» » Sübh və qürub vaxtları oxunan dua və zikrlər (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sübh və qürub vaxtları oxunan dua və zikrlər (tərcüməsi)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 5-04-2016, 18:00 | Baxılıb: 12 953
     
     
    Sübh və qürub vaxtları oxunan dua və zikrlər
     
    Tərcüməsi
     
     Bilin ki, bir çox Quran ayələri və hədislərdə, sübh və qürub vaxtlarında dua və zikirlərlə məşğul olmaq təkidlə bəyan olunubdur. Yəni, həzrət Rəsulillah (s.ə.s) və məsum imamlardan (ə) bu iki vaxtda oxunan bir çox dua və zikirlər nəql olunubudur və biz, burada onlardan yalnız bir neçəsini qeyd edirik:
    1. İbni Babəveyh bu hədisi mötəbər sənədlə həzrət Əmirilmöminin Əlidən (ə) nəql edibdir: "Hər kim Günəş doğmamışdan qabaq "İxlas” və ya "Qədr”, yaxud da "Ayətəl-kürsi”ni on bir dəfə oxusa, Allah taala onun mal-dövlətini qorxduğu bəlalardan amanda saxlayar.” Həmçinin həzrət Əmirilmöminin Əli (ə) buyurubdur: "Hər kim Günəş doğmamışdan öncə "İxlas” və "Qədr” surələrini oxusa, o gün ərzində şeytan nə qədər cəhd göstərsə də onu günah işlətməyə vadar edə bilməz.”
    2. Şeyx Kuleyni, İbni Babəveyh, Şeyx Tusi və başqaları mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: "Günəş doğmamışdan və qürub etməmişdən qabaq on dəfə bu duanı oxumaq, hər bir müsəlmana vacibdir:
    Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölməyən diri Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir.
    Bəzi hədislərdə bu duanın üçüncü cümləsi "Yuhyi və yumitu və yumitu və yuhyi” olaraq nəql olunmuş və bir neçə hədisdə də "Və huvə həyyun la yəmutu biyədihil xəyr” cümləsi qeyd olunmayıbdır. Lakin demək olar ki, bu cümlələrin hamısı böyük mənalar daşıyır və siz, onların hamısını desəniz daha yaxşıdır. Bəzi hədislərdə də buyurulubdur ki, əgər bu duanı öz vaxtında yerinə yetirə bilməsəniz, qəzasını yerinə yetirmək lazımdır. Həmçinin hədislərdə deyilibdir ki, hər kim bu duanı oxusa, o gün ərzində işlətdiyi günahların kəffarəsini ödəmiş olubdur. 
    3. İbni Babəveyh və başqaları bir çox mötəbər sənədlərlə həzrət İmam Zeynulabidin (ə) və həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: "Hər kim qürub çağı, yüz dəfə "Allahu Əkbər” desə, sanki yüz qul azad etmişdir.” İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunan başqa mötəbər bir hədisdə belə deyilir: "Hər kim Günəş doğmamışdan öncə, yüz dəfə "Allahu Əkbər” və həmçinin Günəş qürub etməmişdən qabaq yüz dəfə "Allahu Əkbər” desə, Kərim Allah ona yüz qul azad edən şəxsin savabını yazar və hər kim on dəfə "Subhanəllahi və bihəmdihi” zikrini desə, Allah taala ona on savab yazar və hər nə qədər çox bu zikri desə, bir o qədər də ona çox savab yazılar.”
    4. İbni Babəveyh, mötəbər sənədlə bu hədisi həzrət Sadiqdən (ə) rəvayət edir ki, həzrət Rəsulillah (.s.ə.s.) buyurubdur: "Cənnətdə bir neçə otaq vardır ki, içəridən baxanda, eşik və eşikdən baxanda, otağın içərisi görünür. Mənim ümmətimin içərisində yaxşı sözlər danışan, camaata yemək ehsan edən, insanlarla rastlaşdığı vaxt salam verən və hamı yuxuda ikən gecə namazı qılan şəxslər bu otaqların sakini olarcaqlar. Yaxşı söz isə sübh və qürub vaxtı on dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” deməkdir.” 
    Şeyx Bərqi, "Məhasin” adlı kitabında mötəbər sənədlə bu hədisi həzrət İmam Məhəmməd Baqirdən (ə) nəql edibdir: "Hz. Rəsulillah (s.ə.s.) özü üçün bağ salan bir kişinin yanından ötüb, keçdiyi vaxt dayandı və buyurdu: "İstəyirsənmi ki, sənin saldığın bu bağdan daha uzun ömürlü və meyvələri bu bağın meyvələrindən daha tez bar verən, daha yaxşı və əbədi olan bir bağı sənə müжdə verim?” O kişi: "Bəli, ey Rəsulillah!” -deyə cavab verdi. Hz. Rəsulillah (s.ə.s.) buyurdu: "Sübh və şam vaxtı "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikirlərini de. Hər bir zikrin əvəzində cənnətdə sənin üçün növbənöv meyvə ağacları əkərlər. "Baqiyatus-salihat” bunlardırlar və Allah taala Quranda buyurubdur ki, "Baqiyatus-salihat” dünya malından daha yaxşı və əbədidirlər.”
    5. İbni Babəveyh mötəbər sənədlə bu hədisi həzrət Əmirilmöminin Əlidən (ə) rəvayət edibdir: "Hər kim şam vaxtına yaxın və ya şamdan sonra üç dəfə aşağıdakı bu ayəni oxusa, o gecə (onun üçün təqdirdə tutulan) bütün xeyirlər ona üz gətirər və bütün şərlər ondan uzaqlaşar. Bunlar, sübh vaxtı bu ayəni üç dəfə oxuyan şəxsə də şamildir:
    Gecələdiyiniz zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Sübhə çıxdığınız zaman Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna göylərdə, yerdə, axşam və günortaya çıxdığınız zaman Allaha məxsusdur.
    6. Şeyx Bərqi "Məhasin” adlı kitabında mötəbər sənədlə bu hədisi həzrət İmam Rzadan (ə) nəql edibdir: "Hər kim sübh və şam vaxtı üç dəfə "Bismillahir rəhmanir rəhim. La həvlə və la quvvətə illa billahil əliyyil əzim” sözlərini desə, şeytandan, hökmdardan, xora və başqa xəstəlikdən qorxusu olmaz.” O həzrət sonunda belə buyurdu: "Mən, bu zikri yüz dəfə deyirəm.” Əvvəldə də qeyd etmişdik ki, bu zikir, sübh və şam namazının təqibatında yeddi dəfə deyilir.
    7. Həzrət Sadiq (ə) buyurubdur: "Ənsarlardan olan bir kişi bir neçə gün həzrət Rəsulillahın (s.ə.s.) görüşünə gəlməyir. Həzrət Rəsulillah (s.ə.s.) ondan soruşur: "Hansı səbəbə görə, bu bir neçə gün bizim görüşümüzə gəlməyirdin?” O kişi deyir: "Yoxsulluq və xəstəliyimin uzun çəkdiyi üçün.” Həzrət Rəsulillah (s.ə.s.) buyurur: "İstəyirsənmi sənə elə bir dua öyrədim ki, onu oxusan yoxsulluğun və xəstəliyin aradan qalxar?” O kişi: "Bəli, ey Rəsulillah” -deyə cavab verir. O həzrət buyurur: "Sübh və şam bu duanı oxu:
    Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
    8. İmam Sadiqdən (ə) olunan bir çox mötəbər rəvayətlərdə deyiilir ki, Günəş çıxan və batan zaman on dəfə bu duanı oxu:
    Şeytanın vəsvəsələrindən eşidən və bilən Allaha pənah aparıram. Onların mənim ətrafıma toplaşmasından Allaha pənah aparıram. Həqiqətən, Allah (hər şeyi) eşidən və biləndir.
    Bəzi rəvayətlərdə isə belədir: "...və əuzu bikə rəbbi ən yəhzərun...” , bəzilərində isə "Əstəizu billahis səmiil əlim, minəş şəytanir rəcim, və əuzu billahi ən yəhzərun...”
    9. "Fəlahus sail” kitabında Hz. Sadiqdən belə rəvayət olunur: "Sizə bu duanı, hər gecə-gündüz oxumağa nə mane olar bilər!?” Dua belədir:
    Ey qəlbləri və gözləri çevirən, qəlbimi Öz dinində sabit saxla, qəlbimi doğru yola yönəltdikdən sonra azdırma və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Öz rəhmətinlə mənə cəhənnəm atəşindən aman (pənah) ver, ömrümü uzun edib ruzimi bol et və rəhmətini mənim üstümə yağdır. Əgər mən Sənin dərgahında, "kitabın əsası”nda (lövhi-məhfuz) bədbəxtlər sırasında qeyd olunmuşamsa, məni xoşbəxtlər sırasında qeydə al ki, həqiqətən, Sən istədiyini məhv edir, istədiyini isə saxlayırsan. Kitabın əsası da Sənin yanındadır.
    10. Şeyx Tusi və Seyid ibni Tavus rəvayət edirlər ki, həzrət Rəsulillah (s.ə.s.) buyurubdur: "Hər kim sübh və şam vaxtı bir dəfə "Subhanəllahi və bihəmdihi subhanəllahil əzim” zikrini desə, Allah taala, əlində gümüş bel olan bir mələyi cənnətə məmuriyyətə göndərər. O, yeri xalis müşkdən olan cənnət torpağında onun üçün ağaclar əksin və o ağacların ətrafına divar çəkib, qapı qoysun və qapının üzərində o şəxsin adını yazsın.” Həmçinin Seyid ibni Tavus mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət edir ki, hər kim bu zikri desə, təəccüb etməyin ki, Haqq taala onun min günahını bağışlayar və ona min savab yazar. Həmçinin ona min nəfərə şəfaət etmək ixtiyarı verər və onun məqamını min dərəcə artırar. Allah taala, onun dediyi bu zikirdən ağ bir quş yaradar ki, bu quş, Qiyamət gününədək bu zikri deyər və savabı o şəxsə yazılar.” 
    11. Qütb Ravəndi həzrət Əmirilmöminin Əlidən (ə) bu hədisi rəvayət edir ki, Hz. Rəsulillah (s.ə.s.) buyurdu: "Hər kim sübhə çıxıb, Allahın bu dörd nemətini xatırlamasa, qorxuram ki, Allahın bu nemətləri ondan alınsın:
    Həmd olsun, Özünü mənə tanıtdıran və məni, qəlbləri kor olanlarlan etməyən Allaha. Həmd olsun Allaha ki, məni, Məhəmmədin ümmətindən qərar veribdir. Allaha həmd və səna edirəm ki, mənə ruzi verməyi öz öhdəsinə götürmüş və camaatın öhdəsinə qoymamışdır. O Allaha həmd və səna edirəm ki, mənim günahlarımı gizlədib və məni camaat içərisində rüsvay etməyibdir.
    12. "Bələdul-əmin” kitabında Salman Farsidən rəvayət olunur ki, hər kəs sübh çağı üç dəfə:
    Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Hədsiz, pak və mübarək həmd-səna Allaha məxsusdur.
    duasını oxusa, Allah taala ondan yetmiş növ bəlanı uzaqlaşdırar, onların ən zəifi qəm-qüssədir.
    13. Şeyx Kuleyni mötəbər sənədlə İmam Baqirdən (ə) belə rəvayət edir: "Sübh açılan kimi bu duanı oxuyun:
    Allaha, Məhəmmədin dini və sünnəsi, Əlinin dini və sünnəsi, vəsilərin dini və sünnəsinə iman gətirdiyim halda sübhə çıxdım. Onların sünnə və rəftarları, aşkar və gizli işləri, şahid və qaiblərinə iman gətirdim. Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə), Əli (salam olsun ona) və vəsilərin (salan olsun onlara) Allaha pənah apardıqlarından mən də Allaha pənah aparıram. Onların Allaha üz tutduqları ilə mən də Allaha üz tuturam. Allahdan başqa güc və qüdrət yoxdur.
    14. Şeyx Kuleyni İmam Baqirdən (ə) bu duanın hər gün Günəş çıxan zaman oxunmasında çoxlu savab nəql etmişdir:
    Allah böyükdür. Allah olduqca böyükdür. Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır. Hədsiz həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun şəriki yoxdur. Allahın salam və salavatı olsun Məhəmməd və onun Əhli-beytinə!
    15. "Bələdul-əmin” kitabında İmam Sadiqdən (ə) belə rəvayət olunur ki, hər kim sübh çağı üç dəfə bu duanı oxusa, şama qədər bütün bəlalardan uzaq olar və əgər şam vaxtı oxusa, səhərə kimi amanda qalar.
    Dua belədir:
    O Allahın adı ilə başlayıram ki, Onun adı ilə yer və göydə olanların heç birinə zərər toxunmaz. O, eşidən və biləndir.
    16. Kuleyni, İbni Babəvəyh və başqaları mötəbər sənədlərlə İmam Baqirdən (ə) belə rəvayət edir ki, Allah taala Hz. Nuhu bu duanı gecə-gündüz oxuduğu üçün ən çox şükür edən bəndə adlandırdı. Dua belədir:
    İlahi! Səni şahid tuturam ki, həqiqətən, səhər-axşam din və dünya ilə bağlı mənə yetişən nemət və afiyət (sağlamlıq) Sənin tərəfindəndir. Sən təksən və Sənin şərikin yoxdur. Həmd Sənə məxsusdur. Həmin nemətə görə, razı olduğun vaxta qədər Sənə şükür olsun, ey məbudumuz!
    Bəzi rəvayətlərdə isə on dəfə oxunması deyilir və dua belədir:
    İlahi! Həqiqətən, hər gün din və dünya ilə bağlı mənə yetişən nemət və afiyət (sağlamlıq) Sənin tərəfindəndir. Sən təksən və Sənin şərikin yoxdur. Həmd Sənə məxsusdur. Həmin nemətə görə, hədsiz dərəcədə razı olduğun vaxta qədər Sənə şükür olsun!
    Bu duaların hər ikisini oxumaq yaxşıdır.
    17. Kuleyni və Bərqi mötəbər sənədlərlə İmam Sadiqdən (ə) belə rəvayət edirlər ki, Günəş batan zaman bu duanı oxusan, yırtıcıların, zəhərli heyvanların, oğruların, cinlərin, lənət olunmuş şeytanın və onun övladlarından amanda olar. Dua belədir:
    Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan Allaha məxsusdur. Həmd-səna vəsf edən, amma vəsf olunmayan, bilən, amma bilinməyən, göz qırpımları (və yaxud gözlərin xəyanəti) və qəlblərdə gizli olanlardan xəbərdar olan Allaha məxsusdur. Allahın yaratdıqlarının şərindən, yerin altında, aşkar və gizli, gecə və gündüz olanların şərindən, şeytan və onun övladlarının şərindən, fəsadların (və yaxud sabit xəstəliklərin) şərindən, vəsf etdiklərimiz və vəsf etmədiklərimizin şərindən kərim Allahın zatı və böyük Allahın adına pənah aparıram. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
    18. Kuleyni mötəbər sənədlə İmam Baqirdən (ə) belə rəvayət edir ki, hər kim səhər çağı bu duanı oxusa, o gündə ona heç bir zərər yetişməz və hər kim axşam oxusa, o gecə ona heç bir xətər yetişməz. Dua belədir:
    İlahi, mən Sənin əmanət və pənahında sübhə çıxdım! İlahi, dinimi, özümü, dünyamı, axirətimi, əhli-əyalımı və malımı Sənə tapşırıram. Ey böyük Allah, bütün yaratdıqlarının şərindən Sənə pənah aparıram! Şeytan və dəstəsinin sərgərdan etdiklərinin şərindən Sənə pənah aparıram.
    19. Həmçinin Kuleyni kəssəhih sənədlə belə rəvayət edir ki, bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib belə dedi: "Mənə gecə-gündüz oxuya biləcəyim bir dua öyrət.” Həzrət belə buyurdu: "Bu duanı oxu:
    Allaha Həmd olsun ki, istədiyini yerinə yetirir və Ondan başqa, heç kim istədiyini yerinə yetirə bilməz. Allahın həmd olunmağını istədiyi kimi, həmd olsun Allaha! Allaha layiq olduğu kimi, həmd olsun Ona! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytini bütün xeyirlərə daxil etdiyin kimi, məni də daxil et! Məhəmməd və Məhəmmədin Əhli-beytini bütün şərlərdən çıxartdığın kimi, məni də çıxart! Allahın salamı olsun Məhəmməd və Məhəmmədin Əhli-beytinə!
    20. "Bələdul-əmin” kitabında Allahın rəsulundan belə rəvayət olunur ki, hər kim səhər yeddi dəfə bu duanı oxusa, o günün bəlalarından amanda olar. Dua belədir:
    Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir! Şübhəsiz ki, mənim hamim kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər! (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!
    21. Mötəbər kitabların bəzilərində belə rəvayət olunur ki, hər kəs sübh çağı üç dəfə və günün axırı üç dəfə bu salavatı oxusa, günahları bağışlanar, həmişə şad olar, duaları müçtəcab olar, ruzisi çoxalar, düşmənə qələbə çalmaq üçün kömək olunar və cənnətdə Hz. Məhəmmədin dostlarından sayılar. Salavat belədir:
    İlahi, birincilər (keçmişlər) arasında Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Sonuncular (gələcək nəsil) arasında Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Yüksək aləmdə Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Elçilər zümrəsində Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! İlahi, Məhəmmədə "vəsilə” məqamı, şərəf, fəzilət və böyük dərəcə əta et! İlahi, həqiqətən, mən Məhəmməd və onun Əhli-beytini görmədiyim halda, onlara iman gətirdim. Elə isə qiyamət günü məni onunla görüşməkdən məhrum etmə, onunla birgə olmağı mənə nəsib et, məni onun təriqətində olduğum halda dünyadan apar, onun Kövsər hovuzunun suyundan doyana qədər sirab et ki, ondan sonra bir daha susamayım. Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, mən Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə) görmədiyim halda, ona iman gətirdiyim kimi, Sən də behiştdə onun üzünü mənə göstər! İlahi, mənim tərəfimdən Məhəmmədin ruhuna çoxlu salam yetir!
    Müəllif deyir: "Bu salavatı Kəfəmi Hz. Sadiqdən (ə) nəql etmişdir və biz, bu salavatı "Məfatihul-cinan”da "Ərəfə gününün əməlləri” bölümündə qeyd etmişik. O həzrət buyurubdur: "Hər kim, Məhəmməd və ali Məhəmmədə salavat göndərməklə onları sevindirmək istəyirsə, bu salavatı oxusun.”
    Qeyd etmək lazımdır ki, sübh və şam vaxtı oxunan çoxlu dualar mövcuddur, lakin bu müxtəsər kitabda onların hamısını qeyd etmək mümkün deyildir. Bir qədər sonra dördüncü bölümdə də "Üsuli-kafi” kitabından sübh və şam vaxtı oxunan on duanı sizin nəzərinizə çatdıracağıq. Əgər vaxtınız varsa, "Əşərat” duasını, "Yəstəşir” adı ilə tanınan duanı, "Nur” (Əlahummə rəbbən nuril əzim...) və "Əhd” dualarını oxuyun və biz, bu duaları "Məfatihul-cinan”da qeyd etmişik.
    Həmçinin "İmam Hüseynin (ə) türbəti” bölümündə "Əsbəhtullahummə mu`təsimən bizimamikə...” duasını sizin nəzərinizə çatdırdıq və qeyd etdik ki, hər bir şeyin qorxusundan amanda qalmaq üçün türbətdən düzəldilən təsbehi ələ götürüb, sübh və şam bu duanı oxumaq lazımdır.
     
     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Dualar
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 7 Nisan 2016 10:24 | Administrator | Şərh yazdı
    [quote=Elya]Elya[/quote]
    Salamun aleykum və rahmətulləh. Allah köməyiniz olsun inşəllah. Allah Ona açılan əlləri boş geri çevirməsin. 
    Bacı, dua və zikrləri öz dilimizdə oxuya bilərik. Amma ərəbcə savabı daha çoxdur. Və ya azəricə oxuduqlarımızı bitirəndən sonra mənalarını dərk etməkçün düşünsək, savab yazılar inşəllah. Allah qəbul etsin. Amin
    quote=Allahin-Asiqi]Allahin-Asiqi | [/quote]

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 7 Nisan 2016 09:20 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun sayende nece dua ve zikirleri oyrendim bir necesinide paylawdim zikirleri oz dilimizde demek olar? bunu bilmek isderdim

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 7 Nisan 2016 00:56 | Redaktor | Şərh yazdı
    Allah senden razı olsun bacım çox gözel dualar ve zikrlerdi sayende savabı çox olan zikrleri ne vaxt etmeyi bildik ellerin derd görmesin inşAllah.Allah axiretini gözel etsin bacım Amin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.