» » Günün müəyyən vaxtlarında oxunan dualar: On ikinci saat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Günün müəyyən vaxtlarında oxunan dualar: On ikinci saat
    +9
    Müəllif: Fatimə Nuri Xuda | 19-05-2016, 18:00 | Baxılıb: 2 628
     
     
    Günün müəyyən vaxtlarında oxunan dualar: On ikinci saat
     
    Ərəbcə
     
    يَا مَنْ تَوَحَّدَ بِنَفْسِهِ عَنْ خَلْقِهِ، يَا مَنْ غَنِيَ عَنْ خَلْقِهِ بِصُنْعِهِ يَا مَنْ عَرَّفَ نَفْسَهُ خَلْقَهُ بِلُطْفِهِ، يَا مَنْ سَلَكَ بِاَهْلِ طَاعَتِهِ مَرْضَاتَهُ، يَا مَنْ اَعَانَ اَهْلَ مَحَبَّتِهِ عَلَى شُكْرِهِمْ، يَا مَنْ مَنَ عَلَيْهِمْ بِدينِهِ، وَ لَطُفَ لَهُمْ بِنَائِلِهِ، اَسْئَلُكَ بِحَقِّ الْخَلَفِ الصَّالِحِ عَلَيْهِ السَّلامُ عَلَيْكَ، وَ اَتَضَرَّعُ اِلَيْكَ بِهِ وَ اُقَدِّمُهُ بَيْنَ يَدَيْ حَوَائِج، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ اُولِي الاَمْرِ الَّذينَ اَمَرْتَ بِطَاعَتِهِمْ، وَ اُولِي الاَرْحَامِ الَّذينَ اَمَرْتَ بِصِلَتِهِمْ، وَ ذَوِي الْقُرْبَي الَّذينَ اَمَرْتَ بِمَودَّتِهِمْ، وَ الْمَوَاليِ الَّذينَ اَمَرْتَ بِعِرْفَانِ حَقِّهِمْ وَ اَهْلِ الْبَيْتِ الَّذينَ اَذْهَبْتَ عَنْهُمُ الرِّجْسَ، وَ طَهَّرْتَهُمْ تَطْهيراً، اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اَنْ تَفْعَلَ بي كَذَا وَ كَذَا
    اَنْتَ اللهُ لاَالهَ اِلاََّ اَنْتَ رَبُ الْعَالَمينَ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ الرَّحْمَانُ الرَّحيمُ، اَنْتَ اللهُ لا اِلَهَاِلاََّ اَنْتَ الْعَلِيُّ الْكَبيرُ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ مَلِكُ يَوْمِ الدّينِ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاَّانْتَ الْغَفُورُ الرَّحيمُ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ الْعَزيزُ الْحَكيمُ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ، مِنْكَ بَدْءُ الْخَلْقِ وَ اِلَيْكَ يَعُودُ، اَنْتَ اللهُ الَّذي لا اِلَهَ اِلاََّ اَنْتَ لَمْتَزَلْ وَ لاتَزَالُ، اَنْتَ اللهُ الَّذي لا اِلَهَ اِلاََّ اَنْتَ خَالِقُ الْخَيْرِ وَالشَّرِّ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ خَالِقُ الْجَنَّةِ وَالنَّارِ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ الاَحَدُ الصَّمَدُ، لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ، وَ لَمْ يَكُنْ لَهُ كُفُواً اَحَدٌ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ الْمَلِكُ، الْقُدُّوسُ السَّلامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ، الْعَزيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ، سُبْحَانَ اللهِ عَمَّا يُشْرِكُونَ، اَنْتَاللهُ الْخَالِقُ الْبَارِيُ الْمُصَوِّرُ، لَكَ الاَسْمَاءُ الْحُسْنَى، يُسَبِّحُ لَكَ مَا فِي السَّمَاوَاتِ وَالاَرْضِ وَ اَنْتَ الْعَزيزُ الْحَكيمُ، اَنْتَ اللهُ لا اِلَهَ اِلاََّ اَنْتَ الْكَبيرُ الْمُتَعَالِ، وَالْكِبْرِيَاءُ رِدَاوُكَ
    اَسْئَلُ اللهَ الْجَنَّةَ وَ اَعُوذُ بِاللهِ مِنَ النَّارِ
    اَسْتَغْفِرُاللهَ الَّذي لا اِلَهَ اِلاََّ هُوَ الْحَيُ الْقَيُّومُ بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ، ذُوالْجَلالِ وَالاِْكْرَامِ، وَ اَسْئَلُهُ اَنْ يَتُوبَ عَلَيَّ 
    اَلْحَمْدُللهِِ عَلَى كُلِّ نِعْمَةٍ كَانَتْ اَوْ هِيَ كَائِنَةٌ 
    اللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنينَ وَ الْمُؤْمِنَاتِ وَالْمُسْلِمينَ وَ الْمُسْلِمَاتِ 
    لاحَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ 
    لا اِلَهَ اِلاَّ اللهُ الْمَلِك ُالْحَقُ الْمُبين 
    سُبْحَانَ اللهِ كَمَا يَنْبَغي للهِِِِِِ، وَالْحَمْدُ للهِ كَمَا يَنْبَغي للهِِ، وَ لا اِلَهَ اِلاَّ اللهُ كَمَا يَنْبَغي للهِِ، وَاللهُ اَكْبَرُ كَمَا يَنْبَغي للهِِ، وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ النَّبِيِّ، وَ عَلَى اَهْلِ بَيْتِهِ، وَ جَميعِ الْمُرْسَلينَ وَالنَّبِيّينَ حَتَّى يَرْضَي اللهُ 
    اَعْدَدْتُ لِكُلِّ هَوْلٍ لا اِلَهَ اِلاَّ اللهُ، وَ لِكُلِّ هَمٍّ وَ غَمٍّ مَا شَاءَاللهُ، وَ لِكُلِّ نِعْمَةٍ الْحَمْدُ للهِِ وَ لِكُلِّ رَخَاءٍ اَلشُّكْرُ للهِِ، وَ لِكُلِّ اُعْجُوبَةٍ سُبْحَانَ اللهِ، وَ لِكُلِّ ذَنْبٍ اَسْتَغْفِرُاللهَ وَ لِكُلِّ مُصيبَةٍ اِنَّا لِلَّهِ وَ اِنَّا اِلَيْهِ رَاجِعُونَ، وَ لِكُلِّ ضيقٍ حَسْبِيَ اللهُ، وَ لِكُلِّ قَضَاءٍ وَ قَدَرٍ تَوَكَّلْتُ عَلَي اللهِ، وَ لِكُلِّ عَدُوٍّ اِعْتَصَمْتُ بِاللهِ، وَ لِكُلِّ طَاعَةٍ وَ مَعْصِيَةٍ لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ 
    اَشْهَدُ اَنْ لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لاشَريكَ لَهُ، اِلَهاً وَاحِداً اَحَداً صَمَداً، لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لا وَلَداً

    لا اِلَهَ اِلاَّ اللهُ حَقّاً حَقّاً، لا اِلَهَ اِلاَّ اللهُ ايمَاناً وَ تَصْديقاً، لا اِلَهَ اِلاَّ اللهُ عُبُودِيَّةً وَرِقّاً
    اَلْحَمْدُ للهِِ رَبِّ الْعَالَمينَ كَثيراً عَلَى كُلِّ حَالٍ
    اَسْتَغْفِرُاللهَ الَّذي لا اِلَهَ اِلاََّ هُوَ الْحَيُ الْقَيُّومُ، الرَّحْمَانُ الرَّحيمُ، بَديعُ السَّمَاوَاتِ وَالاَرْضِ مِنْ جَميعِ ظُلْميوَ جُرْمي وَ اِسْرَافي عَلَى نَفْسي وَ اَتُوبُ اِلَيْهِ 
    اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِنُورِ وَجْهِكَ الْمُشْرِقِ الْحَيِ الْبَاقيِ الْكَريمِ، وَ اَسْئَلُكَ بِنُورِ وَجْهِكَ الْقُدُّوسِ الَّذي اَشْرَقَتْ بِهِ السَّمَاوَاتُ، وَانْكَشَفَتْ بِهِ الظُّلُمَاتُ، وَ صَلُحَ عَلَيْهِ اَمْرُ الاَوَّلينَ وَالْآخِرينَ اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ اَنْ تُصْلِحَ لي شَاْني كُلَّهُ 
    بِسْمِ اللهِ حَسْبِيَ اللهُ، تَوَكَّلْتُ عَلَي اللهِ، اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ اُمُوري كُلِّهَا، وَ اَعُوذُبِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ
    حَسْبِيَ اللهُ رَبِّيَ، اللهُ لا اِلَهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ 
    سُبْحَانَ الدَّائِمِ الْقَائِمِ، سُبْحَانَالْقَائِمِ الدَّائِمِ، سُبْحَانَ الْوَاحِدِ الاَحَدِ، سُبْحَانَ الْفَرْدِ الصَّمَدِ، سُبْحَانَ الْحَيِ الْقَيُّومِ، سُبْحَانَ اللهِ وَ بِحَمْدِهِ، سُبْحَانَ الْحَيِ الَّذي لايَمُوتُ سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ سُبْحَانَ رَبِّ الْمَلائِكَةِ وَالرُّوحِ سُبْحَانَ الْعَلِي الاَعْلَىِ، سُبْحَانَهُ وَ تَعَالَى
     
    Oxunuşu
     
    Ya mən təvəhhədə binəfsihi ən xəlqih, ya mən ğəniyə ən xəlqihi bisun`ih, ya mən ərrəfə nəfsəhu xəlqəhu bilutfih, ya mən sələkə biəhli taətihi mər-zatəh, ya mən əanə əhlə mə-həbbətihi əla şukrihim, ya mən mənnə ələyhi bidinih, və lətufə ləhum binailih, əs`əlukə bi-həqqil xələfis salihi ələyhis sə-lamu ələyk, və ətəzərrəu iləykə bihi və uqəddimu bəynə yədəy həvaici, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəm-məd, və ən təf`ələ bi kəza və kəza, Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, ulil əmrilləzi əmərtə bitaətə-hum, və ulil ərhamilləzi əmərtə bisilətihim, və zəvil qurbəl-ləzinə əmərtə biməvvədətihim, vəl məvalilləzinə əmərtə biir-fani həqqihim, və əhlil bəytil-ləzinə əzhəbtə ənhumur rics, və təhhərəhum təthira, ən tusəl-liyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təf`ələ bi kəza və kəza. 
    Əntəllahu la ilahə illa əntə rəbbul aləmin, əntəllahu la ilahə illa əntər rəhmanur rəhim, əntəllahu la ilahə illa əntəl əliyyul kəbir, əntəllahu la ilahə illa əntə məliku yəvmid din, əntəllahu la ilahə illa əntəl ğəfurur rəhim, əntəllahu la ilahə illa əntəl əzizul həkim, ən-təllahu la ilahə illa ənt, minkə bəd`ul xəlqi və iləyhi yəud, ən-təllahu la ilahə illa əntə ləm təzəl və la təzal, əntəllahu la ilahə illa əntə xaliqul xəyri vəş şərr, əntəllahu la ilahə illa əntə xaliqul cənnəti vən nar, əntəllahu la ilahə illa əntəl əhədus səməd, ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd, əntəllahu la ilahə illa əntəl məlikul quddusus səlamul mu`minul muhəymin, əl əzizul cəbbarul mutəkəbbir, subhanəllahi əmma yuşrikun, əntəllahul xaliqul bariul musəvvir, ləkəl əsmaul husna, yusəbbihu ləkə ma fis səmavati vəl ərz, və əntəl əzihul həkim, əntəllahu la ilahə illa əntəl kəbirul mutəal, vəl kibriyau ridauk.
    Əs`əlullahəl cənnətə və əuzu billahi minən nar
    Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, və əs`əluhu ən yətubə ələyy.
    Əlhəmdu lillahi əla kulli ni`mətin kanət əv hiyə kainəh.
    Əllahumməğfir lil mu`mi-ninə vəl mu`minati vəl musliminə vəl muslimat.
    Lə həvlə və la quvvətə illa billah.
    La ilahə illəllahul məlikul həqqul mubin.
    Subhanəllahi kəma yənbəği lillah, vəlhəmdu lillahi kəma yənbəği lillah, və la ilahə illəllahu kəma yənbəği lillah, vəllahu əkbər kəma yənbəği lillah, və la həvlə və la quvvətə illa billah, və səlləllahu əla Muhəmmədinin nəbiyyi və əla əhli bəytihi və cəmiil mursəlinə vən nəbiyyinə hətta yərzəllah. 
    Ə`dədtu likulli həvlin la ilahə illəllah, və likulli həmmin və ğəmmin ma şaəllah, və likulli ni`mətin əlhəmdu lillah, və likulli rəxain əşşukru lillah, və likulli u`cubətin sub-hanəllah, və likulli zənbin əs-təğfirullah, və likulli musibətin inna lillah və inna iləyhi ra-ciun, və likulli ziqin həs-biyəllah, və likulli qəzain və qədərin təvəkkəltu ələllah, və likulli əduvvin i`təsəmtu billah, və likulli taətin və mə`siyətin la həvlə və la quvvətə illa bil-lahil əliyyil əzim.
    Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, ilahən vahidən əhədən səməda, ləm yəttəxiz sahibətən və la vələda.
    La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa.
    Əlhəmdu lillahi rəbbil alə-minə, kəsirən əla kulli hal.
    Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, ər rəhmanur rəhim, bədius səma-vati vəl ərz, min cəmii zulmi və curmi və israfi əla nəfsi və ətubu iləyh.
    Əllahummə inni əs`əlukə binuri vəchikəl muşriqil həyyil baqil kərim, və əs`əlukə binuri vəchikəl quddusilləzi əşrəqət bihis səmavat, vənkəşəfət bihiz zulumat, və səluhə ələyhi əmrul əvvəlinə vəl axirin, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən tuslihə li şə`ni kulləh.
    Bismillahi həsbiyəllah, tə-vəkkəltu ələllah, Əllahummə inni əs`əlukə xəyrə umuri kul-liha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh.
    Həsbiyəllahu rəbbi, Əllahu la ilahə illa hu, ələyhi təvək-kəltu və huvə rəbbul ərşil əzim.
    Subhanəd daimil qaim, sub-hanəl qaimid daim, subhanəl vahidil əhəd, subhanəl fərdis səməd, subhanəl həyyil qəy-yum, subhanəllahi və bihəmdih, subhanəl həyyilləzi la yəmut, subhanəl məlikil quddus, subhanə rəbbil məlaikəti vər ruh, subhanəl əliyyil ə`la, sub-hanəhu və təala
     
    Tərcüməsi

     İmam Zamana (ə.c) məxsusdur və Günəşin sarıltısında Günəş batana qədərdir:
    Ey öz-özlüyündə yeganə və məxluqatdan ehtiyacsız, ey Öz lütfü ilə Özünü məxluqata tanıtdıran! Ey itaət edənləri razılığına doğru hidayət edən, ey onu sevənlərə şükür etməkdə yardım edən! Ey dini sayəsində onlara minnət qoyan, neməti ilə onlara lütf edən! Səndən saleh xələfin (salam olsun ona) Sənin üzərindəki haqqına xatir istəyir, onun vasitəsilə dərgahında ah-nalə edir və onu hacətlərimdən irəli keçirirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə belə rəftar edəsən (filan hacətlərimi rəva edəsən)...! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – itaətinə əmr etdiyin əmr sahiblərinə, məhəbbətinə, rabitə saxlanılması və məhəbbət bəslənilməsinə əmr etdiyin Peyğəmbərin yaxın qohumlarına, haqlarını tanımağa göstəriş verdiyin sərvərlərə və çirkinlikdən təmizləyib tamamilə pak-pakizə etdiyin Əhli-beytə salam və salavat göndər. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənimlə belə rəftar et (filan hacətlərimi rəva edəsən)...!
    Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə!
    Əllamə Məclisi (rəhiməhullah) "Miqbasul-məsabih” adlı kitabında həzrət imam Cəfər Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: "Haqq taala, gecənin və gündüzün üç vaxtını əzəmətlə yad edir. Günün bu üç vaxtı, Günəş üfüqdən qalxandan günortaya qədər olan müddətdir və gecənin bu üç vaxtı isə gecənin axırından sübhə qədər olan müddətin üçdə birisidir. Odur ki, qəlbi Allaha bağlı olan hər bir bəndə bu təmcidi oxusa, Haqq taala onun hacətini rəva edər və əgər bədbəxt və bədaqibətdirsə, ümidvarəm ki, Allah taala onun aqibətini səadətli və xeyirli edər. 
    Müəllif deyir: Yuxarıda qeyd etdiyimiz vaxtlarda aşağıdakı bu duanı oxumaq da münasibdir:
    Sənsən Allah, Səndən başqa, aləmlərin Rəbbi yoxdur. Sənsən Allah, Səndən başqa, mehriban və bağışlayan tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, uca və böyük tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, qiyamət gününün maliki olan tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, bağışlayan və rəhmli tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, izzətli və hikmətli tanrı yoxdur. Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur, yaradılış Səndən başlanmışdır və Sənə doğru da qayıdacaq. Sənsən Allah, Səndən başqa, həmişə olan və (bundan sonra da) olacaq bir tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, xeyir və şəri yaradan tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, cənnət və cəhənnəmi yaradan tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, yeganə, ehtiyacsız, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan bir tanrı yoxdur. Sənsən Allah, Səndən başqa, malik, müqəddəs, eyibsiz, əmin-amanlıq bəxş edən, gözətçi, qüdrətli, hakim və böyük bir tanrı yoxdur. Allah şərik qoşanların şirkindən pakdır. Sənsən xaliq, yaradan və surət verən Allah! Gözəl adlar Sənə məxsusdur. Göylərdə və yerdə olanlar Sənə "təsbeh” deyirlər (Səni bütün eyiblərdən pak və uzaq bilirlər). Sənsən izzətli və hikmətli! Sənsən Allah, Səndən başqa, böyük, uca və əzəmət sahibi olan bir tanrı yoxdur!
    İbni Babəveyh (rəhiməhullah) mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: "İlahi, hər gün, hər bəndə yeddi dəfə
    Allahdan cənnət diləyir və cəhənnəmdən Allaha pənah aparıram.
    desə, cəhənnəm onun haqqında belə deyər: "İlahi, bu bəndəni, mənim pənahımda qərar ver!”
    Həmçinin İbni Babəveyh mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət edir: "Gün ərzində qırx kəbirə günah işlədən mömin əgər peşimanlıqla bu istiğfarı oxusa, Allah taala onun günahlarını bağışlıyır:
    O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur, diri və əbədidir, göylərin və yerin xaliqidir, calal və kəramət sahibidir! Ondan istəyirəm ki, tövbəmi qəbul etsin.
    Həmçinin o həzrət buyurubdur: "Hər kim hər gün yeddi dəfə
    (İndiyə qədər) olan və (bundan sonra da) olacaq bütün nemətlərə görə Allaha həmd olsun!
    sözlərini desə, keçmişdə ona nəsib olan və gələcəkdə ona nəsib olacaq nemətlərin şükrünü yerinə yetirmişdir.” 
    Yenə də İbni Babəveyh mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: "Hər kim, hər gün iyirmi beş dəfə
    İlahi, mömin kişi və möminə qadınları, müsəlman kişi və müsəlman qadınları bağışla!
    istiğfarını desə, Allah taala, bu şəxsin nameyi-əməlinə dünyadan köçən və qiyamətədək yer üzünə gələcək möminlərin sayı qədər savab yazar və bir o qədər günahını silər. Həmçinin ona cənnətdə məqam verər.” 
    Həmçinin o həzrət buyurubdur: "Hər kim hər gün yüz dəfə
    Allahdan başqa güc və qüdrət yoxdur.
    zikrini desə, Haqq taala, yetmiş növ bəlanı ondan uzaqlaşdırar və bu bəlalar içərisində ən kiçiyi qəmgin və pərişan olmaqdır.”
    Şeyx Kuleyni, Şeyx Təbərsi və başqaları mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: "Həzrət Rəsulillah (s.ə.s.) hər gün yetmiş dəfə "Əstəğfirullah” və yetmiş dəfə "Ətubu iləllah” istiğfarını deyərdi.” 
    Şeyx Tusinin "Kəşful-ğəmmə” və "Əmali” adlı kitablarında mötəbər sənədlə bu hədis həzrət Rəsulillahdan (s.ə.s.) rəvayət olunubdur: "Hər kim, hər gün yüz dəfə
    Malik və aşkar haqq olan Allahdan başqa heç bir tanrı yoxdur.
    zikrini desə, yoxsulluqdan və qəbir vəhşətindən amanda qalar. Bu şəxs, firavanlığa çıxar və cənnət qapıları onun üzünə açılar.” 
    "Əmali” adlı kitabda isə bu zikir "La ilahə illəllahul həqqul mubin” olaraq qeyd oluqubdur. Şeyx Bərqinin "Səvabul-əmal” və "Məhasin” adlı kitablarında isə bu zikri otuz dəfə demək rəvayət olunubdur.
    Qütbi Ravəndi "Dəəvat” adlı kitabında həzrət İmam Rzadan (ə) və o həzrət də həzrət Rəsulillahdan (s.ə.s.) bu hədisi rəvayət edibdir: "Hər kim istəyirsə "Mələi əla”da mücahidlərdən də çox sitayiş olunsun, hər gün aşağıdakı bu duanı oxusun. Bu duanı oxuyan şəxsin hər bir hacəti rəva olar və əgər düşməni varsa, öz düşməninə qalib gələr. Əgər borcu varsa, tezliklə qaytarar. Əgər qəmgin və pərişandırsa, qəmginliyi aradan qalxar. Bu dua, yeddi səmanı ötüb, yuxarıya qalxar və Lövhi-məhfuzda onun üçün yazılar:
    Allaha layiq olduğu kimi, Allah bütün eyiblərdən pak və uzaqdır. Allaha layiq olduğu kimi, həmd Allaha məxsusdur. Allaha layiq olduğu kimi, Allahdan başqa heç bir tanrı yoxdur. Allaha layiq olduğu kimi, Allah böyükdür. Allahdan başqa güc və qüdrət yoxdur. Allahın razı olduğu vaxta qədər salamı olsun Məhəmməd peyğəmbərə, onun Əhli-beytinə, bütün elçilər və peyğəmbərlərə!
    Həzrət İmam Rzadan (ə) rəvayət olunan mötəbər sənədli bir hədisdə deyilir: "Həzrət Rəsulillahın (s.ə.s.) səhabələrindən bir nəfər bir məktub tapır və peyğəmbərə göstərir. Allahın elçisi (s.ə.s.) göstəriş verir ki, səhabələr məscidə toplaşsınlar. O həzrət minbərə çıxıb, buyurur: "Bu məktubu Musanın (ə) vəsisi Yuşə ibni Nun yazıbdır və onun məzmunu budur: "Bismillahir rəhmanir rəhim. Həqiqətən də Rəbbiniz sizin dostunuz və sizə qarşı mehribandır. Həqiqətən də ən üstün bəndələr, camaat arasında tanınmayan pəhrizkar bəndələrdir və insanların ən pisi isə nahaq yolla hakimiyyəti ələ keçirib, özünü camaata göstərən insanlardır. Hər kim istəyirsə, kamil savaba yetişsin və ilahi nemətlərin şükrünü yerinə yetirsin, hər gün yuxarıdakı bu duanı oxusun: "Subhanəllahi...”
    "Bələdül-əmin” adlı kitabda həzrət Rəsulillahdan (s.ə.s.) rəvayət olunur ki, hər kim, hər gün on dəfə "Bismillahir rəhmanir rəhim. La həvlə və la quvvətə illa billahil əliyyil əzim” sözlərini desə, bütün günahlardan təmizlənər və anadan təzə doğulan uşaq kimi, pak olar. Həmçinin Allah taala yetmiş növ bəlanı ondan uzaqlaşdırar və bu bəlalar, ruhi xəstəlik, xora xəstəliyi və iflic və s. bu kimi bəlalardır. Haqq taala, yetmiş mələyi istiğfar diləmək üçün onun vəkili qərar verər.
    Həzrət Sadiq (ə) buyurubdur: "Hər kim, hər gün yüz dəfə "La həvlə və la quvvətə illa billah” desə, yoxsulluğa düçar olmaz. Hər kim, hər gün yüz dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” desə, Haqq taala, cəhənnəm odunu onun bədəninə haram edər.”
    "Bələdul-əmin” adlı kitabda həzrət Rəsulillahdan (s.ə.s.) rəvayət olunur ki, hər kim, hər gün on dəfə bu duanı oxusa, Haqq taala onun dörd min kəbirə günahını bağışlayar və onu, çətin can verməkdən, qəbir sıxıntısından və qiyamətdə yüz min qiyamət qorxusundan nicat verər. Həmçinin, Haqq taala onu şeytan və onun qoşunundan qoruyar. Bu şəxs, tezliklə borcunu ödəyər və çətinlikləri həll olar:
    Hər bir qorxu üçün "La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur), hər bir qəm-qüssə üçün "Maşaəllah” (Allah hər nə istəsə, o da olacaqdır), hər bir nemət üçün "Əl-həmdu lillah” (Allaha həmd olsun), hər bir rahatlıq üçün "Əş-şukru lillah” (Allaha şükür olsun), hər bir qəribə hadisə üçün "Subhanəllah” (Allah bütün eyiblərdən pak və uzaqdır), hər bir günah üçün "Əstəğfirullah” (Allahdan bağışlanma diləyirəm), hər bir müsibət üçün "İnna lillahi və inna iləyhi raciun” (Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq), hər bir sıxıntı və çətinlik üçün "Həsbiyəllah” (Allah mənə yetər), hər bir qəza-qədər üçün "Təvəkkəltü ələllah” (Allaha təvəkkül etdim), hər bir düşmənçilik üçün "İtəsəmtu billah” (Allahdan yapışdım), hər bir itaət və itaətsizlik üçün "La hovlə və la qüvvətə illah billahil-əliyyil-əzim” (Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur) kəlamını hazırladım!
    Şeyx Kuleyni, İbni Babəveyh və Şeyx Bərqi mötəbər sənədlərlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdirlər: "Hər kim, hər gün on dəfə bu duanı oxusa, haqq taala ona qırx beş min savab yazar və onun qırx beş min günahını silər. Həmçinin, cənnətdə onun üçün qırx beş min məqam ucaldar və bu dua, onu şeytanın və zalimlərin şərrindən qoruyar və onlar bu şəxsə qalib gələ bilməzlər. Bu şəxs üçün kəbirə günah işlətməyə şərait yaranmaz.” 
    Başqa bir hədisdə isə deyilir ki, bu duanı oxuyan şəxs, sanki on iki dəfə Quranı xətm edibdir və Allah taala onun üçün cənnətdə bir ev ucaldar. İbni Babəveyhin nəql etdiyi hədisdə isə bu duanı on dəfə oxumaq şərti qeyd olunmayıbdır. Bu dua aşağıdakı duadır: 
    Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun heç bir şəriki yoxdur. O, bir, yeganə, tək, ehtiyacsız, Özünə heç kimi həyat yoldaşı və övlad götürməyən məbuddur.
    "Səvabul-əmal”, "Məhasin” və "Üsuli-kafi” kitab¬la¬rın¬da həzrət Sadiqdən (ə) rəvayət olunur ki, həzrət Rəsulillah (s.ə.s.) buyurubdur: "Hər kim, hər gün on beş dəfə 
    Haqq və doğru Allahdan başqa heç bir tanrı yoxdur. İman və təsdiq üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur. Pərəstiş və bəndəçilik üzündən (deyirəm ki,) Allahdan başqa heç bir tanrı yoxdur.
    zikrini desə, Haqq taala onu cənnətə daxil edənə qədər öz rəhmət üzünü ondan çevirməz.
    "Məhasin” adlı kitabda nəql olunur ki, həzrət Rəsulillah (s.ə.s) buyurubdur: "Hər gün, yüz dəfə "Subhanəllah” zikrini demək, Kəbə evinə yüz dəvəni qurban etməkdən daha üstündür. Yüz dəfə "Əlhəmdu lillah” zikrini demək isə, yüz qul azad etməkdən daha üstündür. Yüz dəfə "Allahu əkbər” zikrini demək, Allah yolunda yüz yəhərli və cilovlu atı bağışlamaqdan daha üstündür. Heç kim yaxşı əməldə yüz dəfə "La ilahə illəllah” deyən şəxsə çata bilməz, yalnız bu zikrini ondan daha çox deyən bir şəxs bu şeyə nail ola bilər.”
    Qütb Ravəndi rəvayət edir ki, Bəni-İsrail qövmündən olan bir abid uzun illər idi ki, Allaha ibadət edirdi. Günlərin birində bu abid belə dua edir: "İlahi, sənin dərgahında hansı məqama yetişdiyimi bilmək istəyirəm. Əgər etdiyim bu ibadətləri bəyənirsənsə, onları daha da çox yerinə yetirim və əgər bəyənmirsənsə, ölüm məni haqlamamışdan qabaq tövbə edim.” Haqq taala, bir mələk vasitəsilə ona xəbər göndərir ki, Mənim dərgahımda sənin heç bir xeyir əməlin yoxdur. O abid, soruşur ki, İlahi, bəs mənim etdiyim ibadətlərin heç biri yazılmayıbdır? Mələk ona cavab verir ki, sən, etdiyin hər bir xeyir əməli camaata xəbər verirdin və camaatın nəzərində yaxşı olmaq istəyirdin. Sənin savabın, camaatın razılığı idi ki, ona nail olmusan. Abid, bu sözlərdən çox təsirləndi və qəmgin oldu. Həmin mələk bir daha onun yanına gəlib, dedi: "Haqq taala buyurur ki, bu andan özünü Məndən al və bu gündən sonra hər gün bədənində olan damarların sayı qədər sədəqə ver.” Abid, mələkdən soruşur ki, mən, bu işi necə yerinə yetirə bilərəm? Mələk deyir: "Hər gün bədənində olan damarların sayı qədər yəni, üç yüz altmış dəfə "Subhanəllah vəlhəmdu lillah və la ilahə illəllahu vəllahu əkbər. Və la həvlə və la quvvətə illa billah” zikrini de. Abid, Allaha xitab edərək deyir, İlahi, daha çox deməyi əmr et! Xitab gəlir ki, çox desən, daha çox savaba yetişərsən. 
    Kuleyni mötəbər sənədlə İmam Sadiqdən (ə) rəvayət edir ki, Peyğəmbər hər gün üç yüz altmış dəfə, bədəndə olan damarların sayı qədər deyərdi:
    Hər bir halda hədsiz həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
    Həmin həzrətdən başqa rəvayətdə isə belə deyilir ki, iki ay bir-birinin ardınca, hər gün, dörd yüz dəfə bu duanı oxusa, Allah taala ona, ya çoxlu elm, ya da çoxlu mal-dövlət nəsib edər:
    O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur, diri və əbədidir, bağışlayan və mehribandır, göylərin və yerin xaliqidir. Bütün zülm və haqsızlıqlarım, günahlarım və özümə etdiyim israfçılıqlarıma görə Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram.
    Şeyx Tusi və başqaları belə rəvayət edirlər ki, bu aşağıdakı duanı oxumaq sünnədir:
    İlahi, Səndən diri, əbədi və böyük zatının parlaq nurunun vasitəsilə istəyirəm! Səndən səmaları işıqlandıran, qaranlıqları aradan qaldıran, birinci və sonuncuların (keçmiş və gələcək varlıqların) işlərini islah edən müqəddəs zatının nurunun vasitəsilə istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən və mənim bütün işlərimi islah edəsən (sahmana salasan)!
    Kəfəmi İmam Baqirdən (ə) belə rəvayət edir ki, hər kim, hər gün bu duanı oxusa, Allah taala ona dünya və axirət işlərində kifayət edər:
    Allahın adı ilə! Allah mənə yetər. Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram!
    Həmçinin, rəvayət olunur ki, hər kim hər gün bu duanı yeddi dəfə oxusa, onun dünya və axirət işlərinə bəs edər:
    Mənim Rəbbim Allah mənə yetər; o Allah ki, Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim və O, böyük ərişin Rəbbidir.
    Həmçinin, rəvayət olunur ki, hər kim, bir il ərzində, hər gün bir dəfə bu duanı oxusa, öz yerini cənnətdə görməmiş dünyasını dəyişməz. Dua belədir:
    Əbədi və davamlı Allah bütün eyiblərdən pak və uzaqdır. Davamlı və əbədi Allah bütün eyiblərdən pak və uzaqdır. Yeganə və bir olan Allah bütün eyiblərdən pak və uzaqdır. Tək və ehtiyacsız Allah bütün eyiblərdən pak və uzaqdır. Diri və əbədi Allah bütün eyiblərdən pak və uzaqdır. Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd Allaha məxsusdur. Heç vaxt ölməyən diri Allah bütün eyiblərdən pak və uzaqdır. Malik və müqəddəs Allah bütün eyiblərdən pak və uzaqdır. Mələklər və ruhun Rəbbi bütün eyiblərdən pak və uzaqdır. Ucaların ucası bütün eyiblərdən pak və uzaqdır. O, bütün eyiblərdən pak və ucadır.
     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Dualar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.