» » » Peyğəmbərlik günəşinin sönməsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Peyğəmbərlik günəşinin sönməsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-03-2015, 16:00 | Baxılıb: 1 644
     

    Peyğəmbərlik günəşinin sönməsi

    Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...
    Həmin gün bütün Mədinəni iztirab və təşviş bürümüşdü. Peyğəmbərin (s) dostları, yaxınları gözləri yaşlı, qəlbləri yaralı halda Peyğəmbərin (s) evinin ətrafında toplaşmışdılar. Onlar qəmli, kədərli halda gözlərini qapıya dikərək Allahın Elçisinin (s) xəstəliyindən xəbər tutmaq istəyirdilər. Peyğəmbərin (s) dostları, yaxınlarının qəlbi ağır əzab və iztirabla döyünürdü. Onların narahatlıq və nigaranlığı hər an artırdı. Peyğəmbərin (s) halı və xəstəliyi ilə bağlı xəbərlər hər an bayırdakılara çatdırılırdı. Bu xəbərlər o həzrətin (s) halının get-gedə pisləşdiyini və sağalmasına heç bir ümidin qalmadığını bildirirdi. 
    Evin ətrafında dövrə vurub gözləri yaşlı halda, qəhərdən boğulanlar içəridən gələn xəbərləri eşitdikcə bilirdilər ki, Peyğəmbərin (s) həyatının son şölələrindən cəmi bir neçə saat qalıbdır. Peyğəmbərlik günəşi bir an sonra sönüb batacaqdır...
    Allahın Rəsulunun (s) yataqda uzandığı otaq balaca idi. Müsəlmanların ora toplaşması və Peyğəmbərin (s) yaxın adamlarının gedib-gəlməsi mümkün deyildi. Ona görə də Peyğəmbərin (s) ev əhlindən başqa heç kəs həmin otağa get-gəl etmirdi. Peyğəmbərin (s) əziz qızı və yeganə sevimli yadigarı Fatimə (ə) atasının yatağının kənarında dizlərini qucaqlayaraq oturmuşdu. Yaşlı gözləri atasının nurani sifətinə dikilmişdi. Fatimə (ə) görürdü ki, mirvari danələrinə bənzər ölüm təri atasının alnından süzülərək mələk sifətinə damcılayır...
    O qəmli anlarda Fatimə (ə) qəlbi hüznlü, gözləri yaşlı və boğazı qəhərdən tutulmuş halda Əbu Talibin alicənab İslam peyğəmbəri (s) haqqında qoşduğu nəğmələrdən birini zümzümə edirdi:
    "O cazibəli və parlaq sifətin ehtiramına
    Buluddan yağış yağdırması istəyi dilə gəlir, 
    O, yetimlərin pənah yeridir, dul qadınları 
    Qoruyan şəxsiyyətdir.”
    Peyğəmbər (s) üçün həmişə ən gözəl və ürəkaçan səslərdən olan Fatimənin (ə) tutulmuş və qəmli avazı o həzrətin qulağına çatdı. Bu tanış səsi eşitcək qapalı gözlərini açıb yavaş səslə qızına buyurdu: 
    "Bu Əbu Talibin mənə qoşduğu şerdir. Amma yaxşı olar ki, o şerin əvəzinə Quranın bu ayəsini ucadan oxuyasan:
    "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? ("Dininizdən dönəcək və ya döyüşdən qayıdacaqsınız?”) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verir.”
    Allahın Rəsulunun (s) həyatının o son dəqiqələrində şer əvəzinə Quran oxutmasından məqsədi, mətləbi nə ola bilərdi? Bəlkə Peyğəmbərin (s) məqsədi camaatın diqqətini şerdən Quran ayəsinə, ədəbiyyatdan mənəviyyat və ilahiyyata yönəltmək idi? Yoxsa, Peyğəmbər (s) ifratçıların o zamankı şişirtmə və ifratlarına nəzarət etmək və Quranın, İslamın doğru yolundan çıxmasının qarşısını almaq istəyirdi? Bəlkə də müsəlman ümmətini xəbərdar etmək istəyirdi ki, ayıq və diqqətli olsunlar və ölümündən sonra onun haqqında şişirtmə sözləri dillərinə gətirməsinlər, mübaliğə etməsinlər, doğru yoldan sapmasınlar?.. Və nəhayət, onlarla, yüzlərlə başqa "bəlkələr”, "yoxsalar”... Bizim ağıl və dərrakəmiz həmin zənnlərə - "bəlkələrə” çatmaqda acizdir və onlar haqqında həqiqi, doğru məlumat yalnız və yalnız uca Tanrının yanındadır, vəssalam...
    Olan oldu, keçən keçdi... Hər halda bir şey açıq-aşkar aydındır ki, İslam peyğəmbərinin (s) yataqda olduğu o günlərdə Fatimə (ə) ürəyi qəmlə dolu, yana-yana atasının yatağının yanında oturmuşdu. Nə ondan uzaqlaşır, nə də gözünü onun mübarək sifətindən və ağzından çəkirdi...
    Və həmin axırıncı gün birdən Peyğəmbər (s) gözünü açdı və sevimli qızına işarə etdi ki, daha yaxın gəlsin. Bu işarədən məlum idi ki, Peyğəmbərin (s) yeganə yadigarına bəlkə də son sözü var. Fatimə (ə) tez aşağı əyildi və başını lap atasının yanına dikdi. Beləcə ata ilə bala bir an bir-biri ilə pıçıltı ilə elə danışdılar ki, kimsə onların sözlərini eşidə bilməsin...
    Peyğəmbərin (s) otağında, o həzrətin yatağının yanında olanlar o ikisinin nə haqqında danışdıqlarından xəbər tutmadılar. Yalnız Peyğəmbərin (s) sözləri sona çatanda gördülər ki, Zəhra (ə) bərk ağlayır və pak gözlərindən yaşlar axır.
    Fatimənin (ə) hələ göz yaşlarını axıtdığı bu anda Peyğəmbər (s) bir də ona işarə etdi ki, yaxın otursun. Peyğəmbər (s) yenə də ona nəsə dedi. Otaqdakılar bu dəfə gördülər ki, Zəhra (ə) açıq sifətlə, gülər üzlə, dodaqlarında təbəssüm başını qaldırdı və nurani simasına şadlıq, sevinc rəngi qondu...
    Fatimənin (ə) sifətindəki bu iki bir-birinə zidd, həm də dalbadal yaranan, dəyişkən hala oradakılar təəccüb etdilər. Heyrət və maraqla Peyğəmbərin (s) qızından xahiş etdilər ki, Allahın Rəsulunun (s) buyurduğunu onlara da desin və bu iki müxtəlif və dəyişkən halının səbəbini açıb söyləsin. Amma həmin gün Fatimeyi-Zəhra (ə) o sirri açıb deməkdən çəkindi və otaqdakılara buyurdu: "Mən Allahın Rəsulunun (s) sirrini aça bilmərəm.” 
    Lakin Peyğəmbərin (s) vəfatından sonra bu sirr haqqında eşidən Ayişənin dönə-dönə, israrla xahişindən sonra Zəhra (ə) həmin sirri açıb ona danışdı: 
    "O günü atam birinci dəfə məni yanına çağırarkən mənə acı bir xəbər verdi – yaxınlaşmaqda olan və qaçılmaz ölümünü açıb dedi. Buyurdu ki, bu xəstəlikdən sağalmayacaq və axirət dünyasına tələsəcək. Bərk ağlamağıma səbəb də elə bu xəbər oldu. Lakin ikinci dəfə mənə işarə edərkən şirin bir xəbər verdi. Atam buyurdu: "Sən ev əhlimdən mənə qovuşacaq ilk şəxssən.” Bu xəbər mənə şadlıq və sevinc bəxş etdi, çünki anladım ki, bir azdan əziz atama qovuşacağam. Buna görə də o cür bərk ağlamağımdan sonra birdən dodaqlarıma sevinc təbəssümü qondu.”

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Hz Muhamməd / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: heyder | Status: İstifadəçi Offline | 3 Temmuz 2016 22:19 | İstifadəçi | Şərh yazdı
    Fatime baci ALLAH RAZI OLSUN bu xebere gore cox isteyirem peygemberimizi (s) imamlarimizi (e) Xanim Zehrani (s) gorum bu dunyada nesib olmadi INSALLAH ALLAH bizi cennetde Ehli beyte (e) qonsu eder onlari gormeyi bizlere nesib eder
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 3 Mayıs 2015 21:06 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN AMIN AMIN AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 27 Mart 2015 18:34 | Redaktor | Şərh yazdı
    Allahin salamı olsun Mehemmed Peyğenbere ailesine ve Pak Ehli-Beytine Amin.Allahumme selli ali Muhemmedin ve ali Muhemmed.Allah razı olsun gözel bacım ellerin var olsun İnşAllah.
     
     
     
     
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 27 Mart 2015 17:44 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.