» » Cövşən Səğir duası (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Cövşən Səğir duası (tərcüməsi)
    +5
    Müəllif: Admin | 11-09-2015, 22:00 | Baxılıb: 5 540
      

    Cövşən Səğir duası
     
    Mötəbər kitablarda Cövşən Kəbir duasından daha geniş izahla nəql olunmuşdur. Kəfəmi "Bələdül-əmin” kitabının haşiyəsində buyurur ki, bu dua çox əzəmətli, böyük məqama malik duadır. Musa Hadi Abbasi, həzrət İmam Kazimi (ə) öldürmək istəyəndə həzrət bu duanı oxudu. Yuxuda cəddi Rəsulullahı görür, peyğəmbər ona belə buyurur – "Allah taala sənin düşmənini məhv edəcək.” 
    Bu duanı Seyid ibn Tavus "Muhcud-dəəvat” gətirmişdir. Seyid ilə Kəfəminin nəql etdikləri arasında ixtilaf var. Biz Kəfəminin "Bələdül-əmin” kitabına əsasən nəql edirik. Dua belədir:

    Bağışlayan və mehriban Allahın adı ilə

    İlahi, üzərimə düşmənçilik qılıncı sıyıran, küdurət xəncəri çəkən, qəzəb nizəsi sancan, öldürücü zəhərləri qətlim üçün hazırlayan, hədəfə dəyən oxlarını mənə tuşlayan, məni izləməkdən gözlərinə yuxu getməyən düşmənlərim nə qədər də çoxdur! (Onlar) mənə hər cür əzab-əziyyət və işgəncə vermək, acı ölüm şərbətini mənə dadızdırmaq niyyətindədirlər. İlahi, mənim zəif və acizliyimə nəzər saldığın, onların zülm və sitəminə taqətsiz, mənimlə müharibəyə qalxanlara qarşı yardım diləməkdə aciz, (onlara qarşı) məni düşündürən (və ağlıma gəlməyən) çox şeylərdə tənha olduğumu görərək düşmənləri məndən kənarlaşdırdın, Öz köməyinlə mənə yardım edərək qollarımı qüvvətləndirdin və düşməni (əleyhimə) bütün təchizat və qoşun hazırlıqlarından sonra darmadağın etdin, onun iti qılıncını kütləşdirdin, məni onlara üstün etdin, mənə qarşı möhkəm qurduqlarını (hiylələrini) tərsinə çevirib qurduğu hiylələri özünə qaytardın! Düşmənin (əleyhimə) təşnəliyi yatmadı və yandırıcı qəzəbi soyumadı. Həqiqətən, mənə görə (qəzəbindən) barmaqlarını dişlədi, bayraqları yerlə yeksan oldu (yerə düşdü) və arxa çevirərək qaçdı. Ey mənim Rəbbim, Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, arxamca hiylələr düşünərək məni ovlamaq üçün tələ quran, izləmək üçün kimisə vəkil tutan, şikarını ovlamaq istəyən yırtıcı heyvan kimi, mənim üçün pusquda duraraq fürsət güdən, məni tovlamaq üçün yalandan xoş sima və gülər üz göstərən çoxlu zalımın mənə sonsuz kin-küdurət bəslədiyini, mənə qarşı çirkin niyyətdə olduğunu gördüyün və zülm və tüğyan etdiyini müşahidə etdiyin üçün Sən də ondan intiqam almağı qərara aldın, onun bünövrəsini təməlindən yerlə yeksan etdin, sonra həlakət uçurumu və əzab quyusuna yuvarlatdın, üzünü torpağa sürtdün (zəlil etdin), onu bədən (dünyəvi işlər) və ruzi ilə məşğul etdin, zülm daşı və sitəm kəndirini nişanə edərək onun öz boynundan asdın və öz iti xəncəri ilə onu həlak etdin. Burnunu yerə sürtdün, hiylə kəməndi ilə boynunu sıxdın və onu peşmançılığın əsirliyinə, həsrət və kədərə düçar etdin ki, təkəbbüründən sonra zəlil və xar, üstünlük (ucalıq) iddiasından sonra alçaq (rəzil) olsun. (Nəticədə,) qüdrətli olduğu günlərdə mənim əsiri olmağımı arzuladığı hiylə və məkr kəməndinə özü əsir oldu. Ey mənim Rəbbim, əgər Sənin rəhmətin mənim halıma şamil olmasaydı, az qalmışdı ki, onun başına gələn bəla və müsibətlər mənim başıma gəlsin. Sənə sitayiş edirəm, ey mənim Rəbbim! Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, mənə həsəd edərək həsədini aşkar və kin-küdurətini pünhan, məni acı dillərinin hədəfi edən, qəzəbli baxışlarla gözucu süzən, abır-həyamı töhmətə tuşlayan və mənimlə düşmənçilik kəmərini möhkəm bağlayanlar nə qədər çoxdur! İlahi, mən isə həmişə Səni köməyə çağırmış, Sənin tez bir zamanda duamı qəbul edəcəyinə sığınmış və yardımına tamamilə arxalanmışam. Təvəkkül və etimadım Sənin həmişə məni xeyirxahlıqla müdafiə edəcəyinə idi. Yəqinliklə bilirdim ki, Sənin himayənə sığınanlar heç zaman məğlub və Səndən sığınacaq və yardım istəyənlər heç vaxt hadisələrin çətinliyinə düçar olmazlar. Beləliklə, mənə qüdrətinlə həmin düşmən və həsəd edənlərin şərindən pənah verərək mühafizə etdin. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, bir çox qara buludları başımın üzərindən kənarlaşdırmış, səmadan rəhmət yağışını (nemətini) yağdırmış, kərəminin arxlarından rəhmət suları axıtmış, fitnə-fəsad törədənlərin gözlərini çıxarmış, rəhmətini genişləndirərək hər tərəfə yaymış və sağlamlıq libası geyindirmiş, şiddətli əzab-əziyyət və müsibətləri aradan qaldırmış, cari olan işləri müqəddər və tənzim edərək nizama salmış və aləmdə olmasını iradə etdiyin zaman heç bir şey hikmətindən qaynaqlanan iradənə qarşı çıxmamışdır. Həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, yaxşı gümanlardan çoxunu həqiqətə çevirmiş, bir çox çatışmazlıqlarımızı aradan qaldırmış, çətin güzəranımızı ehtiyacsızlıqla əvəz etmiş, çoxlu sayda həlak olmağa düçar olanları xilas etmiş, məşəqqət və sıxıntıdan rahatlığa çıxarıbsan! Məxluqat öz əməllərindən sorğu-sual olunduğu halda, Sən etdiyin işlərdən sorğu-sual olunmazsan. Mülk və bəxşişlərin (infaq etdiklərin) azalmaz. Bəndələrin Səndən bir şey istədikdə, onu əta edər, hətta istəməsələr belə, yenə də ehsan etmisən və Sənin kərəm dərgahın həmişə açıq olmuş, heç kəsə qarşı paxıllıq etməmiş, məxluqata nemət və yaxşılıqlarından başqa bir şey verməyibsən. Mən isə, cahilliyimdən Sənin əmrlərinin ehtiramını gözləməmək, günahdan çəkinməmək və itaətlə bağlı qoyduğun hədləri aşmaq, cəzalandıracağınla əlaqədar verdiyin vədləri unutmaq, mənim və Sənin düşmənin olan şeytana itaətdən başqa, bir şey etməmişəm. Bununla yanaşı, ey mənim Rəbbim, yardımçı və köməkçim, nankorluq və küfrüm Səni bütövlükdə mənə yaxşılıq etməkdən saxlamadı və nəfsim də günah və xətalara yol verməkdən əl çəkmədi. Ey Rəbbim, bu yerdə zəlil bəndən Sənin yeganəliyinə, itaətlə bağlı haqqını ödəməkdəki təqsirli olmasını etiraf edərək ona nemətlərini kamil şəkildə verməyinə, ona qarşı rəftarının yaxşılıq olmasına şəhadət verir. Belə isə, ey mənim Rəbbim və ixtiyar sahibim, izzətli məqamın, kərim olmağın və ehsan etməyinə, kəramətli peyğəmbərin Məhəmmədə (ona və Əhli-beytinə salam olsun) xatir Sənin rəhmətinə qovuşmaq, "razılıq” məqamına yüksəlmək və qəzəbindən amanda qalmağa səbəb olan vasitələri mənə əta et. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecəni ölümün qorxusundan kədər və qəm-qüssəli, qəlbi sıxıldığı, ölümü canları lərzəyə salan və qəlbləri qorxudan kimi düşündüyü halda sübh edən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bunlardan amandayam. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü şiddətli şəkildə xəstə olan, ah-nalə və fəryad edən, sağa-sola çevrilən, özünə sığınacaq yeri, yemək-içmək tapa bilmədiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bədənim sağlam, asudə və rahatlıqda olduğum halda yaşayıram və bunların hamısı Sənin lütf və kərəmindəndir. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü qorxu, iztirab, düşməndən çəkinərək hər tərəfə qaçan, girmək və orada gizlənməyə bir alaçıq axtaran və bütün genişliyi ilə dünyanın ona dar gəldiyi, çarə tapmadığı, sığınacaq yeri olmadığı halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu əzab-əziyyət və bəlalardan amanda, asudə, xatircəm və sağlamlıq içindəyəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü vətənindən sürgün edildiyi, düşmənin vurduğu dəmir qıfıl və zəncirlərə əsir olduğu və kimsənin rəhm etmədiyi, əhli-əyalı və övladlarından məhrum, vətən, şəhərindəki yardımçı və qardaşlarından uzaq, hər saat onu sonda necə və hansı şəkildə öldürəcəkləri və bədən üzvlərini necə tikə-tikə doğrayacaqlarının intizarında olduğu halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu bəlalardan uzaq və asayişdəyəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü döyüş meydanında düşmənin əzab-əziyyəti ilə üz-üzə gələn, hər tərəfdən düşmənin qılınc, nizə, ox və toppuzları ilə əhatə olunan, dəmir və poladların arasında nərə çəkərək çətinlik və məşəqqətlə vuruşan, nə bir çıxış yolu, nə də bir fərar yeri tapa bilməyən, çoxlu yara alan, susuz döyüşən və atların tapdağı altında qalıb bədənindən qanlar axan, bir qurtum su içmək və ya qadınlarına nəzər salmaq arzusu ilə heysiz can verdiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bu bəla və çətinliklərdən amanda və asayişdəyəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü dəryanın zülmət və qaranlığında qorxulu, yalnız qərq olmaq və həlakət gözlənilən dalğaların arasında olan və heç bir çarə tapmayan və ya ildırım vurması, işlərin tərs getməsi, yanğının baş verməsi, zəlzələ və töhmət vurulmasına düçar olan halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bunlardan amanda və asayişdəyəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, gecə və gündüzü həmişə həyat yoldaşı və övladlarından uzaqda olub səfərdə, heyrətə düçar və biyabanlardakı yırtıcı heyvanlar və sancan həşəratlardan qorxuda olduğu, çətinliklə həyat sürdüyü, çıxış yolu tapmadığı, şiddətli isti və soyuqda, aclıqda, libası köhnə olduğu və digər çətinliklərdən əziyyət çəkdiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə bütün bun çətinlik və əzab-əziyyətlərdən amanda və asayişdəyəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, ey mənim ağam, gecə və gündüzü fəqir və ehtiyac içərisində, kədərli, ac-susuz, camaatın ondan uzaqlaşmış və abır-həyası getmədən öncə, kiminsə ona rəhm edəcəyinin intizarında olduğu, yaxud camaatın köləsi olduğuna baxmayaraq, mənim kimi azad şəxsdən Sənin dərgahında daha abır-həyalı, Sənə ibadətdə məndən daha çalışqan olmasına rəğmən, yenə də asılı (qeyri-sərbəst), ağır yükləri daşıdığı və ya kölə olmağın məşəqqətlərinə çətinliklə tab gətirdiyi və əldə etdiyi qazancı sahibinə verdiyi, yaxud şiddətli bəlalara mübtəla olduğu və Sənin lütf və mərhəmətindən başqa yolla nicat tapmayacağı halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, kölə və xidmətçi deyil, əksinə xidmət edilən, nemət sahibi, asudə, sərbəst, ehtiram edilən, əmin-amanlıq və rahatçılıqda ömür sürən və bütün bu çətinliklərdən asayişdəyəm. Sənin bütün nemətlərinə şükür edirəm. İlahi, həmd-səna yalnız Sənə məxsusdur və Sən yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! İlahi, ey mənim sərvərim, gecə və gündüzü əlillik, şiddətli xəstəlik və ağrılar içərisində olduğu, xəstəlik yatağına düşdüyü, əyninə xəstəlik libası geyindiyi, xəstəliyin şiddətindən qıvrılaraq (yataqda) sağa-sola çevrildiyi, bir çarə tapmadığı, rahat yeyib-içə bilmədiyi, özünə həsrətlə nəzər saldığı, (həmin vəziyyətdə) özünə nə xeyir, nə də zərər verə bilmədiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu əziyyət və bəlalardan Sənin kəramət və yaxşılığına xatir amandayam. Səndən başqa tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaq, yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni sənə ibadət edən, nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! Rəhmətinə xatir mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi! Ey mənim ixtiyar sahibim və sərvərim, gecə və gündüzü ölüm xəstəliyi yetişdiyi, ölüm mələyi və köməkçilərinin ona göz dikdiyi, o biçarənin ölüm əlamətləri və ölümü gözlədiyi halda çarə axtardığı və gözlərini sağa-sola gəzdirdiyi, dostları və yaxınlarına baxdığı, dilində danışmağa qüdrət olmadığı və qüvvədən düşdüyü, özünə həsrətlə nəzər saldığı, özünə xeyir və zərər verə bilmədiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu bəla və əziyyətlərdən Sənin lütf və kərəminlə amandayam. Səndən başqa tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan, yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! Rəhmətinə xatir mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi! Ey mənim ixtiyar sahibim və sərvərim, gecə və gündüzü məhbusluq (divarlarının) sıxıntısı, zindanlarda əziyyət, zillət və zəncirlər arxasında olduğu, zindan keşikçilərinin onu bir zindandan digərinə apardığı, onunla nə ediləcəyi və hansı bədən üzvünün kəsiləcəyini bilmədiyi, çətinlik və sıxıntıda yaşadığı, özünə həsrətlə nəzər saldığı, özünə xeyir və zərər verə bilmədiyi halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu çətinlik və bəlalardan Sənin lütf və kərəminlə amandayam. Səndən başqa tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan, yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni Sənə ibadət edən, nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! Rəhmətinə xatir mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi! Ey mənim ixtiyar sahibim və sərvərim, gecə və gündüzü ardıcıl olaraq səmadan bəlaların yağdığı və əhatə etdiyi, bütün dost və yaxınlarının ondan uzaq olduğu, gecəni kafirlərin sayəsində əsirlik, zillət və xarlıqda, düşmənlərinin sağdan və soldan əlləri ilə bir tərəfə çəkdiyi halda sübhə çıxdığı, zülmət bir zindandan digər birinə zəncirlənmiş halda aparıldığı, gözlərinə dünya işığı düşmədiyi, üzünə külək dəymədiyi, öz halına təəssüf və həsrətlə yandığı, özünə heç bir xeyir və zərərə verə bilmədiyi (halını dəyişə bilmədiyi) halda keçirən bəndələrin nə qədər də çoxdur! Mən isə, bütün bu çətinlik və bəlalardan Sənin lütf və kərəminlə amandayam. Səndən başqa tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan, yenilməz qüdrət sahibi və (bəndələri cəzalandırmağa) tələsməyən səbirlisən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Məni Sənə ibadət edən, nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! Rəhmətinə xatir mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi. Sənə and verirəm izzətini, ey kərim olan, mən Sənin dərgahında olanları təkidlə istəyir və günahkar olsam da, əllərimi Sənə tərəf uzadıram! İlahi, Səndən başqa pənah yeri olmadığı halda, kimə pənah aparım, kimə üz tutum?! Pənah yerim olduğun və Sənə təvəkkül etdiyim halda, məni dərgahından qovarsanmı?! Sənə and verirəm göylərə söylədikdə sütununu möhkəm və yerə dedikdə aram edən, dağlara oxuduqda möhkəm və sabit olan, gecəyə oxuduqda zülmətə çevrilən, gündüzə oxuduqda aydın və işıqlı olan mübarək adları! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim hacətimi qəbul et, mənim bütün böyük və kiçik günahlarımı bağışla, ruzimi dünya və axirətdə izzət və şərafət əldə edə biləcəyim qədər genişləndir. Ey rəhmlilərin ən rəhmlisi, mən Sənə pənah gətirmişəm, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənə yardım et, mən Sənin rəhmətinə ümid bəsləyirəm. Belə isə məni geri çevirmə (və mənə pənah ver), Sənə itaət sayəsində bəndələrə itaətdən və hacətlərimi Səndən istəməklə məxluqatdan hacət istəməkdən ehtiyacsız et, kərəminlə fəqirliyin zillət və xarlığından qurtararaq qəni və zəngin, günahların rəzalətindən xilas edərək Sənə itaət etməklə izzətli et. Həqiqətən, Sən mənə layiq olmadığım halda, bir çox bəndələrinə nisbətdə fəzilət və üstünlük bəxş edərək ehsan etmisən. İlahi, bütün bu nemətlərinə görə Sənə həmd-səna edirəm. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni nemətinin şükrünü yerinə yetirən və yaxşılıqlarını xatırlayanlardan et! Rəhmətinə xatir mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi.
    Sonra səcdəyə get və de:
    Mən zəlil olduğum halda Sənin izzətli, fani olduğum halda Sənin əbədi və baqi, fəqir və ehtiyaclı olduğum halda Sənin ehtiyacsız və böyük zatın müqabilində səcdə edirəm. Üzüm, qulaq və gözlərim, ətim, qanım, dərim, sümüklərim – yerdə olan bütün üzvlərim aləmlərin Rəbbi müqabilində səcdə edir. İlahi, nadanlığımı səbrin, fəqirliyimi ehtiyacsızlığın, zəlilliyimi izzət və hakimiyyətin, zəifliyimi qüvvətin, qorxumu əmin-amanlıq və asayişin, günahlarımı bəxşişin və xətalarımı əfv və rəhmətinlə qarşıla, ey bağışlayan, ey mehriban! İlahi, mən öz qatı düşmənim fılankəs oğlu fılankəsin (adını deyirsən) müqavimətindən Sənin vasitənlə müdafiə olunur və onun şərindən Sənə pənah gətirirəm. Peyğəmbərlər, övliyalar və saleh bəndələrini Firon əhli və zalımlardan qorumaqda kifayət etdiyin kimi, mənə də yetərli ol. Bütün məxluqatın şərindən Sənə sığınır və Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! Həqiqətən, Sən hər şeyə qadirsən. Allah necə də gözəl vəkil və bizə (işlərimizə) kifayət edəndir!
     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: Dualar
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 12 Eylül 2015 01:20 | İstifadəçi | Şərh yazdı
    ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.MÖMİN QARDAŞ, QUDRƏTLİ VƏ ƏZƏMƏTLİ ALLAH DAİM SİZDƏN RAZI OLSUN,ETDİYİNİZ BÜTÜN DUALARI QƏBUL QƏRAR VERSİN. AMİN YA ƏRHƏMƏR RAHİMİN AMİN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.