Ya Rəbb bu nə insandır, Qurana dəyər verməz?!
Ya RƏBB bu nə İnsandır? Quranə dəyər verməz,
İmanı gedib əldən, nöqsanə nəzər verməz.
***********************************
Müştaqıdı dünyanın insanlğı tərk etmiş,
Əcdadı durub gəlsə əcdadə səmər verməz.
**********************************
Ləhvü-ləəbə xatir milyonları sərf eylər,
Sail dilənə ondan rişxəndlə gülər, verməz.
********************************
Həmxasiyyətin görsə ruyində açar güllər,
Bir kəlmə rəca etsə, fikr eylə nələr verməz.
*********************************
Olmuş pula aludə, dünyadə qurub Cənnət,
Sol sağına xərc eylər, miskinə ölər verməz.
*********************************
Söylər ki XUDA vermiş, bu ruzi mənim haqqım,
Həmsayəsi qan qussa bir loxma həzər verməz.
*************************************
Akif, belə İnsanın qəlbində kəsafət var,
Zəhr istəsən ondan gər, vAllahi içər, verməz.
************************************