçisi | Şərh yazdı
Cox sagol baci Allah razi olsun eziyyetini halal ele

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.