» » » 2. Fatimə bint Əsəd


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    2. Fatimə bint Əsəd
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 7-01-2015, 16:00 | Baxılıb: 1 219
     

    2. Fatimə bint Əsəd

    Fatimeyi-Zəhranın (ə) adı Əlinin (ə) mübarək adı ilə qoşa çəkildiyi kimi, başqa bir Fatimənin adı da müttəqilərin mövlasının – Əmirəl-mömininin adının yanındadır. Burada zaman və tarix baxımından bir qədər arxaya qayıtmalıyıq ki, Əli bin Əbi Talibin – o İslam qəhrəmanının, şiələrin məsum rəhbərinin pak və namuslu anası Fatimə bint Əsəd haqqında söz açaq. 
    Elə təkcə Əlinin (ə) anası olmağın özü aydındır ki, bəşəriyyət tarixini dolaşan əzəmətli bir iftixardır. Lakin bu hörmətli qadının iftixarı təkcə bunda deyil. Çünki Əlinin (ə) – bu qəhrəman imam və rəhbərin, Peyğəmbərin (s) həqiqi canişininin təvəllüdündən əvvəl də Fatimə bint Əsədin yüksək məqamı, sonsuz hörmət və nüfuzu var idi. O zamana kimi heç bir xanım belə yüksək məqama çatmamışdı. Bəli, Fatimə bint Əsədin yüksək və misilsiz məqamı önündə dünyanın gözləri qamaşır, insanların ağlı başlarından çıxırdı. Onun bu yüksək məqamı Kəbə ilə, uca və ali Tanrının o pak və müqəddəs evi ilə ünsiyyətdə olmasına görə idi. Bu ünsiyyət peyğəmbərlikdən qabaq – İslamın dünyaya işıq saçan günəşi doğmamışdan əvvəl görünməmiş dərəcədə böyük və dərin idi. Allah evinin güclü cazibəsi həmişə o qadını özünə çəkirdi. Bir gün o – İlahinin bəxş etdiyi övlada – o nur mənbəyinə hamilə ikən yenə də Allah evinə getmişdi. Və bətnində daşıdığını o müqəddəs yerdə azad etdi. Allahın iradəsi ilə Fatimə bint Əsəd yeni doğulmuş müqəddəs körpəsini özgələrdən uzaq bir yerdə - səma mələklərinin köməyilə Kəbə evinin içində dünyaya gətirdi. Beləliklə, Fatimə bint Əsəd Allahın evini öz evi və övladının evi etdi. Doğrudan da, ondan başqa yer üzündə heç bir qadın belə bir iftixara nail olmamış – öz övladını Allahın evində, səma mələkləri qanadlarının ürəkoxşayan kölgəsində dünyaya gətirməmişdir.
    Başqa bir iftixar isə odur ki, İslamı ilk qəbul edənlər sırasında birincilərdən və ulu Peyğəmbərə (s) iman gətirənlərdən oldu. O cəhalət və küfr mühitində on birinci bəşər övladı oldu ki, adı Allahın Elçisinin (s) adının yanında, dünya tarixinin qəlbində yazıldı və İslam aynasında əbədi əks olundu. 
    Fatimə bint Əsədin həyat tarixçəsi bir tərəfdən büsbütün paklıq və ismət, digər tərəfdən isə böyüklük və əzəmətdir. Elə bir şəffaf ayna kimidir ki, hansı bucağından baxsan, onda böyüklük və gözəllik təsvirinin əks olunduğunu görmüş olarsan. Həmin bucaqlardan və heyrətdoğurucu təsvirlərdən biri budur ki, Allahın iradəsilə İslam peyğəmbərinin (s) uşaqlıq və yeniyetməlik illəri onun mehribanlığı və analıq qayğısının sayəsində başa gəldi. Bu, elə illər idi ki, Peyğəmbərin (s) hörmətli əmisi, Əlinin (ə) sevimli atası Əbu Talib yetim qalmış qardaşı oğlunun – Məhəmməd bin Abdullahın (s) himayəsini öz 
    öhdəsinə götürmüşdü. Hələ təvəllüdündən qabaq atasını və körpəliyində anasını itirmiş Peyğəmbər (s) kiçik yaşlı ikən sevimli babası cənab Əbdül Müttəlib də dünyasını dəyişdi, aqibət sarayına tələsdi. Cənab Əbu Talib Allahın Elçisini (s) öz övladlarından biri, hətta onlardan daha əziz bir ciyərparası kimi öz evinə apardı və onu öz məhəbbət qayğısı altına aldı. Beləliklə, Peyğəmbər (s) böyüyənədək və özü həyatını idarə etmək qüdrətinə çatanadək Əbu Talibin evində onun ailə üzvlərindən biri kimi qaldı. 
    Burada Fatimə bint Əsədlə bağlı məsələ ondan ibarətdir ki, Abdullahın kiçik yaşlı yetim uşağı hörmətli əmisinin yanında onun evinə daxil olarkən bu möhtərəm qadın Əbu Talibin həyat yoldaşı və evin xanımı kimi o həzrəti açıq ürəklə, mehriban rəftarla, xoş sifətlə və böyük məhəbbətlə qarşıladı. Bu müqəddəs vücudu istəkli balası kimi şirin canından da əziz tutaraq ona qəlb evində yer verdi. Peyğəmbər (s) əziz əmisinin evində yaşadığı bütün müddət ərzində bu böyük qadın bir an belə öz məhəbbət və qayğısını o həzrətdən əsirgəmədi. 
    Peyğəmbər (s) də bu pak və fədakar qadını mehriban anası kimi sevir, onun yanında anasızlıq dərdini nisbətən az çəkirdi. Peyğəmbərin (s) Fatimə bint Əsədə məhəbbət və əlaqəsi elə böyük və sonsuz idi ki, o böyük qadın dünyasını dəyişərkən cənazəsinin başında bərk-bərk ağladı və ona ehtiramla yas tutdu. İslam tarixinə aid mənbələrdə qeyd olunduğu kimi, Peyğəmbər (s) öz mübarək kəlamı ilə buyurdu ki, mən mehriban anamı və ürəyiyanan, fədakar köməkçimi itirdim. Elə bir kəsi əldən verdim ki, öz övladlarından da artıq qayğıma qalır, dürməyimi tutur, məni yedirib-içirməyincə, məndən sarı tam rahat olmayınca başqa ailə üzvlərinə qulluq etmirdi. Bu ana-övlad ünsiyyəti və əlaqəsinə, ikitərəfli məhəbbətə görə Peyğəmbər (s) onun vəfatı zamanı bütün varlığı ilə ağladı, öz mübarək libası ilə onu kəfənlədi və pak cənazəsi üstündə qırx təkbirlə namaz qıldı. Nəhayət, dəfni zamanı da öz mübarək ayağı ilə o böyük qadının qəbrinə daxil oldu ki, ona əmin-amanlıq və rahatlıq bəxş etsin və onun dəfnini İslam tarixində ən pak dəfn mərasimlərindən birinə çevirsin. Bəli, bütün bu işləri Peyğəmbər (s) o vaxtadək heç kim üçün görməmiş və ondan sonra da kimsə üçün bu qaydada yerinə yetirməmişdi. Fatimə bint Əsədin böyüklüyü və paklığının bir parçası belə idi...

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi
     
     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 8 Ocak 2015 16:12 | Redaktor | Şərh yazdı
    ÇOX MARAQLIDI ELLERİN DERD GÖRMESİN İNŞALLAH
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: said abilzada | Status: İstifadəçi Offline | 7 Ocak 2015 19:22 | İstifadəçi | Şərh yazdı
    Fatime Esed qızıdır


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 7 Ocak 2015 16:17 | İstifadəçi | Şərh yazdı
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed .Allah sizlere iki dünyada yar olsun inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.