![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Həzrət Fatimeyi-Zəhra (s.ə) günlərində qərar tutduğumuz üçün iki mətləbi xatırlamağı zəruri bilirik;
1-ci;Fatimə (s.ə) şüarlarına hörmət bəsləmək; Hər birimiz Allah-təalanın ixtiyarımızda qoyduğu cismani və maddi qüdrətimizə əsasən Fatimeyi-Zəhra (s.ə) ilə bağlı olan işlərə ehtiram göstərməkdə çalışmalıyıq və heç bir xidməti əsirgəməməliyik,çünki onun şüarlarına hörmət bəsləmək İlahi şüarlara hörmət bəsləməkdir. Bu əzəmətli xanımın məclislərində gərəkli və layiqli işlər bundan ibarətdir ki, o həzrətə mənsub olan məclislər onun şiə və dostlarının iştirakı ilə isti və coşğun olsun. Məbadə bu məclislər cansız olsun və Fatimeyi-Zəhra (s.ə) -nın məclislərində özümüzün əlavə islam və qeyri-islam ölkələrində yaşayan qohum, dost və tanışları Fatimə (s.ə) məclislərinin təşkil edilməsi və əzadarlıq dəstələri düzəltməklə təşviq etməliyik. Nə yaxşı olar ki, əgər qüdrətiniz çatsa bu münasibətə görə yemək (ehsan) verilsin və yox əgər mümkün deyilsə xanımın əzadarlıq məclislərinə etməkdə çalışın. Bilək ki Fatimə şüarlarını diriltməyin faydası bizə aiddir və xanımın bu işlərə heç bir ehtiyacı yoxdur. Əlbəttə bu xidmətlər,o müqəddəs varlığına da deməkdir. Bu səbəbdən də, Fatimeyi-Zəhra (s.ə)-ya xidmət etmək xidmətlərin ən üstünüdür və heç bir yaxşı iş o xanıma xidmət və fədakarlıqdan faydalı deyildir və bu proqramlarda xidmət etmək uğurunu qazanan şəxs xoşbəxtdir.Sözün qisası odur ki, uğur nə qədər çox olarsa, həzrət (s.ə) yolunda xidmət və fədakarlıq etmək daha çox olacaqdır.
2-ci; Fatimə (s.ə) mədəniyyətini yaymaq; Həzrəti Fatimə (s.ə)-nin niyə məscidə gedib aydın(coşğun) xütbə söylədiyini, o formada ürək yandıran nalə çəkdiyi bütün adamlarının ağladığını, döyülüb-vurulmağa məruz qaldığını və niyə şəhid olduğunu bilirsinizmi? Cavab budur: İslam dini yaşasın və "Əşhədu ənla İlahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh" sədası əbədi qalsın. Həzrəti Fatimə (s.ə)-nin bu hədəfi, atası, həyat yoldaşı və övladları idi. Bu gün bir vəzifə daşıyırıq ki, bu hədəfi diqət mərkəzində saxlayaq və o hədəfə səy göstərək.Təəssüflər olsun ki, müasir dünya Fatimə (s.ə)-nin hədəflərinə yoluna yanaşır. Yaxşı indi bir sual olunur ki, Fatimeyi Zəhra (s.ə)-ni tanıtdırmaq və o xanımın yüksək hədəflərini bəşəriyyətə çatdırmaq kimin öhdəsinə düşür. aydındır ki, bu vəzifə bizim və sizin öhdənizdədir. Çünki Əhli-beyti sevdiyimizə görə Allahın sevimlisi olmuşuq, Cəbrayil Allah-təala tərəfindən bu mövzunu Allah rəsuluna (s.v.s) ərz etdikdə o həzrət Əhli beyt (ə) dostlarına olan bu İlahi nemətə şükür səcdəsi etdi.
İlahi! Xanım Zəhranın zəhmətlərinə xatir İmam Zaman (ə.f)-nın hüzurunu tezləşdir. Bizi xanımın mərifət çeşməsi ilə sirab et. İlahi! Bizi həzrət Fatimə (s.ə)-nin həqiqi şiələrindən qərar ver. Amin!
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |