Birinci məsum - Həzrəti Muhəmməd (s) (hissə 2)
Rahib Beheyranın hadisəsi
Bir müddət Həzrət Məhəmməd (s) öz əmisinin yanında yaşadı və hələ həddi büluğa yetişməmiş yaşında bir dəfə əmisi onu götürüb ticarət üçün Şama getdi.Böyük bir dəstə ağır karvanla çoxlu mal götürüb yola düşdülər.Suriya torpağına Bəsri şəhərinə yetişərək bir mədənin yanında xeymə quraraq dayandılar.Beheyra adlı rahib məbəddən çıxaraq karvanı qonaq olmağa dəvət etdi,hamı bu dəvəti qəbul edib getdilər.Əbu Talib də Həzrəti Məhəmmədi (s) şeylərin yanında qoyub dəstəyə qoşularaq qonaqlığa getdi.
Beheyrə soruşdu:-Hamınız gəlmisiniz?
Əbu Talib dedi:-Hamıdan kiçik olan bir cavandan başqa hamı gəlib.
Beheyrə dedi ki,onu da gətirsinlər.
Əbu Talib zeytun ağacının altında gözləyən Məhəmmədi (s) səslədi,o da rahibin yanına gəldi.Beheyra o Həzrətə (s) dərin baxışla nəzər salaraq dedi:-yanıma gəl sənə sözüm var.
Sonra onu yanına gətirdi,Əbu Talib də onların yanına getdi.
Beheyra ona dedi:-Səndən bir şey soruşum,səni and verirəm Lat və Üzzaya ki,cavab verəsən.(Lat və Üzza Məkkədə camaatın pərəstiş etdiyi iki böyük bütün adıdır).
O Həzrət(s) buyurdu:-Mənim nəzərimdə bu iki büt ən qəzəbə düçar olmuş əşyadır.
Beheyra dedi:-Səni and verirəm bir Allaha ki,düz danış.
O Həzrət(s) buyurdu:-Mən həmiş düz danışıram və heç vaxt yalan danışmamışam.Sən öz sualını soruş.
Beheyra dedi:-Nəyi daha çox sevirsən?
Buyurdu:-Təkliyi
Beheyra söylədi:-Nəyə çox tamaşa etməyi xoşlayırsan?
Buyurdu:-Göylərə və ulduzlara
Beheyra dedi:-Nə fikirləşirsən?
-O Həzrət(s) sükut etdi,lakin Beheyra diqqətlə Onun alnına baxırdı
O dedi:-Nə vaxt və nə fikirlə yatırsan?
Buyurdu:-Gözlərimi göylərə dikərək ulduzlara baxıram,onları öz ətəyimdə,özümü isə onlardan yuxarıda görürəm
Beheyra dedi:-yuxuda nə görürsən?
Buyurdu:-bəli,yuxuda nə görürəmsə,ayılanda da onu görürəm
Beheyra soruşdu:-Məsələn,nə yuxu görürsən?
O Həzrət (s) susdu.Beheyra daha dinmədi.bir qədər susduqdan sonra yenə dedi:-Sənin çiyinlərinin arasını görə bilərəmmi?
O Həzrət(s) tərpənmədən dedi:-gəl bax
Beheyra yerindən qalxaraq onun yanına gəldi,paltarını çiynindən yuxarı qaldırdı,kürəyində qara bir xal göründü.Rahib ona baxaraq dodaqaltı söylədi:-Özüdür ki,var.
Əbu Talib soruşdu:-Nədir?Nə danışırsan?
Beheyra dedi:-Bizim kitablarda bəhs edilən nişanədir.
Əbu Talib soruşdu:-Hansı nişanə?
Beheyra söylədi:-Bu cavan sənin kimindir?
Əbu Talib o Həzrəti (s) öz övladları kimi sevdiyindən dedi:-Mənim övladımdır.
Beheyra dedi:-Yox,bu cavanın atası gərək ölmüş olsun.
Əbu Talib təəccübləndi:-Sən hardan bilirsən?Bəli,bu cavan qardaşım oğludur.
Beheyra Əbu Talibə dedi:-Qulaq as,bu cavanın gələcəyi heyrətamiz və çox parlaqdır.Mən gördüyümü başqaları da görsələr və onu tanısalar,öldürərlər.Onu düşmənlərdən qoruyub saxla!
Əbu Talib soruşdu:-de görüm,o kimdir?
Beheyra söylədi:-Onun gözlərində böyük bir peyğəmbərin gözlərinin əlamətləri və kürəyində isə onun açıq aydın nişanəsi vardır.
Kitabın adı: Din təlimləri, Əqaid,Tarix, Əxlaq, Əhkam