» » » Fatimə (s.ə)-ın uşaqlıq dövrü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimə (s.ə)-ın uşaqlıq dövrü
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 19-01-2015, 16:00 | Baxılıb: 1 637
     
     
    Fatimə (s.ə)-ın uşaqlıq dövrü

    Fatimeyi-Zəhranın (ə) uşaqlıq dövrü dinlər tarixinin, peyğəmbərlər tarixinin və bəşəriyyətin bütün tarixinin ən parlaq dövrlərindən biri ilə üst-üstə düşür. Ona görə ki, Peyğəmbərin (s) gözünün nur, dünya xanımlarının başçısı dünyaya göz açan zaman əziz atasının peyğəmbərlik dövrü təzə başlayırdı. Başlayırdı ki, səsi-sədası bütün yer üzünü tutsun, zaman-məkanı dolaşsın. O zamana kimi dolaşsın ki, Qiyamət sübhü öz nurunu hər yerə yaysın. Fatimənin (ə) uşaqlıq çağı tarixin bu əzəmətli hadisəsi ilə eyni dövrə təsadüf edir. Peyğəmbərin (s) mübarək qəlbinin meyvəsinin körpəlik illəri başdan-başa dərd və əzabla doludur. Çünki o elə bir evdə dünyaya qədəm basdı ki, onun sahibi uca Tanrı tərəfindən bütün bəşəriyyətə sahibliyə seçilmiş, Peyğəmbər olmuşdu. Bu isə öz-özlüyündə həmin evin sahibinin – bəşəriyyətin başçısının o dövrün bir qrup ən qəddar, qəlbiqara, yaramaz müşriklərinin – kafirlərin paxıllıq və həsədinə, qəzəb və kininə məruz qalmasına səbəb olmuşdur. 
    Bəli, Tanrının Elçisi (s) düşmənlərin qəzəb və kininə məruz qalmışdı. Düşmənlər Peyğəmbərin (s) bütün tərəfdarlarını və dostlarını da aman vermədən incitməyə, azar verməyə başladıqda aydındır ki, o həzrətin ailəsi də bu əzab-əziyyətdən kənarda qalmırdı. Bu arada Peyğəmbərin (s) körpə balası azyaşlı və həssas olması üzündən ola bilsin ki, müşriklərin və kafirlərin əzab-əziyyətini öz lətif və zərif çiyinlərində başqalarından daha çox hiss edirdi. Buna baxmayaraq, aydındır ki, Fatimə (ə) İslamın bütün dünyaya yayılan ayininin inkişaf və çiçəklənmə dövrü ilə eyni vaxta düşən uşaqlıq çağının başlanğıcından əziz və fədakar atasının səmərəli təlaş və səylərini öz gözləri ilə görür və əzab görmüş, vəfalı anasının o həzrətlə həmrəyliyinin, onun yolunda etdiyi fədakarlıqların şahidi olurdu. O kiçik yaşlı uşaq dərk edirdi ki, əzizi və mehriban ata-anası necə böyük maneə və əngəllərlə üzləşir, misilsiz dözüm və mətanətlə Allahın köməyi ilə həmin müsibətlər qarşısında necə tab gətirir və güclü bir iradə ilə, böyük bir ümid və şövqlə, istək və arzu ilə əzabgörmüş müsəlmanların sıxıntı və çətinliklərinin həllində, aradan qaldırılmasında necə ciddiliklə çalışır, səy göstərir və bu yolda atdıqları hər bir addımda yenə bir uğur qazanmağa daha da yaxın olurdular. 
    O dövrdə Peyğəmbər (s) və möhtərəm ailəsi, eləcə də bütün müsəlmanlar və o həzrətin köməkçiləri hər tərəfdən düşmənlərin hücumlarına məruz qalırdılar. Müşriklər müxtəlif vasitələrlə müsəlmanlara əzab-əziyyət, işkəncə verir, onları qamçılayır, ev-eşiklərindən qovur və iqtisadi mühasirədə saxlayırdılar. Bir sözlə, müsəlmanların canları və mallarına düşmənlər tərəfindən ən ağır qəsdlər edilirdi. Fatimə (ə) bu çətinliklər və əzabların baş alıb getdiyi bir vaxtda, körpə uşaq olmasına baxmayaraq bütün ağrılı-acılı hadisələri, dözülməz işkəncələri öz gözləri ilə görür və hiss edirdi. Ərəbistanın qızmar qayaları üstündə o tərəf-bu tərəfə sürülən zəif müsəlmanların ürəkyandırıcı nalələrini, dərdli şivənlərini ürək yanğısı ilə eşidirdi. Lakin əfsuslar ki, böyük atasına və İslam köməkçilərinə bir yardım əli uzada, onları bu bəlalardan qurtara bilmirdi. Buna görə də sakitcə, aram-aram o dərdli səhnələrə tamaşa edir və öz dərdi, gücsüzlüyü içində qovrula-qovrula-qovrula qalırdı. O, bütün bu narahatlıq və sıxıntıların yükünü atasının çiynində hiss edir, buna görə də həssas və zərif ruhu sıxılır, qəmlə, kədərlə dolurdu. Belə anlarda bəzən onun fəryad çəkib qışqırmağa belə gücü çatmırdı. Bütün dərdləri içinə salır və boğazını tutan hıçqırıqlarını boğur, cınqırını da çıxarmırdı. Fəqət bəzən gecələr ac körpələrin, yazıq biçarə uşaqların dərdli, iniltili nalə səslərindən oyanır, gözlərini Ərəbistanın şəffaf səmasındakı parlaq ulduzlara dikərək qəmli göz yaşları tökürdü. 
    Fatimə (ə) ömrünün həmin o uşaqlıq illərində bütün müsəlmanların və hər şeydən məhrum insanların əzablarını görürdü. O, təklikdə hamıdan daha çox əzab çəkən və öz dərdlərindən başqa özgələrin də qəm yükünü qəlbində, çiynində daşıyan böyük atasının əzablarını isə daha yaxşı görür və duyurdu. Heyvan sifətli Qüreyş yaramazlarından birinin ovcunda tutduğu torpaq və zibili alicənab atasının başına, nurani sifətinə necə səpdiyini, o həzrətin gözəl üzünü və yaraşıqlı boynunu necə toz-torpağa buladığını görürdü. Belə hallarda o körpə yaşlı, nazik qəlbli və mehriban qız atasını qucaqlayır və gözləri yaşlı, boğazı qəhərli halda kiçik və zərif əlləri ilə o həzrətin toz-torpağa bulaşmış üst-başını silir, üz-gözünü təmizləyirdi. Bəli, belə səhnələri görür və onların təsirinin şiddətindən gözlərində yaş gilələri donub qalırdı. Belə dəhşətli anlarda təzəcə vəfat etmiş anasını yadına salır, ürəyi od tutub yanırdı. Bununla belə çalışırdı ki, atası onu bu halda görməsin, yoxsa dərdinin üstünə daha bir dərd də gələrdi. 
    Lakin atası üçün hər şey gün kimi apaydın idi. Körpə Fatimənin (ə) əzab çəkdiyini görür və gözəl, məlahətli, ilahi səsi ilə mehriban qızına təsəlli verərək deyirdi: "Qızım, ağlama, qəmli olma. Pərvərdigar, atanın dostu, köməkçisidir və son nəticədə ona qələbə - uğur bəxş edəcəkdir.” 
    Bəli, Fatimənin (ə) uşaqlıq dövrü beləcə keçirdi. O ruhi əzab və sarsıntılar kiçik yaşlı qızı dərdlərə, əzablara dözməyə alışdırır, gücünü, müqavimətini çoxaldır və polada döndərirdi. Bir yandan da atasının təskinliyi və İlahinin lütfü, köməyilə ürəyində bəslədiyi sonsuz ümidləri, səbr və dözümünü daha da möhkəm edirdi. Beləcə Fatimənin (ə) uşaqlıq dövrü böyük atasının – Allahın Rəsulun (s) təbliğat sahəsindəki çətinlikləri ilə eyni vaxta düşdüyündən körpə qız da o həzrətlə birgə İslamın yayılması və çiçəklənməsi yolunda addımlayır və böyüyürdü. Və bu böyümə zamanı necə əzab-əziyyətlərə dözdüyünü bircə Allah bilir...
    O zaman İslam peyğəmbəri (s) hər gün qüreyşilərin yeni bir fitnə-fəsadı ilə üzləşirdi. Hər gün müxtəlif iqtisadi çətinliklərə və mənəvi əzablara məruz qalırdı. Kafirlər o həzrətin bütün dünya üçün tarixi əhəmiyyəti olan yeni dinə dəvəti yolunda hər gün yeni-yeni maneələr, təhlükələr yaradırdılar. Körpə Fatimə (ə) bəzən İslamın qana susamış düşmənlərinin onun atasının necə ciddi təqib etdiklərini, əziz canının qəsdinə durduqlarını da görürdü. Bəzən onların kin və düşmənçiliyi, alçaqlıq və rəzilliyi o dərəcəyə çatırdı ki, Peyğəmbər (s) Quran oxuyarkən, İlahi dərgahı qarşısında səcdə edərkən qoyunun bağırsağını, içalatını o həzrətin bədəninə və paltarına atırdılar. Belə hallarda Fatimə (ə) göz yaşları tökür və kiçik əlləri ilə atasının paltarlarını təmizləyirdi. Sonra da incə qəlbi dərdlə-qəmlə dolu halda, yorğun və əzgin bir vəziyyətdə özünü evlərinə çatdırır və heç kim görməsin deyə xəlvət bir küncə çəkilərək ətəyini göz yaşları ilə isladırdı. Bəzən də ailəsinin, atasının dostlarının öz ev-eşiklərindən qovularaq zorla Məkkədən Şibi-Əbi Talibə (Məkkənin kənarındakı dərəyə) köçürüldüklərini görürdü. Hər baxımdan – iqtisadi, ictimai və mənəvi cəhətdən min cür məhrumiyyətlərlə üzləşən, lakin səbr və dəyanətlə bütün bunlara dözən və Allaha sığınaraq öz ali məqsədləri yolunda bütün əzablara sinə gərən mərd müsəlmanları görürdü. Bəli, həmin o üç ildən də artıq bir müddət ərzində o cür iqtisadi və ictimai məngənə içərisində ömür sürən, lakin cınqırlarını da çıxarmayan, iman və etiqadlarında əsla bir süstlüyə, zəifliyə yol verməyən o əzabkeş müsəlmanları Fatimə (ə) yaxından görürdü...
    Mübarək ömrünün hələ yeddi-səkkiz baharı ötməmişdi ki, bütün bunlardan daha ağır, daha acı bir mənəvi zərbə ilə üz-üzə gəldi. Mehriban anasını – o qaranlıq və dərdli gecələrinin yeganə yaxın sirdaşını itirdi... Qara qəmin, əzabverici dərdin vahiməli kölgəsi Fatimənin (ə) mübarək vücudunun üstünü alaraq onu ağır çətinliklərə, mənəvi sarsıntılara həmdən və yoldaş etdi...

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: nihal | Status: İstifadəçi Offline | 29 Ocak 2015 01:16 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun. podzatylnik tost
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: MEKKE MEDINE | Status: İstifadəçi Offline | 20 Ocak 2015 16:44 | İstifadəçi | Şərh yazdı
    ALLAH SİZDEN RAZI OLSUN BACIM ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 20 Ocak 2015 15:24 | Redaktor | Şərh yazdı
    ALLAH MEDEMMED PEYĞEMBERE ONUN AİLESİNE PAK EHLI-BEYTINE ZÜLMLER VEREN KAFİRLERE LENET ELESİN.ALLAH RAZI OLSUN BACIM ELLERIN VAR OLSUN İNŞALLAH
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.