» » Saleh əməllərlə təvəssül


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Saleh əməllərlə təvəssül
    +5
    Müəllif: Yusifi Zehra | 27-12-2015, 13:00 | Baxılıb: 1 018
     

    Saleh əməllərlə təvəssül
     
    Əgər təvəssül hər hansı bir şeyi Allahın hüzuruna təqdim edərək duanın qəbul olunmasını diləməkdirsə, onda şübhəsiz ki, saleh əməllər Allaha yaxın olmaq üçün ən gözəl vasitələrdəndir. Bunun nəticəsi olaraq Allahın rəhməti nazil olur və dua qəbul olur. Hətta bəzi ayələrdə bu mətləbə açıq-aşkar olmasa da bəzi işarələr vardır. Buna baxmayaraq peyğəmbər və Əhli beytin sünnəti buna, tamamilə, dəlil ola bilər. İndi isə bəzi Quran ayələrinə müraciət edək: "İbrahim və İsmayıl Kəbə evinin bünövrəsini qaldırdıqları zaman (İbrahim) belə dedi: "Bizim pərvərdigarımız, bizdən qəbul et. Həqiqətən, sən eşidən və bilənsən. Ey bizim pərvərdigarımız, bizi Sənə təslim olanlardan qərar ver, bizim nəslimizdən də Sənə təslim olan ümmət qərar ver. Bizə ibadətlərimizi göstər və bizləri bağışla. Həqiqətən, Sən bağışlayan və rəhimlisən.” (Əl Bəqərə surəsi, 127 və 128-ci ayələr) Gördüyünüz kimi İbrahim və onun səbrli oğlu Allaha vəsilə olaraq kəbənin təmir olunmasını təqdim edərək bir neçə şey dilədilər: əməlin qəbul olunmasını, ikisinində Allaha təslim olanlardan qərar verilməsi, həmçinin onların nəslindən olan insanların sırf Allaha təslim olması, ibadətlərin tanıtdırılması və tövbənin qəbulu. Düzdür, bu ayə açıq-aşkar bizim mətləbə dəlalət etməsə də, lakin İbrahim peyğəmbərin öz oğlu ilə birlikdə Kəbə evinin bünövrəsini qaldırdığı zaman etdiyi duaların təsadüfü olmamasına işarədir. Buradan belə nəticə çıxartmaq olar ki, saleh əməllə dua arasında güclü bağlılıq vardır. Buna görədə İbrahim peyğəmbər səmimi qəlbdən bu saleh əmələ bağlanaraq duasını diləmişdir. Allah təala buyurur: "O kəslər ki, ey bizim pərvərdigarımız-deyə, nida edərək diləyərlər: "Həqiqətən, biz iman gətirmişik, bizim günahlarımızı əfv elə və bizləri cəhənnəm əzabından qoru.” (Ali İmran surəsi, 169-cu ayə) Bu ayədə bir qədər təfəkkür edən şəxsə kifayətdir ki, əfv ilə iman gətirmək arasında olan sıx əlaqəni anlasın. Əgər bu qəbildən olan ayələri təhqiq etsək görərik ki, bu ayələr açıqaşkar deyil, sadəcə olaraq, söhbəti gedən mətləbə işarə edir. Lakin peyğəmbərdən gələn hədislərdə saleh əməlin dua zamanı xatırlanması Allahın rəhmətini qazanmaq üçün vasitələrdən biri kimi qeyd edilir. Beləliklə, Onun rəhməti bəndəyə nazil olaraq diləyini qəbul dərəcəsinə çatdırır. İndi isə hər iki məzhəbin (Əhli sünnət və şiə) rəvayət etdiyi əhvalatı təqdim edirik. Əl Buxari ibn İmrandan, o da Allahın rəsulundan belə nəql edir: "Sizdən əvvəlki ümmətlərdən üç nəfər yol ilə gedirmişlər. Birdən yağışa düşürlər. Bu vaxt bir mağaraya pənah aparırlar. Mağaraya girən kimi daşlar tökülüb onun girişini bağlayır. Bir-birilərinə belə deyirlər: "And olsun Allaha bizi buradan yalnız düzgünlük xilas edə bilər. Elə isə bizdən hər birimiz düzgün əməllə dua etsin. Onlardan biri belə deyir: "Ey mənim Allahım, Sən bilirsin ki, mənim bir işçim var idi. O, düyü sahəsinin bir hissəsində işləyirdi. Lakin oranı tərk edib getdi. Mən həmin sahəyə getdim və çəltik əkdim. Bir gün mən ondan bir inək almalı oldum. O, mənim yanıma gəlib məndən zəhmət haqqını tələb etdi. Mən ona belə dedim: "O inəyi götür apar”. O, öz tələbinə davam edərək dedi: "Sən mənə düyü sahəsinin bir hissəsini verməlisən.” Cavabında isə yenə də ona dedim ki, o inəyi götür apar. O inək həmin sahənin məhsulundandır. Həmin adam inəyi özü ilə apardı. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim. Bizi xilas et. Bunun nəticəsində qaya parçası bir qədər geri çəkildi. Ikinci isə belə dedi: "Ey mənim Allahım, sən bilirsən ki, mənim qoca atam və anam var idi. Hər gecə onlara öz qoyunumun südündən gətirərdim. Bir gecə onlara süd gətirməyi gecikdirdim. Mən evə daxil olanda artıq onlar yatağa girmişdilər. Ailəm və uşaqlarım aclıqdan ağlaşırdılar. Atam anamı içirtməyincə onlara bir şey verməzdim. Nə onları oyatmaq, nə də ki, südü içərək rahat olmalarını tərk etmək istəmədim. Bu minvalla dan yeri sökülünə qədər gözlədim. Ey Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim. Bizi xilas et. Elə bu an qaya parçası mağaranın ağzından çəkildi və onlar rahatlıqla göy üzünü müşahidə etdilər. Onların üçüncüsü isə belə dedi: "Ey mənim Allahım, Sən bilirsən ki, mənim bir əmim qızım var idi. O, mənə hamıdan sevimli idi. Mən onu cinsi əlaqəyə sövq etdim, amma o, imtina etdi. Və mənə dedi ki, əgər ona yüz dinar gətirsəm mənimlə razılaşacaq. Mən həmin məbləği əldə etmək üçün çalışdım və sonda bu məbləği əldə edib ona gətirdim. Məbləği ona verəndən sonra onunla cinsi əlaqəyə girmək üçün mənə fürsət verdi. Mən onun qarşısında dayanan zaman mənə belə dedi: "Allahdan qorx və mənimlə ancaq şəriətin buyurduğu yolla əlaqəyə gir!” Mən ayağa qalxıb yüz dinarı orada qoyaraq bu işi tərk etdim. Allahım, sən bilirsən ki, mən bu işi Sənin qorxundan etdim, bizə nicat ver! Allah təala onlara həmin çıxılmaz vəziyyətdən nicat verdi və onlar mağaranı tərk etdilər.” 19 Peyğəmbər bu hədislə demək istəyir ki, ümmətində olan hər bir kəs öz gördüyü saleh əməli duasının qəbul olmasi üçün vasitə qərar verə bilər. Əgər bu kimi şeylər yalnız keçmiş ümmətlərə məxsus olsaydı onda bunu bəyan etməli idi. Bu hədis bəzi söz fərqlərinə baxmayaraq, həm Əhli sünnət, həm də şiə məzhəbinin alimləri tərəfindən rəvayət olunmuşdur. Əhməd ibn Xalid Əl Bərqi "Məhasin” kitabında Əbdürrəhman ibn əbi Nəcrandan, o isə Əl Mufaddal ibn Salehdən, o da Cabir Əl Cufidin belə rəvayət edir: "Allahın rəsulu belə buyurmuş: "Bir gün üç nəfər yer kürəsini səyahət etməyə çıxmışlar. Uca bir dağın qülləsində bir mağarada Allaha ibadət edərkən dağın başından bir qaya parçası dığırlanıb mağaranın ağzını tamamilə örtür. Onlar biri-birilərinə belə dedilər: "Ey Allahın bəndələri, and olsun Allaha ki, bizi bu düşdüyümüz çətinlikdən yalnız Allaha olan sədaqətimiz xilas edəcək! Elə isə, sırf Allah yolunda gördüyünüz və bununla da günahdan nicat tapdığınız saleh əməllərdən söyləyin.” Onlardan biri sözünə başlayaraq belə dedi: "Ey Allahım, Sən bilirsən ki, mən bir qadını onun gözəlliyinə vurularaq istəyirdim. Onun yolunda çoxlu var-dövlət sərf etdim. Axır ki, istədiyimə nail oldum. Lakin onunla cinsi əlaqəyə girmək istərkən cəhənnəm odunu yada saldım. Sənin qorxundan fəryad edə-edə onun yanından çıxdım. Ey Allahım, bu qayanı bizim qarşımızdan götür.” Bu zaman qaya parçası çartladı və onlar rahatlıqla bu çatı müşahidə etdilər. Onlardan ikincisi isə belə dedi: "Ey Allahım, Sən bilisən ki, mən bir qrup işçini torpaq sahəsində əkin işi üçün icarə etmişdim və hər bir kişiyə yarım dirhəm söz vermişdim. İşlərini qurtardıqdan sonra onlara zəhmət haqlarını verdim. Amma onlardan biri belə dedi: "Mən iki nəfərin işini görmüşəm, and olsun Allaha gərək mənə bir dirhəm verəsən.” O, haqqını tərk edib getdi. Həmin yarın dirhəmlə sahəni becərdim və Allah təala mənə ruzi-bərəkət yetirdi. Bir gün həmin yarım dirhəmin sahibi gəlib haqqını tələb etdi. Mən ona on min dəyərində mal verdim. Allahım, Sən bilirsən ki, mən bu işi sənin qorxundan etdim, bizi buradan xilas et.” Bu zaman qaya parçası elə aralandı ki, onlar (təəccüblə) bir-birilərinə baxdılar. Onların üçüncüsü isə belə dedi: "Ey Allahım, Sən bilirsən ki, bir gün atam və anam yatmışdılar. Mən onlara bir qab süd gətirmişdim. Həm südün xarab olmasından qorxdum, həm də onları yuxudan oyatmağa ürək etmədim, fikirləşdim ki, onlara çətin olar. Beləcə heyrətdə qalmışdım ki, onlar oyandılar və südü içdilər. Ey Allahım, Sən bilirsən ki, mən bu işi Sənin razılığını qazanmaq üçün etdim. Bizi buradan xilas et.” Qaya parçası mağaranın ağzından aralandı və yola düşdülər. Sonra Allahın rəsulu əlavə edərək buyurdu: "Hər kim Allaha sadiq olsa nicat tapar.” 20 Təfsir alimi Təbərsi belə yazır: "Quranda xatırlanan "Əshab əl Raqim” həmin üç nəfərdirlər ki, mağaraya girmiş və mağaranın ağzı örtülmüşdür. Onlar bir-birilərinə belə müraciət etdilər: "Gərək bizlərdən hər birimiz öz gördüyü əməli xatırlayaraq Allaha dua etsin ki, nicat tapaq.” Və belə də etilər. Nəticədə Allah təala onlara nicat verdi. Bu hədisi Əl Nüman ibn Bişr də nəql etmişdir. Mənə elə gəlir ki, yuxarıda göstərilənlər bizim mətləbimizi şərh etmək üçün kifayətdir. Daha çox şərh istəyənlər isə rəvayət və hədis kitablarına müraciət edə bilər. 
     
     
    Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
    Müəllif: Əllamə Cəfər Sübhani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.