Dində bidət
İslam dinində digər daha böyük əhəmiyyətə malik bir prinsip də var. Bu, bidətin haram
olması və ilahi şəriətə aid olan məfhumlara hər hansı bir şəxsiyyət tərəfindən dəxalət
edilməsindən ibarətdir. Bunun səbəbi qanunvericiliyin yalnız Allaha məxsus olduğunu
bildirmək, başqa sözlə desək, hər hansı bir şəxsin qanunvericilik sahəsinə dəxalət etməməsi
üçündür. Beləliklə də bu meydana daxil olub hər hansı bir qanunu Allaha istinad edən şəxs
bidətçi adlanır. Qurani Kərimdə qanunvericiliyin Allaha məxsus olmasına işarə edən ayələr
bu məsələdə digərlərinin heç bir haqqı olmadığını bəyan edir. Bu məzmunda olan bəzi
ayələrə işarə edək. Qurani Kərim belə buyurur: "Hökm yalnız Allaha məxsusdur. Ondan
başqasına ibadət etməməyi əmr etmişdir. Bu, həqiqi dindir. Lakin insanların çoxu bilmir.”
(Yusuf surəsi, 40-cı ayə). Bu ayədə səslənən "hökm” qanunvericilik deməkdir. Çünki bu
sözdən sonra gələn "Ondan başqasına ibadət etməməyi əmr etmişdir” ifadəsi buna açıq aşkar
işarədir.
Allah təala buyurur: "Onlar necə sənin hakim olmağını istəyirlər, bir halda ki, Tövrat
onların əlindədir və onda Allahın hökmləri vardır. (Sənin hakim olmağını tələb edəndən)
sonra üz döndərirlər. Onlar mömin deyillər.” (Əl Maidə surəsi, 43-cü ayə). Bu ayədən göründüyü kimi Allah təala yəhudiləri Tövratdan üz döndərib İslam peyğəmbərinin hakim
olmasını tələbini məzəmmət edir. Bu, yalnız və yalnız hökm və qanunvericiliyin Allaha
məxsus olduğunu təkid etməkdən başqa bir şey deyildir.
Allah təala yəhudiləri və onların dini rəhbərlərini Allah hökmündən üz çevirib dünyaya
tamah saldıqları üçün başqalarının hökmünü qəbul etdiklərinə görə məzəmmət edərək belə
danlayır: "Hər kəs Allahın nazil etdiyini əsas tutmayıb hökm edərsə kafirdir.” (Əl Maidə
surəsi, 44-cü ayə). Allah təala buyurmuşdur: " Hər kəs Allahın nazil etdiyini əsas tutmayıb
hökm edərsə zalımdır.” (Əl Maidə surəsi, 45-ci ayə). Həmçinin buyurmuşdur: "Hər kəs
Allahın nazil etdiyini əsas tutmayıb hökm edərsə fasiqdir.” (Əl Maidə surəsi, 47-ci ayə).
Bu və ya bu kimi ayələr, hökm və qanunvericiliyin yalnız Allaha məxsus olmasına və
yaxud da Onun nazil etdiyini əldə əsas tutaraq hökm verməyə dair aşkar dəlildir. Hər kəs
Allahın nazil etdiyi qanunvericilik çərçivəsindən kənara çıxaraq özündən hökm verərsə kafir,
zalım və fasiqdir.
İmam Muhəmməd Baqir (ə) bu barədə belə buyurmuşdur: "Hökm iki cürdür: Allahın
hökmü və cahiliyyət əhlinin hökmü. Hər kim Allahın hökmündə xətaya yol verərsə cahiliyyət
əhlinin hökmünü vermişdir.” Allahın işlərinə müdaxilə etmək və özündən qanunverməni məzəmmət edən ayələr çoxdur
və bunların hamısını bir yerə cəm edən məfhum "dində bidət törətmək” dən ibarətdir. Bu, ya
Quran və Sünnətə (peyğəmbər və onun əhli beytindən gələn hədislər) zidd olan fətvaların
verilməsi, yaxud da, dində olmayan hər hansı bir şeyi dinə daxil edilməsi yolu ilə baş verir.
Ümumiyyətlə, bidət Allah və onun rəsulunun adından yalan danışmaq və bu iftiranı ümmət
içində yaymaq deməkdir. Allah təala buyurur: "Allaha yalan söyləyib iftira edən və yaxud da
onun ayələrini yalanlayandan daha zalım kimdir?! Həqiqətən, zalımlar nicat tapmazlar.” (Əl
Ənam surəsi, 21-ci ayə).
Göründüyü kimi müşriklər peyğəmbərə Qurandan başqa bir kitab gətirməyi təklif edərkən
onlara belə cavab verməyi təlqin edir: "De ki, mənim onu (Quranı) öz nəfsimin tərəfindən
dəyişməyə haqqım yoxdur. Mən yalnız nazil olan vəhyə tabeyəm. Mən rəbbimə günah
etməkdən qorxuram çünki Qiyamət gününün əzabı böyükdür.” (Yunis surəsi, 15-ci ayə).
Əziz İslam peyğəmbəri belə buyurmuşdur: "Ən gözəl kəlam Allahın kitabı və ən gözəl
hidayət Muhəmmədin hidayətidir. Və hadisələrin ən pisi isə sonradan (heç bir qanuni əsası
olmayaraq) baş verənlərdir...”
İbn Həcər bu ifadəni yəni "hadisələrin ən pisi sonradan baş verənlərdir” izah edərək belə
deyir: "Əl mühdəsət”, "mühdəsə” nin cəmidir, sonradan çıxarılmış və şəriətdə kökü olmayan
bir şeyə deyilir və bidət adlanır. Deməli, şəriətdə kökü və dəlili olan şey bidət deyildir.” Müxtəsər olaraq işarə etdiyimiz bu iki prinsip məzhəblərin müxtəlifliyinə baxmayaraq
İslam ümmətinin hamılıqla müttəfiq olduğu inanclardandır. Bir filosof və ya kəlam alimi və
yaxud da fəqih tapılmaz ki, bunun ziddinə bir kəlmə də danışsın. Nə üçün də belə olmasın?!
Axı, bütün əsrlərdə müsəlmanların şüarı "Allahdan başqa məbud yoxdur” və "Allahdan
başqa hakim yoxdur” ifadələri olmuşdur.
Müsəlman olan hər bir insan hər gün bu ayələri tilavət edir: "Yalnız Sənə ibadət edirik və
yalnız səndən yardım diləyirik.” (Əl Həmd surəsi, 5-ci ayə) Həmçinin Allah təala başqa bir
ayədə belə buyurur: "Ey iman gətirən kəslər Allah və Onun rəsulunu (hər hansı bir işdə)
qabaqlamayın. Allahdan qorxun. Həqiqətən Allah eşidən və biləndir.” (Əl Hucurat surəsi, 1-
ci ayə).
Allah təala buyurur: "Əgər Allah və Onun rəsulu (hər hansı bir məsələ barəsində) hökm
edərsə, artıq heç bir mömin kişi və mömin qadının seçim ixtiyarı yoxdur. Hər kim Allah və
Onun rəsuluna üsyan edərsə, artıq açıq-aşkar zəlalətə düşmüşdür.” (Əl Əhzab surəsi, 36-cı
ayə)
Başqa bir ayədə isə belə oxuyuruq: "Bu, mənim düz yolumdur. Onu izləyin və (müxtəlif)
yollara düşüb onu izləməyin ki, sizi Allahın yolundan uzaqlaşdırar. Bu, Allahın sizə etdiyi
tövsiyyədir. Şayəd Allahdan qorxasınız.” (Əl Ənam surəsi, 153-cü ayə). Beləliklə, dində
bidət törədən insan Allahın yolundan üz çevirib başqa yola üz tutan, müsəlmanları Allahın
yolundan uzaqlaşdıran, öz mənafeyinə uyğun hökm verəndir. Başqa sözlə desək, o, Allaha
yalan bağlayıb iftira edən, günahların ən pisinə bulaşan bir kəsdir və aqibəti cəhənnəmdir.
Bu iki prinsip aydın olandan sonra əsas hədəf təvəssül məfhumunun açıqlanması, onun
qisimlərinin izahı, Quran və Əhli beyt hədisləri sayəsində onun hökmünün aşkar olunmasıdır.
Quran və Sünnətin mötəbər saydığı hər bir təvəssülün qismini icazə verilmiş təvəssül
siyahısına daxil etmək, mötəbər saymadığı və icazə vermədiyi qismi isə həmin siyahıdan
çıxardıb kənara atmaq lazımdır. Bu kitabı oxuduqca məlum olacaq ki, ibadətdəki
monoteizmə toxunan, qanunvericilik haqqına müdaxilə edən, Allahın nazil etmədiyi, heç bir
dəlil və sübuta malik olmayan bidət sayılan təvəssül qismi isə qadağan olunmuşdur.
Təvəsül məfhumunu anlamaq üçün Quranın möhkəm
5
ayələri, sünnətin səhih
6
və həsən
7
hədisləri, səhabələr
8
və tabeinlər
9
arasında yayılmış adət ənənəyə əsaslanacağ. Çünki bu
sənədlər təvəssülün icazə verildiyini sübut edərək ola bilsin bizə yetişməyən bəzi dəlillərə
işarə etsin. Buna görə də təvəssülün barəsində əvvəlcədən heç bir müsbət və mənfi mövqe
tutmayaraq Quran və Sünnətin məram və məqsədinə tabe olmuşuq.
Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani