Münacat
İlahi rəhm qıl mənə, ürəkdə yarə gəlmişəm,
Bu asimanə üz qoyam, gedib dübarə gəlmişəm.
Yatıbdı gözlər bu nimə-şəb,
Mənə nəzər qıl, amandı ya rəbb!
O bəndəyə ki, daimən gedib xəta, yorulmuşam,
Gəlibdi başıma nə çox qəm və bəla, yorulmuşam,
Haram var Xudaya mənim, gedim hara, yorulmuşam.
Yatıbdı gözlər bu nimə-şəb,
Mənə nəzər qıl,amandı ya rəbb!
Gər etməsən nəzər Xuda,bu bəndələr xətərdədi,
Ürək ki, sındı bu güman nişanı əşk-tərdədi,
Özün buyurmusan yerim şikəstə qəlbilərdədi.
Yatıbdı gözlər bu nimə-şəb,
Mənə nəzər qıl amandı ya rəbb!
Nələr gətirdi başıma cahanda nəfse-bihəya,
Ağardı baş-gözüm Xuda, nə qədri getmişəm xəta,
Mən ki, xəta elədim, sən etdin əfvilən əta.
Yatıbdı gözlər bu nimə-şəb,
Mənə nəzər qıl amandı ya rəbb!