Xudaya, gəlib dərgahıva bir əbdi miskin,
Zəlili- natəvan bir zari- ğəmgin.
Bihəqqi- Mustafa şahənşahi- din
Əğisna! Ya Ğiyasəl - Mustəğisin.
İmamım çün Əliyyi- Murtəzadır,
Muəynim Fatimə, Xəyrin- Nisadır.
Qabağında dəlilim Müctəbadır
Əğisna! Ya Ğiyasəl Mustəğisin.
Qalan nəşi yer üstə xar üryan,
Olan öz qanına meydanda qəltan.
Bihəqqi- şahi- məzlum, ləbi-ətşan
Əğisna! Ya Ğiyasəl Mustəğisin.
Yoxudur bir nəfər ənsari, ya Rəbb,
Olubdur gözlərim xunbar, ya Rəbb.
Bihəqqi- abidi- bimar, ya Rəbb
Əğisna! Ya Ğiyasəl Mustəğisin.
Ki, taği- ərşi- elm bəhri- moci,
Muhəmməd Baqirdir din pənahı
Bihəqqi - Cəfəri - Sadiq ilahi,
Əğisna Ya Ğiyasəl Mustəğisin.
İmam Museyi- Kazimdir rəhbər,
Xorasanın ğəribi xəlqə sərvər.
Bihəqqi- nuri- paki- Ali- Heydər,
Əğisna! Ya Ğiyasəl Mustəğisin.
Şəfa olmaz ona hər kim şəqidir,
İmamım adilü kamil Təqidir.
Min bir yarəyə Hadi Nəqidir,
Əğisna! Ya Ğiyasəl Mustəğisin.
Ki, gəldi bəndə bu zar fəğanə,
Bağışla Əskəri şahi- cəhanə.
Muhəmməd Məhdi Sahibzəmanə,
Əğisna! Ya Ğiyasəl Mustəğisin.