Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrət Əli (ə) rəvayət etmişdir ki, Bədr döyüşü qurtarana kimi Həzrət Muhəmməd (s.ə.) "Ya Həyyul ya Qəyyum” kəlmələrini zikr edərdi. "Ya Həyyu ya Qəyyum” Allah-təalanın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı Həzrət peyğəmbər (s.ə.) döyüş zamanı onları zikr edərdi. Şeyxül-Əkbər, Arifi-Billah, Muhiddin-Ərəbi Ayətəl-kürsünün fəziləti haqqında belə demişlər: Hər kim Ayətəl-kürsünü gecə və gündüz 1000 dəfə oxuyarsa bu prosesi 40 gün davam edərsə (ara vermədən) Allaha and içirəm, Qurani-Kərimə and içirəm ki, o kimsənin ruhaniyyəti inkişaf edib, qəlb gözü açılar, mələklər o şəxsi ziyarət etməyə gələrlər. O şəxsin hər muradı yeinə yetər. Yenə də buyurmuşlar ki, hər kim Ayətəl-kürsünü hərflərinin sayı qədər, yəni 175 dəfə və yaxud Mürsəl peyğəmbərlərin sayı qədər, yəni 313 dəfə oxusa, o şəxsə göylərdə və yerdəki məxluqatın hamısı itaət edib, hər şeydən mühafizə edərlər, düşmənlərin nə əli, nə də dili ona heç bir zərər və ziyan verə bilməz. Hər kim Ayətəl-kürsünü gündə 18 dəfə oxusa Allah-təala o şəxsin qəlbini hikmətlə doldurar, ruzusuna bolluq verər. Hər kim Ayətəl-kürsünü yazıb üstündə gəzdirərsə, Allahın iznilə hər cür bəla və müsibətlərdən amanda olar, gecə gəzən cin və şeytanların şərrindən mühafizə olunar.
Həzrət peyğəmbər (s.ə.) buyurub ki, hər hansı bir şəxs yatan vaxtda Ayətəl-kürsünü oxusa, Xudavəndi aləm o şəxsi hifz etmək üçün mələklər göndərər ki, onu bəlalardan hifz edib, sübh vaxtına qədər ona pasiban olsunlar.
Həzrət peyğəmbər (s.ə.) buyurub ki, bir evdə Ayətəl-kürsü oxunanda şeytan ləin 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz.
Həzrət buyurub ki, ya Əli, bu ayəni fərzəndlərinə təlim eylə, Həqq-təala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətəl-kürsüdən böyük ola.
Həzrət buyurub ki, Qurani məciddə vaqe olan ayələrinən böyüyü Ayətəl-kürsüdür. Hər kəs ayətəl kürsünü oxusa, Həqq-təalamələk göndərər ki, o şəxsin pis əməllərini pozalar, yaxşı əməllər yazalar, taki Ayətəl-kürsü oxunub qurtarana kimi.
Həzrət buyurub ki, hər kəs vacib namazdan sonar Ayəyəl-kürsü oxusa, elə ki, əcəli yetişdi vəfat etdi, o şəxs behşitə gedər. Hər kəs yatan baxtda oxusao şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər.
Bir gün Həzrət püyğəmbərin əshabələrinin arasında söhbət oldu ki, Qurani-şərifdə hansı ayə fəzilətlidir. Əli-ibn-əbu-Talıb əleyhissəlam buyurdu ki, nə üçün demirsiniz
Ayətəl-kürsü əfzəldir. O, buyurdu ki, Rəsuli-xuda mənə buyurub ki:
Bəşərin seyyidi Adəmdir,
Ərəbin seyyidi Muhəmməddir,
Farsın seyyidi Səlmandır
Rumun seyyidi Süheyibdir,
Həbəşin seyyidi Bilaldır,
Dağların seyyidi Turi-sinadır,
Günlərin seyyidi Cümədir,
Kəlamların seyyidi Qurandır,
Quranın seyyidi Bəqərə surəsidir,
Bəqərənin seyyidi Ayətəl-kürsüdür.
Mənbə: "Allaha pənah, Allaha təvəkkül" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |