» » » Həzrəti Peyğəmbərin (s) xəstələnməsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrəti Peyğəmbərin (s) xəstələnməsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 4-05-2014, 11:00 | Baxılıb: 2 048

    Həzrəti Peyğəmbər vida həccindən 
    Mədinəyə gəlib yetişdi həmən.
    Hədəfin çevirib şimala durdu
    Mutə getmək üçün yığıldı ordu.
    Orduya Peyğəmbər məsləhət bilir
    Zeyd oğlu Üsamə başçı seçilir.
    Xeyir–dua verib salarkən yola
    İki gün üstündən keçməmiş ola
    Baş ağrısı tutur onu bu zaman
    Halı zəifləyir həm qızdırmadan.
    Həzrəti peyğəmbər indiyƏ qədər
    Müntəzəm yaşayır həm də az yeyər
    Təmizliyinə çox diqqət edəndi
    Bu da sağlamlığın şərtlərindəndi.
    Ömründə bir dəfə kefsizləşdi bu
    Hicrətin altıncı ilində oldu.
    Xeybərin sülhündə ziyafətdə şən
    Yəhudi Zeynəbin bişirdiyindən
    O zaman bir tikə salmış ağzına
    Zəhər təsirini göstərmiş ona
    Üstündən neçə il keçsə də ondan
    İndi üzə çıxıb edirdi tuğyan.
    On birinci ilin səfər ayında
    Qəribə bir fikir oyandı onda.
    Bir zülmət gecədə hər yan qaranlıq
    Tək–tənha şəhərdən çıxır bir anlıq
    Ruhları ziyarət eyləsin deyə
    Qəbiristanlıqa gəlir – Baqiyə.
    Yatanların qəbrin səlamlayarkən:
    – Yaxında sizinlə olacağam mən.
    Deyərək evinə döndü Peyğəmbər.
    Vəhy ilə çatmışdı ona bu xəbər.
    Ruhu səma ilə təmasda idi
    Yaxında dünyasın dəyişməliydi.
    Birdən–birə onun halı pisləşir
    Ömrü başa çatıb dəqiq hiss edir:
    – Qələm və mürəkkəb gətirin dedi
    Bir vəsiyyət yazıb qoymaq istədi.
      Müntəzəm: düzgünd qaydaya qoyulmuş şəkildə.
    Əl–ayağa düşür bir neçə nəfər
    Buna maneçilik edərkən ömər:
    – O əsl vəsiyyət veribdir bizə
    Quranı həkk edib ürəyimizə.
    Başqa bir vəsiyyət istəməyirik.
    Buradaca düşür ikitirəlik.
    Bir tərəf deyir ki: – Gətirək verək.
    O biri tərəfsə deyir: – Verməyək.
    Həzrətin yanında hay–küy edirlər
    Onları otaqdan qovur Peyğəmbər.
    Həzrət Aişənin otağındakən
    Həzrəti Fatimə gələrdi hərdən.
    Atasın yoxlayıb ona baş çəkər.
    Xəstə düşməmişdən qızın Peyğəmbər
    Qapının ağzında qarşılayardı
    Çünki Xədicədən o yadigardı.
    Sevimli qızını öpüb qucaqlar
    Yanında oturdub hal–əhval tutar.
    İndisə yox onda o əvvəlki hal
    Gör necə də solmuş o üzü hilal.
    Fatimə atasın halsız görüncə:
    – Nə əziyyət çəkir atam deyincə
    Bu həzin sözlərdən sonra Peyğəmbər
    Mehriban qızına təsəlli verər:
    – Bu gündən sonra bil sevimli atan
    Ağrı çəkməyəcək daha heç zaman.
    Bu da köçməsinə işarə idi
    Qızı göz yaşların tuta bilmədi.
    Sonra o qızına deyir nə isə
    Fatimə əvvəlcə kədərləndisə
    Sonra birdən–birə gülür bu anda
    Sevinc əlaməti görünür onda.
    Atası öləndən sonra sən demə
    Aişəyə sirri açmış Fatimə
    Əvvəlcə qızına Rəsuli–əkrəm:
    – ömrümdən az qalıb qızım etmə qəm.
    Sonra ona deyir: – Yaxında sən də
    Gəlib olacaqsan mənlə bir yerdə.
    Müsəlman qadınlar arasında sən
    Hər iki dünyada ən əşrəfisən.
    Onun xəstəliyi gün–gündən artır
    Buna baxmayaraq məscidə çıxır.
    Gündəlik namaza olurdu imam
    Bu səhər mərəzi gücləndi tamam.
    Rəsuli–əkrəmi yatağa saldı
    Namaza getməyə halı qalmadı.
    Sonra Peyğəmbərə dedilər o gün
    Cümə namazına getmədiyiçün
    Camaat içində yaranmış kədər
    Şaiyə yayılıb "ölmüş” Peyğəmbər.
    Peyğəmbər taqətsiz olsa da belə
    Əlinin Abbasın köməkliyilə
    Qızdırma içində bədəni ağır
    Bir təhər məscidə yuxarı qalxır.
    Böyük sevinc ilə rastlaşdı dərhal
    Hamı dua edib tutur hal–əhval.
    Namaz qılanlara qoşulur Həzrət
    Sonra xütbəsində edir vəsiyyət:
    – "Eşitdim ki bu gün sizin hamınız
    Mənim səhhətimdən nigaransınız.
    Məndən əvvəl gələn elə Peyğəmbər
    Olubmu əbədi yaşasın məgər?
      Əşrəf – daha şərəfli çox əzizə ən möhtərəm.
    Ey insanlar olub bitən hər işlər
    Aləmdə baş verən qəzavu–qədər
    İlahi taleyə bağlıdır ancaq
    Heç kim qaça bilməz qismətdən uzaq.
    Hər bir şey Allahın iradəsindən
    Asılıdır Odur göstəriş verən.
    Vaxtında olacaq işlər üçün siz
    Canfəşanlıq edib tələsməyiniz.
    Onun əlindədir hər işin sonu
    Onun hökmü edir müəyyən bunu.
    Bunu tezləşdirmək nə saxlamaq var
    Nə də bundan qaçıb qurtarmaq olar.
    Məni bu dünyaya Odur göndərən
    Onun da yanına qayıdıram mən.
    Sizə axırıncı vəsiyyətimdir
    Xeyirxah işlərə nəsihətimdir.
    Dini–imanızı qüvvətləndirin
    İmkanız olanda sədəqə verin”.
    Şəhidlərin ruhu şad olsun deyə
    Əl açdı onlara dua etməyə:
    – Onların ruhları daim diridir.
    Deyərək sözünə o davam edir.
    Bilirdi sonuncu görüşüdür bu
    Mühacirlərə üz tutub buyurdu:
    – "Qardaşlıq əhdinə sadiq qalmalı
    Ənsar mühacirlər vahid olmalı.
    Yaxşı rəftar edin ənsarlarilə
    Doğma qardaş kimi verin əl–ələ.
    Onların etdiyi yaxşılıqı siz
    Daim qəlbinizdə saxlayın əziz.
    Son dəfə xəbərdar edirəm sizi
    Qorumaqdan ötrü əqidənizi
    Biri–birinizə siz həyan olun.
    Xeyirxah iş görüb mehriban olun.
    Gördüyünüz yaxşı əməlləriniz
    Hər iki dünyada bilin ki şəksiz
    Xoşbəxtliyə doğru sizə yol açar
    Bəd əməllər isə məhvə aparar.
    Bizim hamımızı ölüm gözləyir
    Mənim də qalmağım çətindir” –deyir:
    – "Mən sizdən əvvəlcə gedəcəyəm siz
    O yerə arxamca gələcəksiniz.
    Görüşəcəyimiz yer yaxındadır
    Kovsər hovuzunun kənarındadır.
    Mənimlə istəsə hər kim görüşmək
    Əlini dilini dinc tutsun gərək”.
    Ey xalq təharətə riayət edin
    Namazı orucu nəsihət edin.
    Zəkatda hər kimin əli olsa bərk
    Namazı orucu onun yox demək.
    Mən sizə – buyurdu Rəsuli–əkrəm:
    – "İki qiymətli şey qoyub gedirəm.
    Qurani–məcidi əhli–beytimi
    Sizə tapşırıram əmanət kimi.
    Onlar ayrılmasın biri birindən
    Sual edəcəyəm görüşündə mən
    Allahın kitabı itrətimlə siz
    Məndən sonra necə rəftar etdiniz?
    Halallıq istəmək məqsədi ilə
    Peyğəmbər sözünü bitirdi belə:
    – "Kimi vurmaq üçün əl qaldırmışam
    Vursun kürəyimdən həmin o adam.
    Məndə alacağı varsa hər kimin
    Bu malım qoy gəlib haqqın istəsin.
    Allahın əmrinə əməl edərək
    Qurani–kərimin buyurduğutək
    Haram etdiyini etmişəm haram
    Halalına halal mən buyurmuşam.
    İslamın yolunda nələr etmişəm
    Tanrı deyənləri mən öyrətmişəm.
    Əvvəlki millətlər peyğəmbərlərin
    İbadətgah edib qəbir yerlərin.
    Əbədiyyətə mən getdiyim zaman
    Bunu da edirəm sizə qadağan.
    Xəbərimi aldım Haqqa gedirəm
    Sizə salamatlıq arzu edirəm.
    Allah üstünüzə rəhmətin salsın
    Bərəkəti hər vaxt sizinlə qalsın.”
    Deyərək evinə gəldi Peyğəmbər
    Halı yaxşılaşdı səhərə qədər.

     
     
    Bölmə: Əhli Beyt / Hz Muhamməd
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 15 Eylül 2014 00:50 | Redaktor | Şərh yazdı
    Allah Razi olsun InsAllah
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 5 Mayıs 2014 15:39 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 4 Mayıs 2014 23:45 | İstifadəçi | Şərh yazdı
    Görüşəcəyimiz yer yaxındadır
    Kovsər hovuzunun kənarındadır. Amin İNşAllah  Peyğəmbərimizi gormək şərəfi nəsibimiz olar.
    Ya Allah Ya Allah əhsən bərəkəllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ehlibeyt asiqi | Status: İstifadəçi Offline | 4 Mayıs 2014 20:24 | İstifadəçi | Şərh yazdı
    Ey xalq təharətə riayət edin
    Namazı orucu nəsihət edin.
    Zəkatda hər kimin əli olsa bərk
    Namazı orucu onun yox demək.
    Mən sizə – buyurdu Rəsuli–əkrəm:
    – "İki qiymətli şey qoyub gedirəm.
    Qurani–məcidi əhli–beytimi
    Sizə tapşırıram əmanət kimi.
     
    Allah razi olsun bacican cox saqol ezizim)
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Mayıs 2014 20:11 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 4 Mayıs 2014 18:48 | Redaktor | Şərh yazdı
     "Mən sizdən əvvəlcə gedəcəyəm siz
    O yerə arxamca gələcəksiniz.
    Görüşəcəyimiz yer yaxındadır
    Kovsər hovuzunun kənarındadır.
    Mənimlə istəsə hər kim görüşmək
    Əlini dilini dinc tutsun gərək”.
     
    ALLAH RAZI OLSUN BACICAN.  ALLAH EHLI-BEYT DUSMENLERINE LENET ELESIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 4 Mayıs 2014 17:44 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAHIN SAlami salavati xeyir duasi uzerine olsun ALLAH sonsuz razi olsun Allah  zalimlere yezidere min lenet dsin Allah razio lsun oxudum  canim feda olsun ehlibeye ve haqq yoluna  

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.